Paytaxt Moskvadan Sibirə köçürülür?
06.03.2022 [09:51]
Rusiyalı siyasətçilər gələcək maraqlarını Asiyada axtarmaq niyyətindədirlər
Pərviz SADAYOĞLU
Rusiyanın məşhur iş adamı Oleq Deripaska Krasnoyarsk İqtisadi Forumunda maraqlı bir təkliflə çıxış edib. O, Avropa ilə münasibətlərin kəskin şəkildə pozulması və əlaqələrin qırılması fonunda Asiyaya arxalanmağı, Rusiyanın paytaxtını Moskvadan Sibirə köçürməyi təklif edib. Biznesmenin fikrincə, belə bir qərarın qəbulu təhlükəsizlik risklərini azaltmaqla yanaşı, iqtisadi fayda da vəd edir. O qeyd edib ki, yeni şəraitdə Rusiya Asiya ölkələri ilə münasibətlərə diqqət yetirməlidir. Bununla yanaşı, paytaxtın şərqə köçürülməsi Sibir infrastrukturunun inkişafına da yaxından kömək edəcək. Deripaska bu köçürmənin iqtisadiyyatın inkişafındakı roluna da toxunub: “Rusiyanın gələcək maraqları Asiyadadır. Bizim Asiyada Çin kimi böyük iqtisadi tərəfdaşımız var. 2021-ci ildə təkcə Çinlə iqtisadi mübadilə 18 trilyon dollar təşkil edib. Buna, digər ölkələrlə olan müvafiq rəqəmləri də əlavə etsəniz, Avropadan daha fərqli bir dinamizmlə üzləşəcəksiniz”.
Rusiyalı biznesmen onu da bildirib ki, Qərb Rusiyanı istəmirsə və iqtisadi maraqlar şərqi göstərirsə, paytaxt nə üçün Moskvada qalmalıdır? Onun fikrincə, bu təhlükəsizlik məsələsinə görə də vacibdir. Deripaska onu da qeyd edib ki, sadə inzibati məsələlərə görə Moskvaya uçmamaq üçün bəzi idarəetmə funksiyalarını Sibirə köçürməklə bu işə başlamaq olar.
Ümumiyyətlə, son illərdə Rusiyanın xarici siyasət kursunda Şərq amilinə daha çox “rastlansa da”, ekspertlərin fikrincə, Qərbin Ukrayna ilə bağlı kəskin reaksiyası bu məsələdə xüsusi rol oynayıb. Şərqə üz tutmağın zərurəti ilə bağlı müzakirələr isə 2013-2015-ci illərdə Qərb ilə Rusiya arasında böhranın pik həddə çatdığı zamandan aktualdır. 2021-ci ildə müdafiə naziri Sergey Şoyqu da paytaxtın Sibirə köçürülməsini və orada beş böyük sənaye və elm mərkəzinin tikilməsini təklif etmişdi. Bunun qarşılığında prezident Vladimir Putin paytaxtın Moskvadan Sibirə köçürülməsini Rusiyanın fundamental problemlərinin həlli olmadığını demişdi. Bununla belə, dövlət başçısı hökumətin bəzi federal idarələrinin və iri müəssisələrinin köçürülməsinin mümkünlüyünü önə çəkmişdi. Rusiyanın tanınmış siyasət adamları və ekspertləri də paytaxtın köçürülməsi ilə bağlı məsələyə “isti” yanaşırlar. Məsələn, Tomsk vilayətinin libral demokratlardan olan deputatı Aleksey Didenko belə bir köçürülməni həm demoqrafik, həm də siyasi səbəblərə görə zəruri sayır. Onun fikrincə, Rusiyanın Qərb sərhədlərində anti-Rusiya ruhlu kvazidövlət yaradılır. Avropanın özü isə həm mədəni, həm də iqtisadi cəhətdən hasarlanıb: “Tarixin özü bizi Şərqə sövq edir, amma biz Qərbə yönəlmişik. Dərk etməliyik ki, biz heç vaxt Avropa üçün özümüz olmayacağıq və Şərqi sosial-iqtisadi inkişafın yeni vektoru elan etməliyik. Ukraynada yanğını körükləyəndən sonra artıq Avropa yoxdur”.
“Vahid Rusiya” partiyasının Krasnoyarsk diyarından olan deputatı Aleksey Veller də Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsinin vaciblyini vurğulayıb. O deyib ki, Sibir inkişaf etdirilməlidir. Bununla yanaşı, Rusiya Şərq tərəfdaşları - Çin, Cənub-Şərqi Asiya ölkələri və Hindistanla münasibətlərini daha da möhkəmləndirməlidir.
Politoloq Konstantin Kalaçev isə başqa çıxış yolunun olmadığı qənaətindədir. O, Oleq Deripaskanın bütün fikirləri ilə razı olduğunu deyir. Politoloqun fikrincə, istər yaxın üç ildə ağır böhranın proqnozlaşdırılması, istərsə də Avropa bazarları ilə bağlı problemlər baxımından Asiya yeganə xilasedicidir: “İndi Rusiya həm ixracatının perspektivlərini, həm də mümkün investisiyaları Asiyada axtarmalıdır. Yeri gəlmişkən, əvvəlcə kifayət qədər sərt mövqe tutmuş kimi görünən Cənubi Koreya da sonradan Rusiyaya qarşı ixrac sanksiyalarını dəstəkləməyəcəyini bildirib. Bu ölkə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını dəstəkləməsə də, “Samsung” və “Kia” bizimlə qalacaq. Bununla yanaşı, şərqdə Çin, Malayziya, İndoneziya, Tailand, Sinqapur, Hindistan da var”.
“Valday” klubunun proqram direktoru Timofey Bordaçev isə Qərblə münasibətlərdəki mövcud böhranı daxili inkişafa arxalanmaqla Asiyaya dönüş üçün “unikal şans” adlandırıb. O bildirib ki, Rusiyanın vəzifəsi Asiyanın imkanlarından istifadə etməkdir. Eyni zamanda, Bordaçov Moskvanı Rusiya mədəniyyətinin və tarixinin simvolu adlandırıb və onu əvəz etməyin çətin olduğunu bildirib. Ekspert paytaxtın funksiyalarının bir hissəsinin Sibirə köçürülməsinin aktual olduğunu da qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

