/ / Baş Prokurorluq vəzifəli şəxslərin qanunazidd əməlləri barədə araşdırmanın nəticələrini açıqlayıb
Baş Prokurorluq vəzifəli şəxslərin qanunazidd əməlləri barədə araşdırmanın nəticələrini açıqlayıb
04.03.2024 [16:10]
Baş Prokurorluq Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində vəzifəli şəxslərin qanunazidd əməlləri barədə araşdırmanın nəticələrini açıqlayıb.
Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq orqanlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazidd əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb.
Belə ki, 2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb (onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş müraciəti üzrə araşdırılıb).
Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib. Habelə, 15 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib, aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib.
2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq (onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i isə vətəndaş müraciəti üzrə olub), 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

