Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ulu Öndər Heydər Əliyevin ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasətinin prioritetləri

Ulu Öndər Heydər Əliyevin ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasətinin prioritetləri

04.10.2025 [15:11]

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk günlərdən dünyanın inkişaf etmiş dövlətləri və mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini, ölkəmizin beynəlxalq münasibətlər sisteminə qatılmasını əsas vəzifə kimi qarşısına məqsəd qoydu, Azərbaycanın xarici siyasətini ölkənin strateji maraqları əsasında yenidən qurdu. Dünya birliyinə tamhüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk illərindən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycanın xarici siyasətində beynəlxalq münasibətlər sisteminə inteqrasiyası prioritet vəzifələrdən birini təşkil edirdi. Heydər Əliyev Azərbaycanın gələcək xarici siyasətinin formalaşdırılması ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verərkən demişdir: “Xarici siyasətimiz sülhsevərdir. Azərbaycanın daha geniş tanınmasına xidmət edir. Xarici siyasət, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəlməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı sürətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir.”

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yerini, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin prioritetlərini müəyyənləşdirdi və tədricən həyata keçirilməyə başladı. Azərbaycanın xarici siyasət kursunda Avropa dövlətləri ilə münasibətlər yeni bir istiqamət təşkil edirdi. Azərbaycanın qısa müddət ərzində özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi nüfuzlu müttəfiqlər qazanması Heydər Əliyevin xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu. Azərbaycan Türkiyə də daxil olmaqla, bütün türkdilli dövlətlərin ümumi maraq və mənafelər naminə birləşməsi istiqamətində inamlı addımlar atmışdır. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan ümummilli lider Heydər Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında fəal təmsilçilik Azərbaycan dövlətinin xarici siyasət strategiyasında bu gün də aparıcı istiqamətlərdən birini təşkil edir. Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri çoxşaxəli xarakter daşımaqla Azərbaycanın milli maraqlarının daha dolğun şəkildə ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanı dünya miqyasında tanıtmaq, ölkəmizin milli-mənəvi dəyərlərinin, mədəniyyətimizin, incəsənətimizin, geniş miqyasda təbliği üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi, mötəbər qurumlara üzv olmağı əsas vəzifə kimi qarşıya qoymuşdu. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də Azərbaycan BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir. Ölkəmizin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir. Bu təşkilatlarla siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri çoxşaxəli xarakter daşımaqla Azərbaycanın milli maraqlarının daha dolğun şəkildə ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmişdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri də 1994-cü ildə Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmasıdır. NATO ilə fəal siyasi dialoq qarşılaşdığımız birgə çağırışlar üzrə ortaq anlayışın yaradılması və möhkəmləndirilməsinə imkan yaradır. Heydər Əliyevin xarici siyasət kursunun digər bir mühüm prioriteti Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişafı idi. Avropa İttifaqı ilə Azərbaycan arasında 1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Avropa İttifaqının göstərdiyi yardım Azərbaycanda islahatlar prosesinin sürətləndirilməsinə, müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, müdirikliyinin nəticəsi idi ki, 1994-cü il sentyabrın 20-də imzalanan öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən üç əsas neft yatağının – “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsi və məhsulun pay bölgüsü haqqında müqavilə müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanmışdır. Həmin dövrdə Respublikamız haqqında dünyada yalnız mənfi rəy formalaşmışdı. Belə gərgin bir şəraitdə Ulu öndər Heydər Əliyevin dünyanın inkişaf etmiş qüdrətli dövlətlərini təmsil edən 11 neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq olması çox böyük siyasi hadisə idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində ictimai-siyasi sabitliyin bərqərar olması, həm də müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiya etməsində müstəsna rol oynayırdı. Heydər Əliyevin vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər hələ də yazacaqlar. Bütün bunlar Ulu Öndərin uğurlu siyasəti sayəsində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edən amillərdəndir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın - onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz milli maraqları əsasında uğurla təmsil olunur, etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycanın regional və qlobal miqyasda geosiyasi çəkisinin durmadan artmasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

04 Oktyabr 11:43  

Sosial

YAP xəbərləri

MEDİA

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Dahi şəxsiyyət

03 Oktyabr 20:56

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31