/ / Ceyhun Bayramov: Etnik erməni sakinlər bizim sülhsevər birgə yaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir
Ceyhun Bayramov: Etnik erməni sakinlər bizim sülhsevər birgə yaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir
23.09.2023 [10:10]
Nardar BAYRAMLI
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə əlaqədar Ermənistan və onun havadarları ölkəmizə qarşı beynəlxalq müstəvidə növbəti qərəzli kampaniya təşkil etməyə cəhd edib. Bu dəfə də məsələ BMT Təhlükəsizlik Şurasının iclasına çıxarılıb. Lakin sentyabrın 21-də keçirilən iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək Ermənistanın və havadarlarının yalanlarını ifşa edib. Nazir bildirib ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasını beynəlxalq ictimaiyyəti yanıltma kampaniyası üçün istismar etməsi məyusedici olsa da, Ermənistanın regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə Şura və daha geniş beynəlxalq ictimaiyyətə məlumat vermək üçün bu imkandan istifadə edə bilərik. Əslində öncəliklə vurğulamaq lazımdır ki, Ermənistanın Şuraya müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır. Şuranın növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsi tamamilə qəbuledilməzdir, bu mötəbər orqanın nüfuzu və etibarına ciddi zərbədir və tamamilə rədd edilməlidir. Bu, həmçinin səmərəsiz və əhəmiyyətsizdir. Əslində Şura Azərbaycanın Qarabağ regionunun “erməni əsilli sakinlərinin hüquq və təhlükəsizliyinə dair” iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda, ərazidə anti-terror tədbirləri dayandırılıb və bununla da Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin praktiki olaraq reinteqrasiyasına imkan yaranıb.
BMT Nizamnaməsinə uyğun antiterror tədbirləri keçirilib
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərin təmsilçisi ilə artıq çoxdan gecikmiş görüşü Azərbaycanın Yevlax şəhərində baş tutdu. Görüşdə yerli erməni sakinlər üçün dialoq məqsədilə Azərbaycan Hökuməti tərəfindən təyin edilmiş xüsusi nümayəndə Hökumətin reinteqrasiya ilə bağlı planlarının xülasəsini təqdim edib və infrastrukturların bərpası və işləməsi ilə bağlı məsələlər müzakirə olunub. Sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələlərinin tezliklə aidiyyəti mərkəzi Hökumət institutları tərəfindən icra olunması gözlənilir. Belə bir dialoq Azərbaycanın suveren ərazisində ağır silahlanmış qanunsuz hərbi mövcudiyyətə arxalanan erməni tərəfinin əngəlləri səbəbindən mümkün olmamışdı.
Vurğulanıb ki, Ermənistanın Azərbaycanın Qarabağ regionunun dinc sakinlərinə hücumu kimi beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışdığı məsələ, əslində Azərbaycanın BMT Nizamnaməsi əsasında özünün suveren ərazisində qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək ilə bağlı hüquqları ilə tam uyğun olan antiterror tədbirləri olub.
Nazir diqqətə çatdırıb ki, heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət edib. Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsaslanaraq “boz zonanı” saxlamaqla bağlı sistematik cəhdləri dəf edilib. Azərbaycan bir neçə həftədir Ermənistan tərəfindən gücləndirilmiş mühəndis-istehkam fəaliyyətləri və qüvvə toplanması fonunda gözlənilən hərbi avantüra barədə xəbərdarlıqlar edirdi. Ermənistanın baş naziri Azərbaycan ərazisində yaradılmış qanunsuz qondarma qurumun “ildönümü” ilə bağlı “təbrik mesajı” göndərməklə ölkəmizə qarşı ərazi iddialarından imtina etmədiyini, ərazimizdə separatizmi alovlandırmağı dayandırmaq niyyətinin olmadığını sübut edir. Eləcə də, Ermənistanın Azərbaycan ərazisini işğal etməsi nəticəsində yaradılmış qondarma rejimin qurama “prezident seçkiləri” bəhanəsi ilə qanunsuz fəaliyyəti növbəti son dərəcə təxribatçı xarakterli addım idi.
Bu, ciddi yanlış hesablama idi
Erməni tərəfinin artan təxribatları, mina terroru haqqında ətraflı məlumat verən Ceyhun Bayramov qeyd edib ki, antiterror tədbirləri məhdud və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinə və rifahına qarşı mövcud təhdidə mütənasib şəkildə həyata keçirilib. Antiterror tədbirləri müstəsna olaraq Azərbaycanın suveren ərazisindəki legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəlmişdi. Beləliklə, bu tədbirlər Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi. Azərbaycan humanitar hüquq normalarına tam uyğun şəkildə hərəkət edərək mülki şəxslərə və mülki infrastruktura dəyən zərərin qarşısını almaq üçün bütün tədbirləri gördü. Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri qəsdən hədəfə alması ilə bağlı ittihamlar foto və video dəlillərlə sübut olunduğu kimi əsassız və yalandır. Bizim şərtlərimiz qəbul olunduqdan sonra antiterror tədbirləri dayandırıldı. Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı razılıq əldə olunub. Bu razılıq ərazidə olan Rusiya sülhməramlı kontingenti vasitəsilə əldə olunub və Ermənistana tabe olan qondarma qurum tərəfindən təsdiqlənib və ictimaiyyətə açıqlanıb.
“Bu, Ermənistan Respublikasının həqiqətən də Azərbaycanın suveren torpağında hərbi cəhətdən mövcudluğunun olması və ?çtərəfli Bəyanatda Azərbaycan ərazilərindən qüvvələrini çıxarmaqla bağlı üzərinə götürdüyü öhdəliyini pozmasına dair əvvəllər sənədləşdirilmiş çoxsaylı faktlara daha bir əlavə idi. Ermənistanın belə bir hərbi mövcudluğu inkar etmək cəhdləri beynəlxalq ictimaiyyəti biabırçı şəkildə aldatmaqdan başqa bir şey deyildi”-deyən nazir əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri qarşıya qoyulan məqsədlərə nail oldu. Əgər Ermənistan üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bu sülh yolu ilə çoxdan əldə oluna bilərdi. Bunun baş verməməsində günahkar yalnız Ermənistandır. Təəssüf ki, bağlı qapılar arxasında öz legitim narahatlıqlarımızın etirafı tərəf müqabillərimizin praktiki addımlarında və ictimai mesajlarında öz əksini tapmadı. Ermənistanın məsuliyyətsiz, müharibəni qızışdıran bəyanatlarına və aqressiv hərəkətlərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat reaksiyanın olmaması bu ölkənin cəzasızlığına və bu kimi addımların atılmasına icazə verilməsinə töhfə oldu, bu da öz növbəsində daha çox hərbi və siyasi təxribatlara səbəb oldu. Lakin bu ciddi yanlış hesablama idi.
Lobbiyə arxalanmaq faydasızdır
Ceyhun Bayramov diqqətə çatdırıb ki, birtərəfli və qərəzli, əsas etibarı ilə Təhlükəsizlik Şurasında bugünkü müzakirələrin çağırılmasının kökündə duran məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşma tamamilə qeyri-məhsuldar və faydasızdır: “Belə bir fəaliyyətə arxalanmaq artıq bir neçə dəfə uğursuzluqla nəticələnib. Bu, yalnız diqqəti real normallaşma prosesindən yayındıra bilər ki, bu da Azərbaycan və Ermənistanın deyil, mövcud fikir ayrılıqlarını öz siyasi məqsədləri üçün sui-istifadə etməkdə davam edən müəyyən kənar qüvvələrin marağındadır. Beləliklə, 30 il davam etmiş qanlı münaqişədən sonra Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırki həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir. Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, Azərbaycan bir daha hər iki ölkənin legitim maraqlarına bərabər və qarşılıqlı hörmət əsasında səmimi dialoqa və danışıqlara hazır olduğunu təsdiqləyir. Ermənistanın ölkəmə qarşı hərbi təcavüzünün yaralarının hələ də sağalmamasına, şəhər və kəndlərimizin kütləvi dağıdılmasına, müqəddəs yerlərimizin qəsdən təhqir olunmasına baxmayaraq, biz Ermənistana ədalətli və davamlı sülh təklifimizi bir daha təqdim edirik. Ümid edirik ki, Azərbaycanın təklifi nəhayət ki, bu ölkə tərəfindən qarşılıqlı şəkildə qəbul olunacaq”.
Diqqətə çatdırılıb ki, dövlətimiz Qarabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexanizmlərə uyğun şəkildə təmin olunmasına dair zəmanət verilməsi istiqamətində qətiyyətli olduğunu bir daha təsdiqləyir. Azərbaycanın müxtəlif etnik, dini və ya linqvistik azlıqları bir millət daxilində birləşdirməsinin qürurlu tarixi vardır. Etnik erməni sakinlər bizim sülhsevər birgə yaşayış modelimizin bir hissəsi olmağa dəvətlidir. Eyni zamanda, Azərbaycan, bütün dövlətlərin beynəlxalq hüquq çərçivəsində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vurmamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbaycan, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlarla konstruktiv əlaqəyə açıqdır.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

