Qürbətdəki qəlblər...
04.10.2025 [09:21]
Azərbaycan dünyanın hər yerindədir!
Bu gün dünyanın müxtəlif guşələrində “Mən azərbaycanlıyam!” deyə qürurla söyləyən milyonlarla soydaşımız yaşayır. Onların bəziləri uzaq ölkələrdə doğulub boya-başa çatıb, bəziləri isə müxtəlif səbəblərdən Vətəndən uzaqlarda yaşamağa məcbur olub. Lakin yaşadıqları yer hara olur-olsun, bir həqiqət dəyişməz qalır: Azərbaycan onların qəlbində, ruhunda, kimliyində yaşayır. Məhz buna görə diaspor quruculuğu bizim üçün təkcə təşkilati və inzibati fəaliyyət deyil, milli yaddaşın, vətən sevgisinin və dövlətçiliyin xaricdə davam edən bir formasına çevrilib.
Azərbaycan diasporu bu gün təkcə mədəni tədbirlər keçirməklə, folklorumuzu, musiqimizi tanıtmaqla kifayətlənmir. Bu diaspor artıq bir gücə çevrilməkdədir - həm informasiya savaşında, həm diplomatik arenada, həm də iqtisadi və siyasi nüfuz baxımından. Vətən müharibəsi zamanı xaricdəki diaspor təşkilatlarının fəaliyyəti bir daha sübut etdi ki, bu güc düzgün yönləndiriləndə nəticə verir. Qərbin parlamentlərində, mətbuatında, küçə yürüşlərində Azərbaycan həqiqətlərini müdafiə edən səs çoxaldı, öz haqlarımızı dünya ictimaiyyətinə çatdırmaq mümkün oldu.
Lakin diaspor quruculuğu birdəfəlik layihə deyil. Bu, daimi fəaliyyət, səbr, strateji yanaşma və ən əsası birlik tələb edən uzunmüddətli bir yoldur. Təəssüf ki, hələ də bəzən parçalanmalar, şəxsi ambisiyalar, koordinasiyasızlıq bu hərəkatın gücünü zəiflədir. Halbuki bu hərəkatın mərkəzində bir amal dayanmalıdır: Vətənə xidmət.
Xarici ölkələrdə yaşayan azərbaycanlı soydaşlarımızla keçirilən hər bir görüş isə sadəcə rəsmi bir tədbir deyil, bu, milli yaddaşın, birliyin və ruhun təntənəsidir. Bu görüşlər bizə göstərir ki, coğrafi sərhədlər kimliyimizi məhdudlaşdıra bilmir. Əksinə, Vətən anlayışı daha da dərinləşir. Məhz bu səbəbdəndir ki, dövlətimiz son illərdə diaspor siyasətini təkcə mədəni tədbirlər səviyyəsindən çıxararaq strateji dövlət siyasətinə çevirib.
Osakada Azərbaycan icması ilə görüş
Oktyabrın 1-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyanın Osaka şəhərində Azərbaycan icması ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Yaponiyanın 10-dan çox şəhərində yaşayan soydaşlarımız və ölkəmizi sevən xaricilər iştirak ediblər.
Soydaşlarımıza Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizin beynəlxalq miqyasda təntənəsinə göstərdiyi qayğı barədə məlumat verilib, diaspor fəaliyyəti sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması imkanlarından danışılıb. Nəzərə çatdırılıb ki, Osakada keçirilən “Expo 2025”də Azərbaycanın təmsilçiliyi, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan pavilyonunun qurulması ölkəmizin daha geniş arealda tanıdılması baxımından mühüm hadisədir və bu qədər əhəmiyyətli tədbir çərçivəsində icmamızla görüşün təşkili xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə icma ilə keçirilən görüşün əhəmiyyətinə diqqət çəkib və bu görüşlərin icma daxilində şəbəkələşmənin sürətlənməsinə təsirini müsbət qiymətləndirib. Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər Yaponiyadakı Azərbaycan icmasının gördüyü işlərdən, soydaşlarımızın cəmiyyətə uğurlu inteqrasiyasından və diaspor fəaliyyəti sahəsindəki birgə təşəbbüslərin əhəmiyyətindən danışıb. Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov mədəniyyətimizin Yaponiyada tanıdılmasında soydaşlarımızın əvəzsiz xidmətlərini yüksək qiymətləndirib. Yaponiyada yaşayan musiqiçi Gülnarə Səfərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. Gülnarə Səfərova diaspor fəaliyyətinə görə təltif olunmaqdan böyük qürur hissi keçirdiyini bildirib. Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən bəhs edən videoçarxlar nümayiş olunub.
Yaponiyadakı Azərbaycan icması ilə görüş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə davam edib. Soydaşlarımız görüşlə bağlı təəssüratlarını bölüşüb, Yaponiyadakı icmaya göstərilən diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.
İcma görüşü azərbaycanlı və yapon sənət adamlarının birgə iştirak etdiyi konsert proqramı ilə yekunlaşıb. Açıq havada təşkil olunan konsert proqramını “Expo 2025”ə gələn yüzlərlə iştirakçı böyük maraqla izləyib. Azərbaycanlı və yapon sənətkarların ifasında səslənən milli musiqilərimiz, rəqslərimiz qəlb oxşayıb, tamaşaçılar arasında böyük coşqu yaradıb. Konsert proqramı Azərbaycan və Yaponiyanın zəngin mədəniyyətini bir araya gətirən, ortaq dəyərlərə və dostluq münasibətlərinə həsr olunan, iki ölkə arasında mədəni əməkdaşlığa yeni nəfəs verən mədəniyyət bayramına çevrilib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxElm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12

