Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 4 kosmonavt Beynəlxalq Kosmik Stansiyanı vaxtından əvvəl tərk edib

4 kosmonavt Beynəlxalq Kosmik Stansiyanı vaxtından əvvəl tərk edib

15.01.2026 [13:20]

4 kosmonavtın olduğu kosmik gəmi Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib. Uçuşa məsul şəxs bildirib ki, komandanın BKS-i vaxtından əvvəl tərk etməsinə səbəb kosmonavtların birinin səhhətində yaranan problemdir.

Bununla belə, kosmonavtın adı və hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilmir.

Mayk Fink, Zena Kardman (ABŞ), Oleq Platonov (Rusiya) və Kimiya Yuini (Yaponiya) daşıyan “Draqon” kapsulunun Qrinviç saatı ilə 08.40 radələrində (Bakı vaxtı ilə 12.40) Kaliforniyaya enişi gözlənilir.

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31