Soyuq silah
12.07.2023 [11:17]
İrana xof, Ermənistana “xoş” olan dilimiz
Düşməni məğlub etməyə gedən yol dildən keçir
Günel ABBASOVA
Düşməni məğlub etmək üçün ilk növbədə onun dilini bilmək vacibdir. Biz bu barədə böyüklərimizdən tez-tez eşitmiş, tövsiyyələr almışıq. Ancaq nə qədər əməl edirik, onu demək olmaz. Xoş səslənməsə də, ermənilər bu fənddən istifadə etməyə bizdən daha tez başlayıblar. Belə ki, Azərbaycan dilinin bu ölkədə tədrisi hələ sovet dövrünə təsadüf edir, bu gün isə Ermənistanda yuxarı siniflərdə təhsil alan şagirdlər fakültətiv fənn olaraq Azərbaycan və türk dillərini seçirlər. Statistik məlumata görə, hazırda Azərbaycan dilinin tədris edildiyi 4 məktəb mövcuddur. Bu məktəblərin sayının gələcəkdə artırılması da gündəmdədir.
Tarixə nəzər saldıqda görürük ki, Ermənistanda Azərbaycan dilinin tədrisi təəccüblü məqam deyil. Çünki ermənilərin ikinci ana dili uzun müddət türk dili olub. Sonralar onlar rus və başqa dillərə maraq göstəriblər, amma yüz il əvvəl əsas məqsədləri Azərbaycan dilini öyrənmək olub. Bu gün də onlarda Azərbaycan dili mərkəzlərinə maraq güclənib, bu, 44 günlük müharibədən sonra özünü daha güclü şəkildə göstərdi.
Ermənilər niyə Azərbaycan dilini öyrənir?
1988-ci illərdə bəzi hadisələrdə erməni dilini bilmədiyimiz üçün onlar bizə qalib gəldilər. Bu hadisələrdən biri də Daşaltı əməliyyatıdır. Əgər həmin əməliyyatda uduzmasaydıq, səhəri gün Şuşanı itirməzdik. Şuşa həm də ona görə əldən getdi ki, biz erməni dilini bilmirdik. Erməninin Azərbaycan dilində bilən bir qrup dəstəsi rasiya vasitəsilə içimizə daxil olub, bizi dinləməyə başlamışdı...
Hazırkı vəziyyətdə erməni dilini bilməyimiz çox vacibdir. İstənilən müharibədə düşmənin dilini bilmədən ona qalib gəlmək mümkün deyil, bu, tarixi faktdır.
Ermənistan hakimiyyəti, müvafiq dövlət strukturları Azərbaycan dilinin erməni vətəndaşlarına öyrədilməsində həmişə maraqlı olub. Əlbəttə, burada xoş niyyət axtarmaq düzgün olmaz. Çünki zaman da göstərdi ki, düşmənin bizim dilimizi öyrənməsinin arxasında müxtəlif məqsədlər dayanır. İrəvan Dövlət Universitetində Türk Araşdırmaları Bölməsi 1991-ci ildə yaradılıb. 2010-cu ildə isə türk (Osmanlı), Azərbaycan, qazax və digər türk xalqlarının ədəbiyyatını, mədəniyyətini və tarixini özündə birləşdirən Türkşünaslıq bölməsinə çevrilib.
2012 -ci ildə Ermənistanda ilk dəfə olaraq “Azərbaycan dili” dərsliyi nəşr olunub. Nəşr etmək təşəbbüsü İrəvan Dövlət Universitetinin Türk Araşdırmaları Bölməsinə aiddir. Universitetinin elmi şurası onu akademik səviyyədə təsdiqləyib. Bu gün bu dərsliyə böyük tələbat var, çünki Azərbaycan dilini öyrənmək istəyi hər gün artır. Azərbaycan dilini öyrənməyə maraq xüsusilə 2016-cı ildəki dörd günlük Aprel döyüşləri və 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra məqsədli şəkildə artıb.
Bundan başqa, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində 2008-ci ildən Azərbaycan dili kursları açılıb. Başlanğıcda Azərbaycan dili Türkşünaslıq Bölməsində ikinci dil olaraq tədris edilirdi, son illər Azərbaycanşünaslıq proqramı çərçivəsində tətbiq edilir.
İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekan müavini Ruben Melkonyan qeyd edib ki: “Azərbaycanşünaslıq proqramı ilə maraqlananların sayı çoxdur. Bu proqram Müdafiə Nazirliyi ilə birlikdə həyata keçirilir. Əvvəllər hətta müvafiq dərsliklər az olsa da, son beş ildə sırf təhsil xarakterli ixtisaslaşdırılmış dərsliklər meydana çıxıb. Kurs Azərbaycandakı milli azlıqların vəziyyətini öyrənməyi, onlara qarşı hansı siyasətin aparıldığını və ölkə daxilindəki vəziyyəti başa düşməyi əhatə edir”.
İranın Azərbaycan dili xofu
Araşdırmalar göstərir ki, bu gün Ermənistanın Azərbaycana və onun dilinə olan marağı cənub qonşumuzdan daha çoxdur. Məlum olduğu kimi, İran son dövrlərdə Azərbaycan dilinin tədrisi və öyrənilməsi məsələsini yox səviyyəsinə gətirib. Baxmayaraq ki, Azərbaycanın İranla düşmənlik münasibəti olmayıb və bu ölkədə 40 milyondan çox soydaşımız yaşayır. Bu mənada İran erməni dilində tədris aparan məktəblərin fəaliyyətinə icazə verdiyi kimi, Azərbaycan dilində tədrisin olduğu məktəblərə də şərait yaratmalıdır. Ancaq reallıq bizim istədiyimiz kimi deyil. İran məktəblərində Azərbaycan dilində tədris məsələsi müzakirə mövzusu deyil. İranın ən böyük qorxularından biri türk dilinin bu ölkədə sərbəst və dövlət səviyyəsində inkişafıdır. Bu həm də farsın türkdən qorxusunun bir nümunəsidir. Bu təzyiqlər fonunda ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirir və Azərbaycan dilini sadəcə məişət səviyyəsində saxlamağa məcbur olurlar. Təbii ki, bu vəziyyət də İranın şəxsi maraqları çərçivəsindədir.
Erməni dilini bilməliyik?
Mustafa Kamal Atatürkün gözəl bir sözü var: “Müharibə aparan ölkələrdə təkcə ordular döyüşmür, dil, mədəniyyət, iqtisadiyyat da döyüşür”. Zəfərdən keçən iki il yarımdan çox zaman göstərir ki, informasiya əməliyyatları hibrid müharibənin bütün dövrlərində aktualdır. Postmüharibə dövründə Ermənistanın qeyri-müəyyən cəhdləri onu göstərir ki, 10 noyabr razılaşmasının bəzi müddəalarından yayınmaqla sülh müqaviləsini imzalamaq istəmir, ATƏT-in fəaliyyətini “diriltməyə” çalışmaqla Qarabağda yaşayan ermənilərə xüsusi status əldə etməyə çalışır. Bütün bunlar informasiya müharibəsinin xüsusilə siyasi-diplomatik sferada davam etdiyini göstərir.
Düşmənə qalib gəlməyin ən təsirli vasitələrindən biri də onu öz silahı ilə məğlub etməkdir. Yəni, burada əsas məqsəd onun dilini, tarixini, mədəniyyətini, ideologiyasını, identikliyini araşdırmaq və öyrənmək, həmçinin düşmən ölkənin dilində danışan mütəxəssislərə sahib olmaq, bu istiqamətdə strateji hədəfləri müəyyən etməkdir.
Bu baxımdan ermənilərin məkrli dövlət siyasətinin qarşısını almaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün Azərbaycanda ermənişünaslıq sahəsinin öyrənilməsi aktual bir məsələ kimi qarşıya çıxır. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda bu istiqamətdə fraqmentar addımlar atılsa da, bu sahədə boşluqlar, sistemsizlik müşahidə edilir. Ölkəmizdə ermənişünaslığın institutlaşması son illərə qədər diqqətdən kənarda qalmışdır.
Azərbaycanda erməni dili ilə bağlı son vəziyyət
Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyan ermənişünaslıq sahəsinin ölkəmizdə tədqiqi olduqca gəncdir və belə demək mümkündürsə, XX əsrin 80-ci illərindən bu sahə az-çox dərəcədə öyrənilməyə başlanılıb. Azərbaycan üçün nəinki elmi-idraki, hətta strateji əhəmiyyət kəsb edən bu problem indiyədək sistemli şəkildə xüsusi araşdırılmamış, müzakirə edilməmiş - bir sözlə, lazımi diqqətdən kənarda qalıb. Buna müvafiq olaraq, ölkəmizdə ermənişünaslıq sahəsində qeyri-qənaətbəxş vəziyyət yaranıb.
Azərbaycanda erməni dili üzrə mütəxəssislər 2008-ci ildən Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsində (“Ermənişünaslıq’” elmi-tədqiqat laboratoriyasında) və 2010-cu ildən Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq fakültəsində hazırlanır. 2016-cı ildə BDU-nun Qafqaz xalqları kafedrasının nəzdində ermənişünaslıq ixtisası üzrə magistratura şöbəsi də açılıb.
2015-ci ilin sentyabr ayında Strateji Araşdırmalar Mərkəzinin sifarişi ilə müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı olan “Erməni dili” dərsliyi nəşr olunub.
29 aprel 2015-ci il tarixində AMEA-nın ümumi yığıncağının qərarına (№1/16) əsasən yaradılmış Qafqazşünaslıq İnstitutunda Ermənişünaslıq şöbəsi fəaliyyət göstərir. İnstitutun internet səhifəsində yerləşdirilmiş məlumatdan aydın olur ki, şöbənin tərkibi 4 nəfərdən ibarətdir (şöbə müdiri, 2 kiçik elmi işçi və böyük mütəxəssis). Bu şöbənin bu illər ərzindəki ən böyük nailiyyəti “Ermənistan: daxili sosial-iqtisadi və siyasi şərait” və “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr - XXI əsrin əvvəlləri)” adlı kollektiv tərəfindən yazılmış kitablardır.
Bundan başqa, bu yaxınlarda Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Erməni Araşdırmaları və Təlim Mərkəzi” yaradılıb. BDU rektorunun əmri ilə Mərkəzə erməni dilini bilən İsmayıl Tanrıverdi direktor təyin edilib. Yeni yaradılan mərkəz birbaşa BDU rektorunun tabeliyində olan müstəqil bir qurumdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının 155№-li Qərarı və UNEC rektorunun 296/3/2018 №-li əmrinə əsasən Ermənistan İqtisadiyyatının Araşdırılması Tədqiqat Mərkəzi yaradılıb.
AMEA Tarix İnstitutunda ayrıca ermənişünaslıq mərkəzi və ya şöbəsi yoxdur. Qarabağ tarixi, Azərbaycan xalqına qarşı soyqırımları tarixi, Qafqaz tarixi və başqa şöbələr fəaliyyət göstərir.
Beləliklə, qarşıya qoyulan vəzifələr üzrə aparılan araşdırmalardan aydın olur ki, sözün əsl mənasında Azərbaycanda ermənişünaslıq bir institut kimi hələ formalaşmayıb. Ermənistanın həyatın bütün sahələrində dövlətimizə qarşı düşmənçilik siyasəti həyata keçirdiyi bir dövrdə ölkəmizdə ermənişünaslığın belə bir vəziyyəti qənaətbəxş hesab oluna bilməz və bu istiqamətdə köklü dəyişikliklərin edilməsi zəruridir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

