AXCP-nin sosial baza qıtlığı
29.02.2024 [10:40]
Redikül müxalifət düşərgəsində rəqib tanımaq istəməyən, özünü yeri gəldi-gəlmədi bu cameənin “lideri” adlandıran AXCP sədri Əli Kərimli yenə də, necə deyərlər, gül vurub. O, ərz edib ki, rəhbəri olduğu partiyanın minlərlə fəal-funksioneri, on minlərlə üzvü var. Ay inanan daşa dönsün! Reallıq onun yalanını ifşa edir.
Əli Kərimlinin AXCP-nin say tərkibi ilə bağlı dilə gətirdiyi absurd açıqlama suyun üzündəki sabun köpüyünə bənzəyir. Köpüyü üfürdükdə şişdiyi kimi, Əli Kərimli də partiyasının sıralarını oxşar qaydada genişləndirməyə uğursuz cəhdlər edir.
Reallıqda isə AXCP Əli Kərimlinin özündən və yaxın çevrəsindəki adamlardan ibarətdir. Belə qənaət ifadə etmək üçün hər cür əsas var. Bunu iki nümunənin timsalında çox asanlıqla isbatlamaq mümkündür.
İlk növbədə, parlamentdə və cəmiyyətdə geniş müzakirələrdən sonra qəbul olunan siyasi partiyalar haqqında yeni Qanuna əsasən partiyaların yenidən qeydiyyatdan keçməsi prosesini yada salaq. Yeni Qanunla partiyaların yenidən qeydiyyata alınmaları üçün onlardan 5 min imza toplamaları tələb olunurdu. İstisnasız olaraq bütün siyasi partiyalar bu prosesdən keçməli idilər. Ayrı-ayrı partiyalar yenidən qeydiyyat məsələsini problemə çevirmədilər və tələb olunan sayda imza toplamaqla prosesi uğurla yekunlaşdırdılar. AXCP-də isə 5 min imzanı toplamaq, necə deyərlər, cəhənnəm əzabına çevrildi. Əli Kərimli müxtəlif manipulyasiyalara əl atdı. Belə ki, AXCP-nin təqdim etdiyi imza vərəqələrində çoxlu sayda nöqsanlar aşkarlandı. Burada zamanında partiyadan publik şəkildə istefa verənlərin, hətta dünyasını dəyişənlərin də adları yer alırdı. AXCP-nin siyahısına istinadən belə bir qənaət də formalaşdı: Əli Kərimli ona salam verənlərin hamısını partiyasının üzvü kimi təqdim edib. Təbii ki, AXCP-nin təqdim etdiyi saxta siyahı qəbul olunmadı və Əli Kərimli 5 minlik siyahını tamamlamaqdan ötrü xeyli tər tökmək, ona-buna yalvarmaq, dilə tutmaq məcburiyyətində qaldı...
Sürünə-sürünə yenidən qeydiyyatdan keçən AXCP üçün növbəti sınaq ölkəmizdə 2024-cü il 7 fevral tarixinə təyin edilən prezident seçkiləri oldu. Əslində, seçkilər bütün siyasi partiyalar üçün özünü sınamaq üçün yaxşı bir fürsətdir. Ancaq Əli Kərimli marafon başlayanda seçkilərdə iştirak barədə düşünmədi, əksinə, seçkilərdən kənarda qalmaq üçün fürsətlər aradı. Əli Kərimli partiyasının seçkiləri baykot etdiyini bildirdi. O, bu qərarı “seçkilərə hazırlıq üçün vaxtın az olması” bəhanəsi ilə əsaslandırmağa çalışdı. Cəmiyyətimiz bunu qeyri-ciddi qarşıladı, sosial şəbəkələrdə AXCP-yə yönəlik saysız-hesabsız iradlar paylaşıldı. Gözlənilən də elə bu idi. Axı həmin paylaşımlarda da bildirldiyi kimi, siyasi partiya siyasi fəaliyyətin ən mühüm fazası sayılan seçkilərdə iştiraka daim hazır olmalıdır. Belə olan halda Əli Kərimli “seçkini boykot etmək bizim şüurlu seçimimizdir” mövqeyindən çıxış etməyə başladı.
AXCP sədrinin bu “şüurlu” seçimində həqiqət payı yox deyildi. Təbii ki, siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi üçün tələb olunan 5 min imzanı çətinliklə yığan AXCP prezident seçkilərində namizədinin qeydiyyata alınması üçün tələb olunan 40 min seçici imzasını toplaya bilməyəcəkdi. AXCP-çilərin nəinki seçkidə qalib gəlmək, adi prosedurları belə yerinə yetirmək üçün sosial bazası, heç bir ictimai dəstəyi yoxdur. Bax Əli Kərimlinin sosial şəbəkələrdə bəyan etdiyi “şüurlu” seçimi də məhz elektorat bazasının yoxluğundan qaynaqlanırdı. Onun bunu açıq etiraf etməyə cəsarəti çatmadı. Ancaq acı reallıq ortadadır. Əli Kərimliyə sual edirik: Partiyaların yenidən qeydiyyatdan keçməsi üçün 5000 nəfər üzv tələb olunduqda bu on minlərlə tərəfdar harada idi? AXCP-nin sıralarında on minlərlə şəxs birləşirsə, Əli Kərimli niyə seçkilərə qatılmaqdan qorxdu?
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

