Bakıda Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri keçirilib
20.05.2026 [14:58]
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalıb. Konfransda BMT-nin Gənclər Ofisi də ilk dəfə nümayəndə heyəti ilə təmsil olunub.
Tədbirdə indiki və keçmiş müstəmləkə ölkələrini təmsil edən 22 dövlətdən gənc tədqiqatçılar, hüquqşünaslar, səhiyyə və siyasət sahəsi üzrə mütəxəssislər, beynəlxalq təşkilat nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak ediblər.
Konfrans çərçivəsində kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin yaradılması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşdirilməsi və beynəlxalq həmrəyliyin real təşəbbüslərə çevrilməsi məsələləri müzakirə olunub.
Həmçinin gənclərin daha effektiv təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmdə daha çox diqqətə çatdırılması, eləcə də bu problemlərə qarşı nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edən natiqlər gənclərin qlobal urbanizasiya proseslərində, sosial ədalətin təmin olunmasında və inklüziv şəhərsalma modelinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Bildirilib ki, Qlobal Cənub Gənclər Platforması beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Tədbir çərçivəsində platformanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edəcək bir sıra strateji qərarların qəbul edilməsi nəzərdə də tutulur.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

