Tarix yazan Ziya Bünyadov!
21.02.2024 [11:20]
Ömrünü elmə həsr edən alimin anım günüdür...
Onu yaxından tanıyanların hamısı eyni cür təsvir edirlər: mərd, qorxmaz, sözü adamın üzünə deyən, haqqı nahaqqa verməyən, əsgər kimi də, vətəndaş kimi də, alim kimi də dürüst adam. Ona görə də, dostundan çox düşməni var idi, qətlə yetiriləndə “Kim öldürdü?” deyə çoxsaylı variant ortaya atılmışdı. Ona sıxılan güllənin haradan gəldiyini aşkara çıxarmaq üçün illər lazım oldu. Onu qətlə yetirən dəstə üzvlərindən biri İran sərhəddini qanunsuz yollarla keçərkən sərhədçilərimiz tərəfindən öldürüldü, iki nəfər tutularaq ömürlük həb olundu.
Bəli, söhbət görkəmli şərqşünas, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovdan gedir. Bu gün akademikin anım günüdür. Ziya Bünyadov 27 il bundan öncə dünyasını dəyişib. Ancaq onun adı ilə bağlı hər bir hadisə, hər bir məlumat özünün yaşadığı dövrdə olduğu kimi, bu gün də ictimaiyyət arasında geniş əks-səda tapır, insanları həyacanlandırır. Çünki Ziya Bünyadov adını Azərbaycan tarixinə yazmış bir şəxsiyyətdir.
Akademikin elmi fəaliyyəti Azərbaycan tarixşünaslıq elmində xüsusi bir səhifədir. Tariximizin düzgün araşdırılıb tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılması məhz Ziya Bünyadovun adı ilə bağlıdır. Tarixçi alim kimi Vətən elminin keşiyində durmaq, Azərbaycanın mənafeyinə xidmət etmək, ən müxtəlif mənbələrdən gərgin zəhmət bahasına əldə etdiyi tarixi sənədləri gənc nəslə ötürmək Ziya müəllimin bütün elmi fəaliyyətinin başlıca qayəsi idi. Həyatını həsr etdiyi Azərbaycan tarixşünaslıq elmini Ziya Bünyadov öz əsərləri ilə ən yüksək pilləyə qaldırmışdı.
Ən ağır bir vaxtda, kəsərli alim sözünə ehtiyac olduğu bir məqamda - məsələn, xalqımızın milli kökü, Qafqazda ilk aborigenlər və bu kimi milli kimliyimizin araşdırılması ilə bağlı məsələlər Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, həmçinin “Azərbaycan Atabəyləri dövləti” adlı monoqrafiyalarında özunə dolğun cavab tapir, tarixi həqiqətlərə işıq tutur. Bu əsərlərdəki təkzibedilməz faktlarla tariximizin bir çox qaranlıq səhifələrini aydınlığa çıxara bilirik.
Ziya Bünyadovu gələcək nəsillərə tarixşünas alim, qəhrəman döyüşçü kimi tanıtmaqla yanaşı, həm də görkəmli ictimai xadim kimi təqdim etmək zəruridir. O, xalqımızın düşmənlərinin qarşısında birmənalı olaraq, həmişə düzgün mövqe tutması ilə seçilirdi. Sovet İttifaqı Qəhrəmanı adına hələ çox gənc ikən layiq görülmüşdü. Həmişə döşündə gəzdirdiyi qəhrəmanlıq ulduzunun imtiyazlarından da milli mənafelərimizi qorumaq üçün istifadə edirdi. Onun elmdə göstərdiyi qəhrəmanlıqlar döyüş meydanında göstərdiyi qəhrəmanlıqların heç də kölgəsində qalmadı. Azərbaycan müstəqillik dövrünə qədəm basandan sonra da Ziya müəllimin haqq səsini xalq həmişə ucadan eşitdi.
Ziya Bünyadov həm də dünya miqyaslı alim idi. O, Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada elmin inkişafı üçün var qüvvəsi ilə çalışdı. Ziya Bünyadov dərin ensiklopedik biliyə malik idi. Onu haqlı olaraq, bilik xəzinəsi adlandırırdılar. O, orta əsrlər və mənbəşünaslıq üzrə elmi məktəbin banisi idi.
Müqəddəs “Qurani-Kərim”in ana dilimizə çevrilməsində də Ziya Bünyadovun əvəzsiz xidməti olmuşdu. Bu müqəddəs kitabı yalnız mükəmməl, ensiklopedik biliyə malik olan intellekt sahibi tərcümə edə bilərdi. Bu vəzifəni yerinə yetirmək üçün Şərq aləmini, İslam tarixini dərindən öyrənmək, ərəb dilini səlis bilmək lazım idi. “Qurani-Kərim”in Azərbaycan dilində nəşri çox mühüm və əhəmiyyətli hadisə idi. Yüz minlərlə tirajla çap olunan bu kitab vətəndaşlarımızın dinimizi öyrənməsi üçün gərəkli mənbə oldu.
Ziya Bünyadov Azərbaycanı ən mötəbər, ən yüksək səviyyəli məclislərdə təmsil edirdi. O, Dövlət Təhlükəsizlik Komitəsinin arxivini araşdıraraq onun materiallarından istifadə etməklə, repressiya qurbanları haqqında respublika mətbuatında silsilə məqalələr dərc etdirmişdi.
1997-ci il qarlı fevral ayının 21-də Ziya Bünyadov yaşadığı binanın blokunda güllələnərək qətlə yetirildi. Bütün Azərbaycan bu qanlı faciə, qətliam qarşısında sarsıldı. İllər ötsə də, akademik Ziya Bünyadovun əziz xatirəsi xalqımızın yaddaşından silinmir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43

