32 ildən sonra...
27.02.2024 [10:25]
Xocalıya həyat qayıdır
“Böyük Kurqan” çölündə arxeoloji park yaradılacaq
Günel ABBAS
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin, doğma torpaqlara geri dönüşün icrası böyük sürətlə davam etdirilməkdədir. Bölgədə sülh və reinteqrasiya şəraitində yaşamaq, dayanıqlı məskunlaşmaq və iqtisadi dirçəlişi təmin etmək üçün əlverişli mühit mövcuddur. Həmin ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, dağıdılmış şəhər və kəndlər yenidən bərpa edilir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur qurulur, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlərin görülür.
Xocalı da “Böyük Qayıdış”ın reallaşacağı və yenidən qurulan yaşayış məskənlərindən biridir. Xocalıda Azərbaycan xalqının tarixi keçmişini əks etdirən və erməni işğalı zamanı ağır zərbələrə məruz qalmış abidələr eramızdan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasından xəbər verir. Əsasən “Böyük Kurqan” çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır. İki zirvəsi olan “Haçatəpə kurqanı”nın diametri 300 metrdir. Qədim yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətməyə cəhd etdikləri abidələrin tədqiqi və bərpası tarix elmində yeni səhifə açacaq. Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və Türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir.
Azərtac-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar. Əraziyə baxış keçirilib, arxeoloji abidələrin mövcud durumu öyrənilib. Mütəxəssislərin fikrincə, yeni araşdırmalar Qarabağın tarixinə dair qiymətli tarixi faktları aşkara çıxaracaq.
Xocalıda “Bakı Abadlıq Xidməti”nin tikinti-quruculuq işləri zamanı, ərazidə olan kurqan tipli qəbir abidələrin tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulub. Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək. Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin amansız faktı olan Xocalı soyqırımı barədə məlumat alacaqlar.
Açıq hava altında muzey kimi fəaliyyət göstərəcək Xocalı arxeoloji parkı yeni formatda təqdim ediləcək, eyni zamanda, Qarabağın zəngin tarixi keçmişinin, maddi-mədəni irsinin təbliği və tanıdılması işində ən böyük layihə olacaq. Arxeoloji park sübut edəcək ki, Xocalı təkcə yeni inzibati ərazi deyil, tarixi min illərə söykənən qədim yaşayış məskənidir.
Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, məcburi köçkünlük dövründə xocalılılar dövlət qayğısı ilə əhatə edilib, onların sosial müdafiəsinin və mənzil-məişət problemlərinin həlli diqqət mərkəzində olub: “İşğaldan azad edilmiş ərazilərin dirçəlişi, bərpası və yenidən qurulması, “Böyük Qayıdış” proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsi, indi isə Xocalıya və Xankəndiyə geri dönüş imkanının yaraması cəmiyyətdə böyük ruh yüksəkliyi doğurur”.
Deputat qeyd edib ki, müharibə dövründə törədilən bütün cinayətlərə görə, Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribuna qarşısında cavab verməlidirlər: “Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır. Bu həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər əvvəlkilərdən fərqli olaraq, bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Azərbaycanın “dəmir yumruğu” bu dəfə çox möhkəm oldu. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı”.
C.Osmanov vurğulayıb ki, Xocalıda arxeoloji parkın yaradılması olduqca mühümdür: “Xocalı 1992-ci ildə yaşanan soyqırımı hadisələrinin və müharibə cinayətlərinin dünyaya çatdırılması baxımından ən uyğun bölgələrdəndir. Ötən gün Xocalı soyqırımının 32-ci ildönümündə ölkə rəhbərinin Xocalıya səfər etməsi və burada Xocalı soyqırımı memorialının təməlini qoyması bunun bariz göstəricisidir. Həm də bu ərazilərdə xalqımıza məxsus olan çoxsaylı tarixi abidələr, tariximizə dair qiymətli faktlar mövcuddur. Bu baxımdan düşünürəm ki, ölkəmizə səfər edən xarici nümayəndələri həqiqətlərlə yerində tanış etmək baxımından bu arxeoloji parkın əhəmiyyəti böyükdür”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

