Antiterror tədbirləri
21.09.2023 [11:20]
Dünya mediasının diqqətində...
Yeganə BAYRAMOVA
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri xarici kütləvi informasiya vasitələrinin (KİV) diqqət mərkəzindədir. Dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-ləri Ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı xəbərlər yayımlayıb. Materiallarda bildirilir ki, antiterror tədbirlərinin məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunmasıdır. Bundan başqa, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsidir.
“Daily Pakistan” nəşrində yayımlanan xəbərdə Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirləri həyata keçirməyə başladığı qeyd olunub. Nəşrdə Azərbaycanın dövlət qurumlarının, o cümlədən Müdafiə Nazirliyinin antiterror tədbirləri ilə bağlı məlumatları diqqətə çatdırılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında lokal xarakterli antiterror tədbirləri çərçivəsində yalnız legitim hərbi obyektlərin və hərbi infrastrukturun yüksək dəqiqlikli silahlarla hədəfə alındığının və sıradan çıxarıldığının bildirildiyi vurğulanıb.
Bildirilib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli Bəyanat imzalansa da, Ermənistan həmin dövrdən sonra dəfələrlə atəşkəs rejimini pozub. Həmçinin qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin və Qarabağdakı separatçıların Azərbaycanın həmin ərazilərdə inşa etdiyi yolda və tuneldə basdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və polis əməkdaşları həlak olublar.
ABŞ-ın CNBC televiziyasının elektron versiyasında yayımlanan məqalədə də Azərbaycanın Qarabağ bölgəsində konstitusiya quruluşunu bərpa etmək və Ermənistan silahlı qüvvələrinin birləşmələrini ərazidən çıxarmaq üçün antiterror tədbirlərinə başladığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın Müdafiə Nazirliyi yaydığı bəyanatda lokal xarakterli tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi olduğu bildirilib. Qeyd edilib ki, Azərbaycan mülki şəxslərin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
Almaniyanın “Süddeutsche Zeitung” qəzetində yayımlanan məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatlarına istinad edilib. Bildirilir ki, Azərbaycan bölgədə konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirir. Antiterror tədbirlərinin məqsədi 2020-ci ildə baş vermiş sonuncu müharibədən sonra əldə edilmiş atəşkəs razılaşmasına əsasən, erməni hərbi birləşmələrinin bölgədən çıxarılmasını təmin etməkdir.
Alman Radiosunun saytında yerləşdirilən məqalədə qeyd edilib ki, antiterror tədbirlərinin məqsədi Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin tərk-silah edilməsi, onların bölgədən tamamilə çıxarılmasıdır. Həmçinin Azərbaycan tərəfindən Qarabağın erməni əhalisinin təhlükəsiz əraziyə təxliyəsi üçün humanitar dəhlizlərin və məntəqələrin yaradıldığı qeyd olunub.
Məqalədə Azərbaycanın işğaldan azad edilən ərazilərdə mina partlayışı nəticəsində dörd polis əməkdaşının və iki mülki şəxsin həlak olmasına görə Ermənistan silahlı qüvvələrinin birləşmələrini və Qarabağdakı terrorçuları ittiham etdiyi bildirilib.
Böyük Britaniyanın “The National News” nəşrində yayımlanan xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilərək, antiterror tədbirlərinin əsas məqsədi vurğulanıb. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin tərk-silah edilməsi, onların bölgədən tamamilə çıxarılması antiterror tədbirlərin başlıca məqsədidir.
“Telegraph” qəzetində yayımlanan məqalədə isə bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığını, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığını bildirib. Xəbərdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasına da yer verilib.
Rusiya mətbuatı da Ordumuzun antiterror tədbirlərinə geniş yer ayırıb. “Moskovski Komsomolets” qəzetində dərc olunan məqalədə Azərbaycan Müdafiə Nazirliyi lokal xarakterli tədbirlərin Qarabağda sülhün bərqərar olması və Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması məqsədilə aparıldığı bildirilib.
“İzvestiya”, “Forbes.ru” mənbələrində yerləşdirilən yazılarda isə Azərbaycan Ordusunun yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə və hərbi obyektlərinə zərbələr endirdiyi, mülki əhalinin və obyektlərin hədəfə alınmadığı vurğulanıb.
“Kommersant” və “RBK”nın yaydığı xəbərlərdə Azərbaycanın antiterror tədbirlərinə başlamasının Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mütəmadi atəşə tutulması və ərazilərin yenidən minalanması ilə əlaqələndirildiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələrini tərk-silah etmək, azad edilmiş ərazilərə qayıtmış dinc əhalinin təhlükəsizliyini təmin etmək niyyətindədir.
İspaniyanın “EFE”, “Rtve”, “Notimerica”, “Infobae”, İtaliyanın “Libero Quotidiano” portallarında yayımlanan informasiyalarda Azərbaycan polis əməkdaşlarının terror aktları nəticəsində həlak olmasından sonra antiterror tədbirləri həyata keçirildiyi qeyd edilib. Xəbərdə Azərbaycan Prezidenti Administrasiyasının erməni silahlı dəstələrinin ağ bayraq qaldırmayana, bütün silahları təhvil verməyənə və qanunsuz rejim özünü buraxmayana qədər antiterror tədbirlərinin davam etdiriləcəyi bildirilib. Yazılarda, həmçinin Azərbaycanın Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğu da vurğulanıb. Məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər yaratdığı da bildirilib.
Qardaş ölkənin mətbuatı da Qarabağdakı vəziyyət barədə məlumatları paylaşıblar. Xəbərlərdə Azərbaycanın Müdafiə Nazirliyinin məlumatları, antiterror tədbirlərinin gedişatı geniş işıqlandırılıb.
“Hürriyet”, “Turkiye Gazetesi”, “Posta”, “AHABER”, “TRT Avaz” media orqanlarının internet portallarında bildirilib ki, Azərbaycan Qarabağ üçün gözlənilən addımı atdı. Buna səbəb kimi son mina terrorunun olduğu qeyd edilib. Bildirilib ki, erməni separatçıların basdırdıqları minaların partlaması nəticəsində Azərbaycan vətəndaşları həlak olub. Bundan sonra Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirinə başladığı açıqlanıb.
Materiallarda separatçıların hərbi mövqelərinin Azərbaycan Ordusu tərəfindən sərrast atəşlə vurulmasını əks etdirən videolar da yerləşdirilib.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17

