AŞPA-nın səhvi...
17.04.2025 [10:38]
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyurlar. Bütün bunlar beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Azərbaycana qarşı ədalətsiz mövqe tutan Avropa Parlamenti ilə yanaşı, Avropa Şurası Parlament Assambleyası da (AŞPA) özünün “erməni sevgisi” naminə Avropa dəyərlərini tapdalayır.
Teodoros Rusopulosun acizliyi...
Görünən odur ki, təşkilat ölkəmizə qarşı qərəzini hələ də davam etdirməkdə qərarlıdır. Belə ki, bugünlərdə AŞPA prezidenti Teodoros Rusopulosun “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə irqi ayrı-seçkilik, ölkə hakimiyyəti ilə bağlı böhtan və qərəzlə dolu fikirləri də bunun göstəricisidir. AŞPA rəhbəri müsahibədə qurumun qərəzli mövqeyinə haqq qazandırmağa çalışsa da, bunu bacarmayıb. O, Azərbaycanın Avropa Məhkəməsi ilə bağlı mövqeyini də yanlış təfsir edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” beynəlxalq forumda Avropa Məhkəməsi ilə bağlı bildirib: “Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçkilərində iştirak etməmişik, bu məhkəmənin bütün qərarları bizim üçün etibarsızdır. Bu, bizim tutduğumuz mövqedir və fürsətdən istifadə edərək bildirirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur, çünki biz səsvermə hüququndan məhrum edilmişik. Biz bu Avropa Şurasının hakimlərinin kim olduğunu bilmirik. Azərbaycana qarşı ayrı-seçkilik etmək, bizi təcrid etmək istəyirdilər, amma əslində özlərini Qafqazdan təcrid etdilər”. Teodoros Rusopulos isə müsahibəsində bu arqumentin qarşısında aciz qaldığı üçün dövlətimizə böhtan atmaqla kifayətlənib.
İşğalçını cəzalandırmayan AŞPA
Avropa Şurasının fəaliyyətində insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi qaçqın-köçkün problemi ilə əlaqədar qurumdan ədalətli yanaşma görməyib. AŞPA Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir addım atmayıb. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
AŞPA nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir.
AŞPA islamofob və türkəfobların düşərgəsidir
Görünən odur ki, AŞPA müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. Bunu sübut edən faktlardan biri də 2024-cü il qış sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsidir. Bu təşəbbüsü Almaniyanı təmsil edən, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb və həmin təşəbbüs təsdiqlənib. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında əsassız olaraq “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Əslində, qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu bilinən faktdır. Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb. İndi AŞPA rəhbərinin ölkəmizə qarşı böhtan atması da qurumun öz “ənənəsinə” sadiq qaldığını təsdiqləyir.
Lakin Azərbaycan güclü dövlətdir və heç qüvvə ölkəmizlə diqtə ilə danışa bilməz. Azərbaycan Xarici İşlər Nazirliyinin AŞPA prezidentinə verdiyi cavab da bunun göstəricisidir. XİN-in mətbuat katibi Ayxan Hacızadənin bildirdiyi kimi, Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, dialoqa açıqlığımızı nümayiş etdirməyimizə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. Onun sözlərinə görə, AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə xalqımızın haqlı nifrətini qazanıb: “AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvü kimi Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. Rusopulos Azərbaycana soxularsa, rədd ediləcək”.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması da AŞPA prezidenti Teodoros Rusopulosun Azərbaycan barədə ifadə etdiyi irqi ayrı-seçkilik, böhtan və qərəzlə dolu fikirlərini sərt şəkildə qınayıb. Bütün bunlar göstərir ki, Azərbaycanla heç bir beynəlxalq təşkilat hökmlə danışa bilməz. Bundan əlavə, ikili standartları ilə AŞPA kimi təşkilatlar əslində, özlərini dünyada nüfuzdan salırlar. Əgər təşkilat imicini bərpa etmək istəyirsə, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərməli, o cümlədən Azərbaycana qarşı etdiyi səhvi düzəltməlidir. IV Antalya Diplomatiya Forumunda Avropa Şurasının Baş katibi Alen Bersenin Prezident İlham Əliyevlə görüşü də bu baxımdan diqqəti cəlb edir. Beləliklə, Avropa Şurası dərin böhran içərisindədir. Böhrandan çıxış yolu isə səhvləri etiraf edərək ədalətli mövqe sərgiləməkdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

