İrəvan “yol xəritəsi”ni cızır, Moskva isə...
18.07.2025 [09:35]
Paşinyanın etiraf və ismarıcları
Azərbaycan Cənubi Qafqazın tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır. Bu baxımdan, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü müəyyən perspektivlər vəd edir.
Baş nazir niyə təəssüf edir?
Sülhün əldə olunmasına Ermənistan indiyədək əngəl törətsə də, proseslər göstərir ki, artıq Paşinyan hakimiyyəti sülhdən başqa alternativin ermənilər üçün yalnız problemlər yaradacağını anlamağa başlayıb. İyulun 16-da baş nazir Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında söylədiyi fikirlər bunu deməyə əsas verir. Liderlərin Əbu-Dabi görüşünü müsbət qiymətləndirən Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib. “Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi”,-deyən erməni baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir. Buna görə də 2022-ci il oktyabrın 6-da mən Ermənistanın Baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü tanıdım”.
N.Paşinyan mətbuat konfransında ölkə ərazisində ikinci dövlətin mövcudluğuna icazə verməyəcəyini də bəyan edib. O, bu bəyanatı Qarabağdakı keçmiş separatçı rejimin “nümayəndəliyi”nin binasının müsadirəsi ilə bağlı Baş Prokurorluğun təşəbbüsü fonunda səsləndirib. “Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək. Bir, iki, üç... Dövlət tədbirlər görməlidir”,- deyən baş nazirin sözlərinə görə, bu əmlak Ermənistanın mülkiyyətində olmalıdır.
Nikol Paşinyan etiraf edir ki, İrəvanın Ankara ilə barışmaqdan başqa alternativi yoxdur. “Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, hansı alternativlər var?”, - deyən baş nazir, həmçinin İrəvan-Ankara münasibətlərinin normallaşmasından narazı olan Ermənistan vətəndaşlarının nəyə ümid etdiklərini soruşub: “Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Siz ümumiyyətlə nə danışdığınızı başa düşürsünüz?”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə toxunan Paşinyan onda müsbət təəssüratların yarandığını qeyd edib. “Mən Türkiyəyə Ermənistan-Türkiyə gündəliyi ilə deyil, Ermənistan-Türkiyə münasibətlərinin gündəliyi ilə getdim. Bu, çox vacib bir nüansdır. Əlbəttə, dəvətə və səmimi, açıq söhbətə görə Türkiyə Prezidentinə təşəkkür etdim. Biz bütün məsələləri müzakirə etdik: kommunikasiyaların açılması, münasibətlərin qurulması, müxtəlif sahələrdə mümkün əməkdaşlıq, tarixi Ani körpüsünün bərpası və digər məsələlər. Ümumi təəssüratlarım müsbətdir, bu görüş haqqında heç bir mənfi nüansı qeyd edə bilmərəm”, - deyə baş nazir vurğulayıb.
İrəvan həm Aİ, həm də ŞƏT üzvlüyünə can atır
Bütün bunların fonunda Ermənistan Avropa İttifaqına da can atır. Paşinyanın sözlərinə görə, ölkəsi Avropa İttifaqının üzvü olmaq istəyir. O deyib ki, görüşlər və müzakirələr zamanı Ermənistan və Avropa tərəfləri bunun asan bir proses olmadığını qeyd ediblər: “Birincisi, bütün Aİ üzvləri buna razılıq verməlidir, ikincisi, ölkə Aİ standartlarına uyğun olmalıdır”.
Aİ-yə can atan atan Ermənistan buna paralel olaraq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) da qoşulmaq üçün sorğu göndərib. Paşinyan hesab edir ki, bu yanaşma balanslaşdırılmış xarici siyasət gündəliyinə uyğundur.
Peskov: Onlara elə gəlir ki, çoxvektorlu siyasət yürüdürlər
Təbii ki, bütün bunlar Rusiya tərəfindən xoş qarşılanmır. Bunu Paşinyan da yaxşı başa düşsə də, rəsmi Moskvaya müqavimət göstərmək niyyətindədir. Baş nazirin mətbuat konfransında söylədiyi fikirlər də bunu deməyə əsas verir. Paşinyan deyib ki, Ermənistanla Rusiya arasındakı münasibətlər transformasiya mərhələsindədir. O, hesab edir ki, Rusiya ilə münasibətlər bundan sonra əvvəlki kimi olmayacaq: “Amma bu, o demək deyil ki, bizim münasibətlərimiz pis olmalıdır. Təbii ki, Rusiyanın bu və ya digər planlarına dair müəyyən siqnallar var. Açığını desəm, mən bu cür söz-söhbətlərə və qiymətləndirmələrə inanmağa meylli deyiləm, amma hər hansı problem yaranarsa, biz onları rusiyalı tərəfdaşlarımızla müzakirə edəcəyik, həll yollarını tapmağa çalışacağıq”.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, Paşinyan deyib ki, Ermənistanın KTMT-dən çıxmaq ehtimalı bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksəkdir.
Artıq Paşinyanın bu bəyanatına Kremldən münasibət bildirilib. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya Ermənistanın müxtəlif istiqamətlərdə balans yaratmaq istəyini görür və onun Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasını izləyir: “Amma eyni zamanda onlar (Ermənistan - red.) ŞƏT-də maraqlıdırlar. Yəni onlara elə gəlir ki, çoxvektorlu siyasət yürüdürlər”. KTMT məsələsinə gəlincə, Peskov qeyd edib ki, bu, Ermənistanın suveren məsələsidir.
Bütün hallarda Ermənistan hakimiyyətinin mövqeyi Cənubi Qafqazda sülh və əməkdaşlıq istiqamətində olmalıdır. Digər variantlar isə bu ölkə üçün yaxşı heç nə vəd etmir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

