Siyasi qüvvələr birləşərsə...
02.03.2022 [10:15]
NURLAN
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi şəraitdə ekspertlər, siyasətçilər və sadə insanlar bir çox məsələlərdən bəhs edir, müxtəlif məqamları diqqətə çatdırırlar. Bunlardan biri də müharibə dövründə və şəraitində ölkə daxilində siyasi qüvvələrin iqtidara, dövlətə dəstək vermələrinin vacibliyidir. Bu baxımdan, Azərbaycanın 44 günlük müharibədə göstərdiyi nümunəyə xüsusi diqqət yetirilir, bu örnəyin faydalı və önəmli olduğu qeyd edilir. Söhbət siyasi qüvvələrin vahid mövqedən çıxış edərək birlik - həmrəylik nümayiş etdirməsindən gedir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsini təmin edən mühüm amillərdən biri də milli həmrəylik, o cümlədən siyasi birlik faktoru olub. Vətən müharibəsində siyasi partiyaların mütləq əksəriyyəti xarici təhdidlərə qarşı birlik nümayiş etdirdi, birgə bəyanat və müraciətlər imzalandı. Siyasi qüvvələr Ali Baş Komandanın yanında olduqlarını və ölkədə milli birliyin qorunub saxlanılmasının vacibliyini əks etdirən dəyişməz mövqe ortaya qoydular. Biz postmüharibə dövründə də bu qətiyyətli dəstəyi və birliyi müşahidə edirik. Siyasi qüvvələrin bəyanatlarında Vətən müharibəsi nəticəsində əldə olunmuş Zəfərin Azərbaycanın müstəqillik tarixində müstəsna əhəmiyyəti qeyd olunur, həmin Qələbəni Azərbaycana bəxş etmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Silahlı Qüvvələrimizin cəsur hərbçilərinə, həmçinin müharibə günlərində Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqına minnətdarlıq bildirilir. Bütün bunlar isə siyasi birliyin güclənməsinə və Azərbaycanın hərb meydanında qazandığı tarixi Qələbənin diplomatik müstəvidə möhkəmlənməsinə, yəni tarixi-strateji prosesə çevrilməsinə mühüm töhfələr verir.
Bu gün informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə bu ictimai-siyasi-ideoloji düsturun Ukrayna üçün də aktual və əhəmiyyətli olduğu vurğulanır. Əlbəttə, müharibədə məğlub olmamaq - qalib gəlmək üçün hərbi-strateji amillərlə yanaşı, ictimai-siyasi müqavimət faktoru da çox önəmlidir. Burada isə əsas yük, yaxud güc daxili siyasi proseslərin iştirakçısı olan qüvvələrin üzərinə düşür. Bu, həm xalqın vahid məqsəd - eyni amal uğrunda səfərbər olunması, həm daxili platformada ziddiyyət olmaması, həm də kənar siyasi müdaxilələrin, o cümlədən dezinformasiya və psixoloji savaşın qarşısının alınması baxımından əhəmiyyətlidir.
Bu gün Ukrayna ictimai-siyasi mühitinə nəzər saldıqda aktivliyin və çoxpartiyalı sistemin olduğunu görürük. Ali qanunverici orqan olan Ukrayna Ali Radasında Xalqın Xidmətçisi, Gələcək üçün, İnam, Həyat üçün Müxalifət Platforması, Avropa Həmrəyliyi, Ana Vətən kimi partiyalar təmsil olunurlar. Bununla yanaşı, parlamentdə təmsil olunmayan müxtəlif təmayüllü (sol, sağ-mərkəz və s.) partiyaların fəaliyyəti müşahidə edilir. Sonuncu seçkilərdə 22 siyasi partiyanın nümayəndələrinin iştirakı isə siyasi fəallığın aşağı olmadığını göstərir. Beləliklə, mövqeyindən və təmayülündən asılı olmayaraq, Ukraynada siyasi partiyalar ictimai rəyə təsir göstərə bilən və ictimai təşkilatlanma prosesinə töhfə verə bilən fəal qüvvə kimi səciyyələndirilə bilər. Ona görə də bu təsisatların müharibə fəallığına böyük önəm verilir.
Volodimir Zelenski bir müddət əvvəl siyasi qüvvələri vahid mövqedən çıxış edərək dövlətə dəstək verməyə çağırmışdı. Ukrayna mediasının yaydığı məlumatlardan aydın olur ki, siyasi qüvvələrin bu çağırışa reaksiyaları - cavabları müsbət xarakterlidir. Ekspertlər isə ictimai-siyasi səfərbərliyin təmin olunmasının hərbi-strateji fəaliyyət qədər önəmli olduğunu vurğulayırlar. Çünki müharibə təkcə döyüş meydanında texnikalar vasitəsilə aparılmır - qarşıdurma informasiya-təbliğat və diplomatiya müstəvisini də əhatə edir. Hibrid savaş şəraitində insan amili, ictimai müqavimət həlledicidir. Burada isə siyasi qüvvələrin üzərinə ciddi tarixi-siyasi məsuliyyət düşür. Azərbaycan nümunəsi bu reallığı təsdiqləyir. Azərbaycanın müharibə taktikası bu gün dünyanın nüfuzlu ali hərbi məktəblərində necə öyrənilirsə, ictimai-siyasi həmrəylik örnəyi də strateji araşdırma mərkəzlərinin tədqiqatlarında, politoloji mənbələrdə öz əksini tapır və tapacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

