İsrail Fələstin dövlətini tanıyacaqmı?
05.11.2025 [09:17]
Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində əldə olunan razılaşmalardan sonra İsrailin Qəzzada uzun sürən müharibəyə münasibətində müəyyən dəyişikliklər müşahidə edilməkdədir. Bu günlərdə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun gələcəkdə Fələstin dövlətini tanımağa razı olacağına inandığını bildirib.
O, bu fikri “CBS News” telekanalına müsahibəsində səsləndirib. Netanyahunu bu məsələyə razı salmağın mümkün olub-olmadığı barədə suala cavabında Tramp İsrail Baş naziri ilə münasibətlərinin “yaxşı” olduğunu vurğulayıb və onu “müharibə dövrünün baş naziri” həmçinin “çox istedadlı insan” adlandırıb. “Mən onunla çox yaxşı işləmişəm. Onu bir az bu və ya digər tərəfə yönləndirməli oldum”, - deyə, Tramp əlavə edib.
Xatırladaq ki, indiyədək İsrail Fələstin dövlətinin mövcudluğunu qəbul etmirdi. Xüsusilə Binyamin Netanyahu administrasiyası Fələstin ərazilərinin tamamilə ilhaqı siyasətində israrlı idi. Baş nazir dəfələrlə bildirib ki, Fələstin dövləti olmayacaq, rəsmi qaydada belə bir dövlət qurulmasına razılıq yoxdur. Qəzzada uzun sürən müharibə İsrailin Fələstinlə bağlı planlarında nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Müharibə Qəzzada son dərəcə kədərli izlər buraxıb. Bölgə viran qalıb, təxminən 70 min insan həyatla vidalaşıb. Burada humanitar böhran yaşanır. Bölgənin evsiz-eşiksiz milyonlarla sakini uzun müddət ən zəruri qida məhsullarından, tibbi xidmətdən məhrum qalıblar. Silahlar isə susmaq bilmirdi. Hətta müxtəlif bəhanələrlə bölgəyə humanitaar yüklərin daxil olmasına da qadağa qoyulmuşdu. Son məqsəd Qəzzanı tamamilə boşaltmaq idi. Hətta bir vaxtlar Qəzza sakinlərinin köçürülməsi ilə bağlı Tramp layihəsi də gündəmə gəlmişdi.
Bəs qısa müddətdə nə baş verdi ki, “müharibə dövrünün baş naziri” mövqeyini dəyişdi? Əlbəttə, bunun Binyamin Netanyahunun siyasi iradəsi ilə baş verdiyini düşünmək sadəlövhlük olardı. Analitiklərin qənaətinə görə, BMT-nin və əksər dünya dövlətlərinin Qəzzada baş verənlərə kəskin münasibət sərgiləmələri Netanyahunun geridönüş etməsinə birbaşa təsir göstərib. Uzun sürən müharibə Qəzzada insan faciələri ilə nəticələnməklə yanaşı, Fələstin dövlətinin tanınmasının yeni mərhələsini də gətirib. Son vaxtlarda bir sıra Qərb dövlətləri o cümlədən Birləşmiş Krallıq, Kanada Avstraliya, Portuqaliya və digər dövlətlər Fələstini rəsmi tanıdıqları barədə bəyanatlar veriblər. BMT Baş Assableyasının Nyu-Yorkda baş tutan iclasında Netanyahu beynəlxalq birliyin sərt təpkisi ilə üz-üzə qaldı. Bundan sonra Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti baş tutdu. Tədbirdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təşəbbüsü və siyasi iradəsi, həmçinin beynəlxalq birliyin dəstəyi sayəsində sülh razılaşmasının imzalanması Qəzza bölgəsi və bütün Yaxın Şərq coğrafiyası üçün ümid işığı kimi görünür. Qeyd edək ki, atəşkəsin bərpası HƏMAS və İsrail Trampın təklif etdiyi 20 bəndlik sülh planının birinici hissəsini qəbul etdikdən sonra baş tutub. Sənədi Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.
Bütün bunlardan sonra Netanyahunun müharibəni dayandırmaqdan başqa yolu qalmadı. Əks ssenari indiyədək İsrailə hərbi və siyasi dəstək verən ABŞ-ın dövlət başçısı D.Trampın nüfuzuna ciddi xələl gətirə bilərdi ki, bu da Netanyahu üçün arzuedilən deyildi. Əks halda o, Trampın dəstəyi əvəzinə, onun böyük qəzəbini qazana bilərdi.
İndiki mərhələdə əsas vəzifə Qəzzada əldə olunan atəşkəsi uzunmüddətli sülhə çevirmək və tamamilə dağıdılmış regionu bərpa etməkdən ibarətdir. Yerlə-yeksan edilmiş Qəzzanın bərpasını sıfırdan həyata keçirmək lazım gələcək. Zəruri infrastruktur qurulmalı, yaşayış evləri tikilməli, iş yerləri yaradılmalıdır. Bunun üçün isə böyük həcmlərdə maliyyə vəsaiti tələb olunur. BMT-nin İnkişaf Proqramının (BMTİP) Fələstin xalqına yardım proqramı üzrə administratorunun xüsusi nümayəndəsi Yako Silliers tələb olunan vəsaitin həcmini açıqlayaraq bildirib: “BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan zərərin və ehtiyacların operativ qiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70 milyard dollar tələb olunacaq”.
Beləliklə, görünən odur ki, Netanyahu üçün başqa seçim variantı yoxdur və o, beynəlxalq birliyin, o cümlədən də D.Trampın təzyiqləri qarşısında əvvəllər tutduğu radikal mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb. Elə İsrail üçün də ən doğru seçim budur. Unutmaq olmaz ki, hər bir ölkənin, xalqın xoşbəxtliyi qonşularla qurulan münasibətlərdən asılıdır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

