NATO yekun qərara gəlir...
26.06.2025 [09:10]
NATO Rusiyaya qarşı geostrateji və geosiyasi mübarizəni daha da intensivləşdirəcək. Qeyd edək ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Haaqa sammitinin birinci günündə liderlər əsasən Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsi məsələsini müzakirə ediblər. “Tagesschau” xəbər agentliyinin məlumatına görə, Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer sammitdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin vacibliyini qeyd ediblər. Lakin ABŞ Prezidenti Donald Trampın hələlik Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə razı olmadığı bildirilib. Eyni zamanda NATO sammitinin ilk görüşündə təhlükəsizlik və müdafiə sahəsində genişmiqyaslı planları ilə bağlı məsələlər də əsas müzakirə predmeti olub. Belə ki, Tramp “Soyuq müharibə”dən sonra ən böyük silahlanma proqramını müttəfiqlərlə birlikdə qəbul etdirmək niyyətindədir. Ağ Ev rəhbərinin tələbi əsasında bu məsələ ətrafında xüsusi plan tərtib olunub. Plana əsasən, 2035-ci ilə qədər müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırılması nəzərdə tutulur. Bunun ən azı 3,5 faizi bilavasitə hərbi xərclərə, 1,5 faizinin isə hərbi məqsədlə istifadə oluna bilən infrastruktur layihələrinə ayrılması planlaşdırılır. “Reuters” isə qeyd edib ki, NATO-ya üzv olan bütün ölkələr müdafiə xərclərinin artırılmasına dair yekun bəyannaməni imzalamağa razılaşıblar.
İki prioritet məsələ
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, NATO-nun sammitində iki əsas məsələyə diqqət yetirilib.
“Sammitin gündəmində iki önəmli müzakirə predmeti var; birinci məsələ Rusiya-Ukrayna müharibəsinin taleyi, ikinci isə Avropanın silahlanmasıdır. Birinci məsələdə hər hansı ciddi ortaq mövqeyə gəlmək qeyri-mümkündür. Çünki ABŞ Prezidenti Donald Tramp bu məsələyə skeptik yanaşır və həm Rusiya, həm də Ukrayna ilə balanslı münasibətlərin tərəfdarı olduğuna görə, neytral mövqe sərgiləyir. Neytral mövqe fonunda Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün addımlar atmaqda davam edir. ABŞ Ukraynaya əvvəlki kimi dəstək göstərməkdə maraqlı deyil. Halbuki Avropa ölkələri Trampı bu mövqeyindən çəkindirməyə çalışırlar. Avropalı liderlər - Merts, Makron və Starmer Ağ Evdə Tramp ilə görüşlərində Ukrayna məsələsinə toxunmaqla ABŞ-ı yenidən bu prosesə cəlb etməyə çalışmışdılar. Amma öz məqsədlərinə nail ola bilmədilər. Avropa çox yaxşı başa düşür ki, ABŞ-ın dəstəyi olmadan onlar Ukraynanın təhlükəsizliyini təmin etmək iqtidarında deyillər. İkinci məsələ - Avropanın hərbiləşməsinə gəlincə, “soyuq müharibə”dən sonra gündəmə gəlmişdi. Keçən əsrin 90-cı illərində Qərbi Avropanın hərbi-siyasi cəhətdən strukturlaşdırılması, xüsusilə Avropanın ABŞ-dan hərbi asılılığını azaltmaq və müdafiə qabiliyyətini artırmaq ilə bağlı məsələlər gündəmdə idi. Müzakirələr aparılsa da, bu istiqamətdə lazımi və zəruri addımlar atılmadı. Daha çox iqtisadi-ticari imkanların artırılmasına üstünlük verildi. Nəticə etibarı ilə Avropa müdafiə-təhlükəsizlik sahəsində Rusiya və Çindən xeyli geri düşdü. Bu isə ABŞ üçün ciddi problemlər yaradırdı. Əslinə baxanda Tramp öz mövqeyində haqlıdır. Ona görə ki, İkinci Dünya müharibəsindən sonra son səksən il ərzində ABŞ Avropanın müdafiə və təhlükəsizliyini lazımi səviyyədə təmin edib - demək olar ki, öz missiyasını yerinə yetirib. Avropalılar özlərinə sual verməlidirlər ki, nə vaxta qədər ABŞ onları qorumaq üçün maddi imkanlarını səfərbər edəcək. Nə zamansa Avropa da hərəkət etməlidir. Hazırda ABŞ-ın geostrateji hədəfləri Avropaya deyil, Yaxın Şərqə və Uzaq Asiyaya, xüsusilə Çinə yönəlib. Buna görə də Tramp hesab edir ki, Avropa ölkələri mütləq öz müdafiə xərclərini ÜDM-in 5 fazinə qədər artırmalıdırlar,” - deyə S.Zahidov vurğulayıb. Ekspert əlavə edib ki, artıq Avropada bu istiqamətdə islahatlar aparılır: “Almaniyanın müdafiə xərcləri 2 faizi ötüb. Bu ilin sonuna kimi Berlinin müdafiə xərclərinin 2,5 faiz civarında olacağı gözlənilir. Digər üzv ölkələr də eyni addımları atacaq”.
Tramp istəyinə nail olur
S.Zahidov bildirib ki, NATO-nun Baş katibi Mark Rutte müdafiə xərclərinin tələb olunan səviyyəyə qədər artırılmasına etiraz edən üzv ölkələrin rəhbərlərini bu məsələyə razı olmağa vadar edib: “İspaniya və bəzi üzv ölkələr əvvəlcə müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılmasına qarşı çıxırdılar. Onlar öz etirazlarını onunla əsaslandırırdılar ki, bunun üçün dövlət büdcəsindən kəsintilər olmalı və sosial-iqtisadi sahələrə xərclər azadılmalıdır. Amma NATO-nun Baş katibi sammitdən əvvəl İspaniyaya və bəzi üzv ölkələrə bildiriş göndərək onları öz mövqeyindən döndərə bilib. Böyük ehtimalla, NATO-nun bu sammitində bu məsələ üzərində yekun razılıq əldə olunacaq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

