/ / DTX-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
DTX-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
09.05.2026 [06:36]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX-nin Heydər Əliyev adına Akademiyasının (Akademiya) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə DTX-nin məsul əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbər, professor-müəllim heyətləri ilə yanaşı, təhlükəsizlik orqanlarının veteranları və Akademiyanın kursantları iştirak edib.
Konfransda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov Ulu Öndərin müasir Azərbaycanın inkişafındakı müstəsna rolu barədə çıxış edərək ölkənin dayanıqlı inkişaf strategiyasının məhz əbədiyaşar Lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində qurulduğunu və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. E.Nəsirov həyata keçirilən balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artaraq regionun lider dövlətinə çevrildiyini xüsusi vurğulayıb.
Milli Məclisin sədr müavini, professor Ziyafət Əsgərov Heydər Əliyevin fəaliyyətinin bütöv bir xalqın taleyi ilə bağlı olduğunu bildirərək, onu milli dövlətçilik ideologiyasının banisi və xalqın xilaskarı kimi xarakterizə edib. Z.Əsgərov XX əsrin sonlarında ölkədə hökm sürən xaos və böhran dövründə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısının alındığını, milli birliyin bərpa edildiyini diqqətə çatdırıb. Məruzədə, həmçinin Heydər Əliyevin rəhbərliyi ilə güclü idarəçilik sisteminin qurulduğu, qanunun aliliyinin təmin olunduğu və müasir Konstitusiyanın qəbulu ilə demokratik inkişafın əsasının qoyulduğu açıqlanıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasını dövlətçilik siyasətinin prioritet istiqaməti hesab etdiyini və xalqın varlığını onun dili, tarixi yaddaşı, adət-ənənələri ilə birbaşa əlaqələndirdiyini bildirib. Ulu Öndərin ana dilinə sevgini və Azərbaycan dilinin dövlət dili kimi inkişafını strateji hədəf seçərək, milli ədəbiyyatın və incəsənətin tərəqqisinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.
Daha sonra söz alan bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Milli Məclisin deputatı Elman Nəsirov öz çıxışlarında Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında danılmaz xidmətlərindən bəhs etmiş, Prezident İlham Əliyev tərəfindən ölkəmizin yeni inkişaf mərhələsinə yüksəldiyini, iqtisadi gücünün durmadan artdığını, qeyri-neft sektorunda irəliləyişlərə nail olduğunu bildirmişlər. Eyni zamanda, Azərbaycanın nəqliyyat və enerji dəhlizləri vasitəsilə regional əməkdaşlıq layihələrində iştirakının və geosiyasi əhəmiyyətinin artdığı, ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyi ifadə olunaraq bütün bu nailiyyətlərin Heydər Əliyev ideyalarına sadiqliyin və İlham Əliyevin həyata keçirdiyi modernləşmə siyasətinin nəticəsi olduğu vurğulanıb.
Ulu Öndərə həsr olunmuş videoçarxın nümayişindən sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

