Yaşıl xəzinəmiz...
19.09.2023 [11:35]
“Hirkan meşələri” UNESCO-nun siyahısında
Y.BAYRAMOVA
Hər kəsin sağlam mühitdə yaşaması Yer üzərində həyatın mənbəyi hesab olunan meşələrin qorunub saxlanmasından asılıdır. Bu yaşıl sərvətdən səmərəli istifadə etmək üçün meşələrlə bağlı biliklərə yiyələnmək önəmlidir. Azərbaycanın yaşıl xəzinəsi sayılan meşələrdən biri Lənkəranda yerləşən Hirkan meşələridir. Hirkan meşələri özünün biomüxtəlifliyi, flora və faunasının rəngarəngliyi, həmçinin relikt və endem növlərinin müxtəlifliyi ilə fərqlənir.
Bu günlərdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb. Məlumatda bildirilib ki, bu, Azərbaycanın ilk təbii ərazisidir ki Ümumdünya İrs Siyahısına daxil edilib.
Xatırladaq ki, Hirkan meşələri Azərbaycanla qonşu İran tərəfindən birgə nominasiya kimi UNESCO komitəsinə təqdim edilib. “Hirkan meşələri” transsərhəd nominasiyası 2021-ci ildə Dünya İrs Komitəsində baxılmaq üçün qeydə alınıb.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Xəzər Universitetinin Coğrafiya və Ətraf mühit departamentinin müdiri Rövşən Abbasov bildirib ki, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən unikal meşə massividir. Onun sözlərinə görə, bu meşələr planetimizdə öz unikallığını qoruyub saxlayan nadir ekosistemlərdən biridir: “Tarixi milyon illərlə ölçülən unikal meşə massivi Azərbaycan Respublikasında Lənkəran və Astara rayonları ərazisində yerləşir. Hirkan meşələri bitki və ağac növləriylə geniş, eyni zamanda zəngin faunası ilə seçilir. Qeyd edim ki, indiyə qədər bir çox dünya və respublikamızın alimləri bu bölgədə maraqlı elmi araşdırmalar aparıblar. Növ zənginliyinə görə Hirkan meşələri Qafqazın 18 flora əyaləti içərisində birinci yeri tutur. Burada həm də hər 1000 hektara 32 bitki növü düşür. Bu da Qafqazda ən yüksək rəqəmdir. Hirkan meşələrində Xəzər lələyi, Hirkan armudu və ipək akasiyasının mövcudluğu bu meşələrin vaxtilə Şərqi Asiya və Himalay florası ilə genetik əlaqəsi olduğunu da göstərir. Talış meşələri sonuncu buzlaşmaya məruz qalmadığı üçün həmin dövrün flora nümunələri qismən qorunub saxlanılıb. Bu isə, heç şübhəsiz, dünya florasının tədqiqində böyük tarixi və elmi əhəmiyyətə malikdir”.
R.Abbasov Hirkan meşələrində müxtəlif və zəngin bitki növlərinin olduğunu da qeyd edib: “Bu meşələrdə ayıdöşəyi, dəmirağacı, azat, vələs, cökə, Lənkəran akasiyası, Hirkan bigəvəri, Hirkan şümşadı, adi qoz, şabalıdyarpaq palıd, ipək akasiya, ağcaqayın, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xirniyi, pırkal və müxtəlif sarmaşıq bitki növləri geniş yayılıb. Eyni zamanda ərazidə Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş endemik, yəni sarmaşıq ağaclar ?? müxtəlif bitkilər də geniş yayılıb.
Bu yaxınlarda Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu, hər şeydən öncə Azərbaycanın flora və faunasının, zəngin təbiətinin tanınması baxımından vacibdir. Ümumiyyətlə, ölkəmizə gələn bir çox xarici qonaqlar hər zaman Azərbaycan təbiətinin zəngin olduğunu vurğulayıb. Hirkan meşələrini Ümumdünya İrs Siyahısına düşməsi isə olduqca sevindirici bir haldır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

