Aİ Trampdan Rusiyaya sanksiya tətbiq etməsini istəyir
17.09.2025 [10:15]
Vaşinqton şərt qoyur
Vaşinqton NATO-dakı müttəfiqlərini Rusiyaya qarşı sanksiya məsələsinə ciddi yanaşmağa çağırıb. Belə ki, ABŞ Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib ki, Avropa ölkələri Vaşinqtondan Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb etməzdən öncə ilk növbədə özləri eyni məhdudiyyətləri tətbiq etməlidirlər. ABŞ Prezidenti Donald Trampın yeni sanksiyaların tətbiqini nə qədər gözləyəcəyi ilə bağlı sualı cavablandıran Rubio qeyd edib ki, prezident “süni şəkildə vaxt çərçivəsi elan etməyəcək. O əlavə edib ki, Avropa da eyni addımları atmalıdır. “Avropada hələ də Rusiya mallarını, o cümlədən Rusiya neftini alan ölkələr var. Prezident Avropadakı tərəfdaşlarımıza çağırış edib ki, onlar bizdən tələb etdikləri sanksiyaları özləri də tətbiq etsinlər. Əgər bu məsələyə, həqiqətən, sadiqdirlərsə, biz onları bu istiqamətdə konkret addımlar atmağa təşviq etmək istəyirik”, - deyə dövlət katibi vurğulayıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 13-də bəyan edib ki, əgər Şimali Atlantika Alyansının bütün üzvləri birlikdə hərəkət edərsə və Rusiya neftinin alışını dayandırarsa, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdır. “Mən Rusiyaya qarşı böyük sanksiyalar tətbiq etməyə hazıram, amma yalnız o halda ki, bütün NATO ölkələri buna razılaşsın və eyni addımı atsın, həmçinin bütün NATO ölkələri Rusiyadan neft almasını dayandırsın,” - deyə Tramp bildirib.
Rusiyaya qarşı vahid cəbhədə birləşmək mümkün olacaq?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı birgə sanksiyaların tətbiq edilməsi istiqamətində vahid mövqe ortaya qoyması qeyri-real görünür. Onun sözlərinə görə, Avropada Rusiya ilə iqtisadi-ticari münasibətləri tamamilə dayandırmaq istəməyən müəyyən ölkələr var. “Tramp administrasiyasının bu şəkildə şərt irəli sürməsi faktiki olaraq onu deməyə əsas verir ki, ABŞ Rusiyaya təzyiq göstərməyin məsuliyyətini birbaşa Avropa ölkələrinin öhdəliyinə buraxmaq istəyir. Məlumdur ki, Tramp Rusiyadan neft alışını dayandırmaqla yanaşı, Moskvanın ticarət tərəfdaşı olan Çin və Hindistanın məhsullarına 50 və ya 100 faizlik tarif tətbiq edilməsini də şərt kimi irəli sürür. Halbuki Ağ Ev çox yaxşı başa düşür ki, Avropa İttifaqının ayrı-ayrı üzv ölkələrinin Rusiya ilə ticarəti, o cümlədən bu ölkədən neft alışını davam etdirməsi məcburiyyətdən irəli gəlir. Çünki həmin ölkələrin başqa ölkələrdən ucuz qiymətə neft almaq imkanları yoxdur, buna görə də Rusiyaya üz tuturlar. Ümumiyyətlə, Avropa İttifaqı daxilində Rusiyaya qarşı sanksiyalarla bağlı vahid mövqe ortaya qoyulmayıb. Bu, çox çətin bir məsələdir. Tramp administrasiyası bunu çox yaxşı bildiyi halda bu cür şərtlərlə çıxış etməsi məsuliyyətdən yayınmağa hesablanıb”, - deyə R.Bayramov vurğulayıb. Ekspert əlavə edib ki, Tramp hələ də Rusiyaya qarşı sərt tədbirlər görmək niyyətində deyil; “Avropa İttifaqı bu günə qədər Rusiyaya qarşı 18 sanksiyalar paketi tətbiq edib. Aİ və ittifaqın üzv ölkələri Trampdan əsas istəyi budur ki, hazırda Konqresin gündəmində olan Rusiya ilə bağlı sanksiyalar tez bir zamanda tətbiq olunsun. Amma Tramp hələ də bu məsələdə tələsmir və Kremlə düşünməyə vaxt verir. Ancaq Moskva Ukraynada öz hədəflərindən bir addım da geri çəkilmək istəmir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

