Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vətən müharibəsi şəhidi Adışov Qüdrət Rahim oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Adışov Qüdrət Rahim oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

02.10.2025 [16:10]

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Adışov Qüdrət Rahim oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib.

Şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib. Anım tədbirində YAP Sabunçu Rayon Təşkilatının sədr müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova və şəhidin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Qüdrət Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olub. Sonra ailəsi ilə birgə Sabunçu rayonunun Zabrat qəsəbəsində məskunlaşıb.  2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Goranboy istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zabrat qəsəbə qəbirstanlığında dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İdman

8 qızıl ...

03 Oktyabr 13:07

Analitik

İqtisadiyyat

Analitik

Sosial

Gizli düşmən...

03 Oktyabr 08:52

MEDİA

Motivasiya və hədəf!

03 Oktyabr 08:26  

Gündəm

Andına sadiq qalan Lider

03 Oktyabr 08:13  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31