Hərbi, diplomatik və strateji düşüncənin parlaq nəticəsi
20.11.2025 [15:42]
20 noyabr Azərbaycan xalqı üçün yalnız bir tarixi hadisənin deyil, böyük bir dönüş nöqtəsinin rəmzidir. Bu tarix uzun illər işğal altında qalan Ağdamın doğma sahibinə qovuşduğu gün kimi yaddaşlara həkk olunub. Bir zamanlar Qarabağın ən inkişaf etmiş mərkəzlərindən olan Ağdam mədəniyyət, sənət, sənaye və kənd təsərrüfatı sahələrində böyük nüfuza malik idi. Lakin 1993-cü ildə şəhərin işğalı ilə Ağdam tamamilə dağıdıldı, evlər, məscidlər, məktəblər, tarixi abidələr viran qoyuldu və şəhər “Qafqazın Xirosiması” adlandırılacaq qədər böyük bir faciənin simvoluna çevrildi.
Bu ağır günlərin sona çatması, ilk növbədə, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik rəhbərliyi və güclü diplomatik fəaliyyəti sayəsində mümkün oldu. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın əmrləri ilə tarixi ədaləti bərpa etdi və 20 noyabrda Ağdam rayonu bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu, həm hərbi, həm diplomatik, həm də strateji düşüncənin parlaq nəticəsi idi. Prezident İlham Əliyevin müharibə dövründə göstərdiyi liderlik, xalqı bir yumruq kimi birləşdirməsi, informasiya cəbhəsində qazandığı üstünlük Ağdamın azad olunmasının əsas səbəblərindən biri oldu.
Ağdam işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin bölgəyə etdiyi səfərlər şəhərin yenidən dirçəlişinə verilən böyük əhəmiyyəti göstərdi. Dövlət başçısı Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Ağdama dəfələrlə səfər edərək burada aparılan quruculuq işləri ilə yaxından tanış oldu, yeni layihələrin təməlini qoydu və şəhərin gələcək inkişaf konsepsiyasını şəxsən diqqətdə saxladı. Ali Baş Komandanın Ağdam səfərləri təkcə bir rəsmi vizit deyil, həm də şəhərin taleyinin dövlət siyasətində prioritet olduğunu göstərən mesaj idi. Onun işğaldan sonrakı ilk çıxışlarında Ağdamın mərkəzində dayanaraq “Biz Ağdamı dirçəldəcəyik!” deməsi ağdamlılara böyük ümid və ruh yüksəkliyi verdi.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, salınan yeni yollar, “ağıllı şəhər” konsepsiyası, müasir yaşayış məhəllələri və sosial infrastruktur layihələri Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan böyük Qayıdış proqramının tərkib hissəsidir. Artıq bir zamanlar dağıntılar içində olan Ağdam addım-addım yenidən qurulur, əvvəlkindən də daha güclü və müasir bir şəhərə çevrilir. 20 noyabr isə ağdamlıların arzusunun gerçəyə çevrildiyi, tarixi ədalətin bərpa olunduğu və dirçəlişin başlandığı gün kimi hər il böyük qürurla qeyd olunur.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52
Sosial
25 Noyabr 19:42
Sosial
25 Noyabr 19:28

