Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır...
13.05.2026 [11:36]
İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi postmüharibə dövrünün ən əlamətdar hadisələrindəndir. Müharibəni şanlı Zəfərlə başa vuran, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib Azərbaycan quruculuq sahəsində də dünyaya nümunə göstərir.
Artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır. Burada infrastrukturun, şəhər və kəndlərin müasir yanaşmalar əsasında bərpası ilə paralel şəkildə, ərazilərin məskunlaşdırlması da uğurla davam etdirlir. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə növbəti dəfə səfərə gələrək burada yeni təməlqoyma, açılış tədbirlərinə qatılıblar, həmçinin doğma yurd yerlərinə qayıdan soydaşlarımızla görüşərək onların sevincinə şərik çıxıblar. “Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq”, - deyə dövlətimizin başçısı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdəki çıxışında bildirib.
Şükürbəyli doğma sakinlərini qarşılayıb
Bu günlərdə Cəbrayıl rayonunun Şükürbəyli kəndi doğma sakinlərini qarşılayıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib.
Şükürbəyli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoyub.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar və kəndə köçən sakinlərlə görüşüblər.
Bildirildiyi kimi, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür.
Cəbrayılda Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanışlıq
İşğaldan azad olunmuş ərazilərə növbəti səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.
Qeyd edək ki, bu xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.
Soltanlı kəndində “Şəfəq” yarımstansiyası istifadəyə verilib
İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi çərçivəsində müasir infrastruktur obyektlərinin yaradılması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak edib.
Açılış mərasimində diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər həyata keçirilib.
Bu çərçivədə “AzərEnerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.
Bu irihəcmli yaşıl enerjinin ötürülməsi layihəsi paralel şəkildə davam etdirilib. Belə ki, Səngəçal Terminalının yaşıl enerji ilə təchizatı məqsədilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb. Bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda Günəşdən əldə olunan enerji ümumi enerjisistemə, oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal terminalına yönləndiriləcək.
Zəngilan şəhərində ilk Yaşayış kompleksinin açılışı
Səfər çərçivəsində Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.
Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib.
“Zangilan City Park Hotel”in təməli qoyulub
Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində həmçinin Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub. Tədbirdə “PMD Group” MMC-nin layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, hotelin ərazisi 1,5 hektar olacaq. Burada eyni zamanda 241 nəfər qala biləcək. Hoteldə ümumi 116 nömrə olacaq. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaq. Yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.
Dövlətimizin başçısı yeni hotelin təməlini qoyub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39

