/ / WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub
WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub
17.05.2026 [20:12]
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda dayanıqlı şəhərsalma, inklüziv urbanizasiya, iqlim dəyişikliklərinə davamlı şəhərlərin formalaşdırılması və vətəndaş cəmiyyətinin qərarqəbuletmə prosesində rolunun artırılması məsələləri müzakirə olunub.
İclasda çıxış edən Gerrit Bloemberg bildirib ki, mənzil əlçatanlığı çox vaxt inkişafın göstəricisi kimi təqdim olunur: “Lakin kirayə depozitləri hələ də bir çox insan üçün əlçatmaz olaraq qalır. Bəzi hallarda isə sənədləri qaydasında olan evlər sökülür və həmin ərazilərdə əvvəlki sakinlərin ala bilməyəcəyi qiymətdə yeni mənzillər tikilir. Əsas diqqət qanuniliyə, ictimai marağa, yaşayışın təhlükəsizliyinə və adekvat alternativlərin təmin olunmasına yönəlməlidir. İkincisi, kompensasiya məsələsidir. Əksər hallarda verilən kompensasiya ailələrin həyatını yenidən qurması üçün kifayət etmir. İnsanlar evlərini, bizneslərini, məktəblərini, sosial əlaqələrini və illərlə formalaşmış icma bağlarını itirirlərsə, kiçik məbləğdə ödəniş ədalətli hesab oluna bilməz. Kompensasiya adekvat, şəffaf və insanların yaşayışını real şəkildə bərpa etməyə imkan verəcək səviyyədə olmalıdır. Üçüncüsü, hökumətlər bu prosesdə birbaşa iştirak etməlidir. Biz vətəndaş cəmiyyəti olaraq güclü səs ola bilərik, lakin köçürülmə ilə bağlı qərarları verən və icra edən tərəf əsasən dövlət qurumlarıdır. Buna görə də hökumətləri, yerli icmaları, vətəndaş cəmiyyətini və texniki tərəfdaşları birgə məsuliyyətə cəlb edən mexanizmlər yaradılmalıdır”.
Mino Harivelo Ramaroson bildirib ki, peşəkar şəhər planlaşdırıcıları və texniki mütəxəssislər mühüm işlər görsələr də, bəzi hallarda bu planlar yerli icmaların və insanların real ehtiyaclarını tam əhatə etmir.
O qeyd edib ki, yerli idarəetmə orqanlarının və hökumətlərin inkişaf prosesini daha effektiv həyata keçirməsi üçün gücləndirilməsinə ehtiyac var.
“Müzakirələrin yalnız söz olaraq qalmaması, real nəticəyə çevrilməsi üçün hansı maliyyələşdirmə mexanizmlərinin yaradılmalı olduğu da vacib məsələdir. Məqsəd yalnız danışmaq deyil, verilən vədləri əməli fəaliyyətə çevirməkdir. Mənzil məsələsi imtiyaz deyil, əsas hüquq kimi qəbul olunmalıdır. Bununla yanaşı, maliyyə resurslarının necə idarə olunmasına da diqqət yetirilməlidir. Dövlət investisiyalarının yerli insanların ehtiyacları ilə necə əlaqələndirildiyi mühüm əhəmiyyət daşıyır”, - deyə o diqqətə çatdırıb.
Nduta Nkirote Mmbogori çıxışında qeyd edib ki, birbaşa maliyyələşdirmə vacibdir.
“Burada olmaq mənim üçün böyük zövqdür. Biz, sadəcə, layihələrdən faydalanan tərəf deyilik. Suyu olmayan evlərdə yaşayan, klinikaya getmək üçün iki avtobus dəyişən və köçürülmə xəbərdarlıqlarından kənarda qalan insanlarıq.
Hazırda bir çox yerli qruplar vəsaiti dolayı yolla alır və beynəlxalq QHT-lər 20 faiz inzibati xərc tutur. Buna görə də UN-Habitatı (BMT-nin Məskunlaşma Proqramı) yerli icmaları mənzil vəziyyətinin yaxşılaşdırılması, hüquqi yardım və mülkiyyət təhlükəsizliyi üçün birbaşa maliyyələşdirən sadələşdirilmiş qrant mexanizmlərinə keçməyə təşviq etməliyik. Bu yanaşma şəhər və milli mənzil strategiyalarında rəsmi töhfə kimi qəbul olunmalıdır. Məsələn, daşqına davamlı ev olsa belə, əgər klinikaya yol yoxdursa, bu ev tam faydalı sayılmır. Torpaq qeydiyyatı proqramı da o zaman uğursuz olur ki, qadınlar öz adlarına mülkiyyət qeydiyyatı edə bilmirlər. Bu əlaqələri ən yaxşı görənlər yerli təşkilatlardır. Həmçinin əlilliyi olan insanlar və yaşlılar üçün vəziyyətə baxaq: mənzil proqramlarının çoxunda - təxminən 95 faizində əlçatanlıq üçün ayrıca büdcə nəzərdə tutulmur”, - deyə o qeyd edib.
Sessiya müxtəlif ölkələrdən olan nümayəndələrin şəhərlərin gələcək inkişafı, sosial bərabərlik, əlçatan mənzil siyasəti və icmaların şəhər idarəçiliyində iştirakının əhəmiyyəti ilə bağlı fikirlərinin səsləndirilməsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

