Hindistan və Pakistan barışacaqmı?
13.06.2024 [11:00]
İndiki geosiyasi və geoiqtisadi reallıqlar fonunda yeni dünya nizamının formalaşdığını müşahidə edirik. Hər bir dövlət getdikcə daha çox dərəcədə qütbləşən dünyada öz perspektivlərini nəzərə almaqla yerini düzgün müəyyənləşdirməyə çalışır. Müəyyən maraqlara uyğun olaraq mövcud siyasi platformaların, iqtisadi-hərbi ittifaqların sıraları genişlənir. Bu sırada həmçinin uzun illər ərzində qarşılıqlı ədavətdə olan Pakistan və Hindistandan bir-birinə mülayim jestlər etmələri də diqqət çəkir. Nə baş verir, Hindistanla Pakistan barışacaqmı?
Liderlərin sülh mesajları
İki ölkənin uzun tarixə malik ədavətə son qoyub barışacağına ümidlər liderlərin sərt ritorikadan geri çəkilərək bir-birinə sülh çağırışları etmələri fonunda baş qaldırıb. Xəbər verildiyi kimi, aprelin 19-dan iyunun 4-dək Hindistanda parlament seçkiləri keçirilib. Seçkilərdə qalib gələn Milli Demokratik Alyans səsvermənin nəticələrinə əsasən, parlamentin aşağı palatasındakı 543 yerdən 293-nə sahib olub. Hindistanda keçirilən son parlament seçkilərində qalib gələn Milli Demokratik Alyans Narendra Modini lider seçib. Müvafiq qərar koalisiyanın iclasında qəbul edilib. Beləliklə, Narendra Modi üçüncü dəfə Hindistanın Baş naziri olub.
Diqqətçəkən əsas məqamlardan biri isə odur ki, Narendra Modini təbrik edənlər arasında Pakistanın Baş naziri Nəvaz Şərif də var. Nəvaz Şərif təbrik məktubunda bunları yazıb: “Narendra Modinin üçüncü dəfə vəzifəyə başlaması münasibətilə səmimi təbriklərimi bildirirəm. Partiyanızın son seçkilərdə qazandığı uğur xalqın rəhbərliyinizə inamını əks etdirir. Gəlin, nifrəti ümidlə əvəz edək və bu fürsətdən istifadə edək ki, xalqlarımızın taleyini formalaşdıraq”.
Modi pakistanlı həmkarının mesajını yüksək qiymətləndirdiyini bildirib və Hindistan xalqının hər zaman sülh, təhlükəsizlik və mütərəqqi sahələrin tərəfdarı olduğunu qeyd edib. Onu da xatırladaq ki, baş nazirlərin bir-birlərinə təbrik ünvanlaması təşəbbüsü bundan əvvəl Narendra Modidən gəlmişdi. Belə ki, Şahbaz Şərif Pakistanın Baş naziri seçildikdən sonra Hindistanın Baş naziri Narendra Modi onu təbrik etmişdi.
Sülh mesajları tarixi ədavətə son qoyacaqmı?
Hindistan və Pakistan bir sıra məsələlərdə, xüsusilə də Kəşmir məsələsində qarşıdurmalar yaşayırlar. Zamanında Kəşmirin hökmdarı Hindistan və ya Pakistana birləşmək məsələsində bir qərara gələ bilmirdi, nəhayət, son nəticədə o, Hindistanı seçib və bununla da iki ölkə arasında ədavətin əsası qoyulub. Hər iki ölkə 1947-ci ilə qədər Britaniya Hindistanının tərkibində yer alıb. Elə həmin il dövlətlərin müstəqillik əldə etməsindən sonra tərəflər arasında Kəşmir münaqişəsi başlayıb. İki müstəqil dövlətin yaranması ilə sonuclanan Britaniya Hindistanının parçalanması nəticəsində 12,5 milyon insan daimi yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. Müstəqillik qazandıqdan sonra Hindistan və Pakistan arasında 1947-ci, 1965-ci və 1971-ci illərdə olmaqla üç genişmiqyaslı müharibə, bir elan olunmamış müharibə və bir çox sərhəd toqquşmaları baş verib. 1971-ci ildə baş vermiş üçüncü Hindistan-Pakistan müharibəsi və Banqladeş istiqlal müharibəsi istisna olmaqla qalan bütün münaqişələrin mərkəzində Kəşmir məsələsi dayanıb.
Pakistanın və Hindistanın yüksək səviyyəli rəsmilərinin bir-birini təbrik etmələri özlüyündə müsbət hal kimi dəyərləndirilir. Verilən sülh mesajları iki ölkənin yaşadığı və ziyan çəkdiyi tarixi ədavətə son qoyacaqmı?
Tarixi ədavətdən sülhə dönüşü şərtləndirən amillər
Analitiklər iki ölkə arasında tarixi ədavətdən sülhə dönüşü şərtləndirən mümkün ehtimallara diqqət çəkirlər. Bu ehtimallar sırasında siyasi və iqtisadi maraqlar, o cümlədən bütün Avrasiya coğrafiyası, eləcə də Azərbaycan və Türk dünyası üçün böyük əhəmiyyət daşıyan məqamlar var.
Burada hər iki ölkənin yaranmış reallıqları nəzərə almaqla nəqliyyat dəhlizlərinə çıxış imkanlarını genişləndirməyə çalışmalarını xüsusi qeyd edə bilərik. Hazırda Belarus-Rusiya-Qazaxıstan-Özbəkistan-Əfqanıstan-Pakistan dəhlizinin inkişaf etdirilməsi ətrafında ciddi müzakirələr aparılır. Pakistanın da yer aldığı bu marşrut həmçinin Hindistanın sıx məskunlaşmış bazarlarına çıxış deməkdir. Hindistan bu fürsətdən yararlanmaq istəyir.
Həmin marşrutla eyni zamanda Mərkəzi Asiyadakı Türk dövlətlərindən, Azərbaycandan və Türkiyədən keçən Orta Dəhlizə, həmçinin Şərq-Qərb və Şimal Cənub marşrutlarına çıxış imkanları var. Hindistan Azərbaycan və digər Türk dövlətlərindən keçən marşrutlara qoşulmaqla müxtəlif bazarlara çıxış imkanı əldə edə bilər.
Hindistanla Pakistanın yaxınlaşmasını şərtləndirən daha bir önəmli faktor isə regional platformaların dərinləşdirilməsinə yaranan zərurətdir. Burada Hindistanın BRİKS-də təmsilçiliyi və Pakistanın quruma üzv olmaq istəyi xüsusi bir məqam kimi diqqət çəkir. BRİKS təşkilatının əsası 2009-cu ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən sammitdə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən qoyulub. Məsələ burasındadır ki, Pakistan da BRİKS-ə qoşulmağı hədəfləyib. Pakistan XİN-in açıqlamasında ölkənin quruma üzv olmaq niyyəti diqqətə çatdırılıb. Bəyanatda deyilir: “Biz hesab edirik ki, BRİKS təşkilatına qoşulmaqla Pakistan beynəlxalq əməkdaşlığın inkişafında və inklüziv çoxtərəfliliyin dirçəlişində mühüm rol oynaya bilər”.
Pakistanın BRİKS-ə doğru yolu isə heç şübhəsiz ki, həm də Hindistanla yaxınlaşmadan keçir. Göründüyü kimi, Pakistanla Hindistanın tarixi ədavəti barışıqla əvəzləmələrini şərtləndirən çoxsaylı səbəblər var və bunu? üçün y?ni fürsətlər yaranıb. Verilən son mesajlardan o qənaət hasil olur ki, hər iki ölkə bu fürsətlərdən yararlanmaq niyyətindədir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

