İlk dərs günü...
15.09.2023 [11:13]
“Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub
Günel ABBAS
Bu il sentyabrın 15-i Bilik Günündə məktəblərdə ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın sözlərinə görə, bu il ölkədə “Heydər Əliyev ili” çərçivəsində tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsində məqsəd vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda müasir azərbaycançılıq ideologiyasının genişləndirilməsidir.
Hər il 15 sentyabrda qeyd etdiyimiz Bilik Günü 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün Bilik ?ünü kimi qeyd olunub. Bilik Günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata - məktəb həyatına qədəm qoyurlar.
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Xalqımız elmi, biliyi həmişə yüksək qiymətləndirib, öz övladlarının savadlanması üçün əllərindən gələni əsirgəməyib. Azərbaycan elminin tarixində Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosoflar olub ki, onlar dünya elminin inkişafına öz töhfələrini veriblər. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr təhsilə yönəlmiş diqqətin göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.
15 sentyabr yeni tədris ilinin başlanğıcıdır. Bu il məktəbə başlayan birinciləri, eləcə də bütün şagird və tələbələri, onların valideynlərini, müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri bu gözəl bayram münasibətilə təbrik edirik və onlara tədris müəssisələrində öyrədilənlərlə yanaşı, həyatın öyrətdiyi kamillik elminə də yiyələnmələrini arzulayırıq. Ümid edirik bu gün, bütün şagirdlər və tələbələr üçün unudulmazlar sırasına öz xoş təəssüratları ilə həkk olunacaq.
Bilik Günümüz mübarək!
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

