Yelisey Sarayı siyasi böhran məngənəsində
05.12.2024 [08:54]
Yeni qurulan Barnye hökumətinin son akkordları
Fransanın bugünkü reallıqlarını təhlil etdikdə gəlinən qənaət belədir ki, ölkə tarixinin ən pis dönəmindən keçir. Fransa böyük ənənələri və güclü potensialı olan bir ölkədir. Ancaq zamanında bütün dünyada yenilik kimi qəbul olunan tarixi ənənələrdən hazırda əsər-əlamət yoxdur. Eyni zamanda, ölkənin malik olduğu imkanlarla onun inkişafı arasında uyğunsuzluq getdikcə daha da artır. Müxtəlif dairələrdə açıq şəkildə etiraf olunur ki, Fransanın indiki durumu və inkişaf tendensiyaları digər Avropa ölkələri ilə müqayisədə nikbinlik yaratmır, ölkə getdikcə daha çox dərəcədə müasir çağırışlardan geridə qalır.
Bütün bunların əsas səbəbi kimi isə Makronun iki prezidentliyi dönəmində apardığı siyasət göstərilir. Analitiklər paralellər aparmaqla, müqayisəli faktları təqdim etməklə əminliklə bildirirlər ki, geriləmələrə görə bütün məsuliyyət Makronun üzərinə düşür.
Hökumətin süqutu an məsələsidir
Əslində, Mişel Barnye hökumətini saxta hökumət kimi səciyyələndirmək daha doğru olardı. Cari ildə Fransada əvvəlcə Avropa Parlamentinə, sonra isə Milli Assambleyaya keçirilən seçkilərin nəticələri Makron iqtidarına olan inamsızlığı bütün cəhətləri ilə ortaya qoydu. Belə ki, hər iki mərhələdə sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr, eləcə də solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası üstünlük qazandı. Prezidentin rəhbərlik etdiyi mərkəzçi adlandırılan koalisiya isə ciddi məğlubiyyətə uğradı. Qanunvericiliyə görə yeni hökumətdə seçkilərin nəticələri nəzərə alınmaqla formalaşdırılmalı idi. Lakin hakimiyyət hərisi olan Makron nəinki özü istefa vermədi, hətta hökuməti də bir neçə ay gecikdirmə ilə və saxtakarlıqla formalaşdırdı ki, bu da Fransa cəmiyyəti tərəfindən prezidentin seçkilərin nəticələrini tanımaması, qanunlardan və demokratiyadan vaz keçməsi anlamında qəbul olunur.
Makronun saxtakarlıqla formalaşdırdığı Barnye hökuməti elə ilk günlərdən ölkə boyunca artan problemlərin öhdəsindən gəlməkdə aciz olduğunu nümayiş etdirir. Aradan bir neçə ay ötməsinə rəğmən, ölkə iqtisadiyyatının hansısa bir sahəsində müsbət dəyişikliklərin müşahidə edildiyini söyləmək çətindir. Əksinə, tənəzzül meyillərində daha yüksək dinamika ortadadır . Günlər ötdükcə böhran daha da dərinləşir. Artıq açıq şəkildə görünür ki, Barnye hökumətinin son akkordları çalınır və onun süqutu an məsələsidir. Ümumi qənaət belədir ki, Barnye hökuməti dərinləşən böhrana cəmi bir neçə gün tab gətirə bilər.
Dövlət maliyyəsi üzərində nəzarət itib
Böhran meyilləri bütün sahələrə sirayət edib. Ən kritik vəziyyət maliyyə sektorundadır. Dövlət maliyyəsi üzərində nəzarət itib, bu il kəsir ümumi daxili məhsulun 6,2 faizinə çatır. Dövlət borcu ilin sonunadək ÜDM-in 113 faizinə çatacaq. İqtisadiyyat hazırda durğunluq içərisindədir, işsizlik artır və investorlar Fransadan kütləvi şəkildə üz döndərirlər. Ölkə 1968-ci ilin mayından bəri görünməmiş vəziyyətlə üzləşib - dövlət təsisatları xaosa qərq olub, dövlət öz əsas missiyalarını yerinə yetirməkdə acizlik nümayiş etdirir.
Yerli mətbuatın yazdığına görə, ölkə dövlət büdcəsi ilə bağlı qanun layihəsinin qəbulu məsələsində də gərginliklə üzləşib. Belə ki, Baş nazir Konstitusiyanın 49.3 maddəsinə müraciət edəcəyini və büdcə haqqında qanun layihəsinin Milli Assambleyada razılıq olmadan qəbul ediləcəyini bildirəndən bəri hökumətə qarşı senzuranın tətbiqi irəli sürülüb. Mişel Barnye təyinatından sonra ilk siyasi çıxışında dövlət kəsirini 2025-ci ildə ÜDM-in 5 faizinə, 2029-cu ildə isə 3 faizə endirməyi qarşıya məqsəd qoymuşdu. Ancaq onun təklifi qəbul edilmir.
Parlament təzyiq edir, hökumətin çaşqınlığı artır
İfrat siyasi qrupların üstünlük təşkil etdiyi parlamentdə gedən müzakirələr hökumətin çaşqınlığını daha da artırıb. Senzura riski ilə üzləşən hökumət sağçılara pensiyaların indeksasiya olunmamasını, Qabriel Attala ödənişlərin azaldılmasını, Marin Le Penə elektrik enerjisi üzrə vergilərin artırılmasından imtina etməyi təklif edib. Bütövlükdə, ölkədə vergilərlə bağlı vəziyyət daha da pisləşir, dövlət xərcləri artmaqda davam edir. “Yeni Xalq Cəbhəsi” və “Milli Birlik” partiyaları tam pensiya üçün 43 illik töhfələr tələb edən Turen islahatını ləğv etmək üçün bütün vasitələrdən istifadə edir.
Bu arada Fransa iqtisadiyyatının vəziyyəti və ətraf mühit xeyli pisləşib. Dövlət maliyyəsinin yenidən balanslaşdırılmasına başlaya bilməmək, büdcədə planlaşdırılan fiskal şok siyasi qeyri-müəyyənliyi də artırıb, fəaliyyəti iflic edib, işsizliyin qəfil artımına səbəb olub, investisiyaların qarşısını alıb.
Sahibkarların xarici sərmayəni yayındırmaları və maliyyə böhranının başlaması səbəbindən Fransa indi İspaniya, Portuqaliya və Yunanıstandan daha yüksək faizlə borc alır.
Bütövlükdə, hökumətin növbəti həftəyə keçə biləcəyi şübhə altındadır. Hökuməti devirmək üçün 288 deputat səs verməlidir. Milli Assambleyanın parlament çoxluğunun təklifini qəbul edəcəyi təqdirdə, bu, 1962-ci ildə Jorj Pompidu hökumətinin devrilməsindən sonra ilk belə hadisə olacaq. Bəzi siyasətçilər M. Barnyenin ədalətsiz siyasət apardığını səsləndirərək, onun hökumətindən çox şey gözləmədiklərini bildirirlər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

