Azərbaycanın beynəlxalq nüfuzunun daha bir göstəricisi
20.05.2026 [15:02]
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhərsalma üzrə mütəxəssislərin və ekspertlərin iştirak etdiyi forum Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Belə mötəbər tədbirin Bakıda keçirilməsi ölkəmizin qlobal əhəmiyyətli platformalara uğurla ev sahibliyi etdiyini və beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini göstərir.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan, müasir şəhərsalma siyasətindən və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən layihələrdən bəhs etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan sürətli inkişaf yolu keçərək regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Ölkədə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, müasir yolların, yaşayış komplekslərinin, sosial obyektlərin tikintisi şəhərlərin simasını tamamilə dəyişmişdir.
Prezident İlham Əliyev çıxışında Bakı şəhərinin müasir inkişaf modelindən də danışdı. Qeyd olundu ki, paytaxtda tarixi memarlıq nümunələrinin qorunması ilə yanaşı, müasir urbanizasiya prinsiplərinə uyğun layihələr həyata keçirilir. Bu gün Bakı həm qədim tarixi irsi, həm də müasir memarlıq üslubu ilə dünyanın diqqətini cəlb edən şəhərlərdən biridir. Şəhərdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın siyasi və iqtisadi gücünü nümayiş etdirir.
Dövlət başçısı çıxış zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan yenidənqurma işlərinə də xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev bildirdi ki, həmin ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir, ən müasir texnologiyalar tətbiq olunur. Bölgələrdə ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadə edilməsi və dayanıqlı inkişaf prinsiplərinin əsas götürülməsi Azərbaycanın gələcəyə hesablanmış siyasətinin göstəricisidir.
Forum çərçivəsində urbanizasiya, iqlim dəyişiklikləri, ekoloji təhlükəsizlik, sosial rifah və gələcəyin şəhərləri kimi mühüm məsələlər müzakirə olunur. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, şəhərlər insanların rahat yaşayışını təmin etməli, ekoloji tarazlığı qorumalı və müasir texnologiyaların tətbiqi ilə daha təhlükəsiz mühit yaratmalıdır. Dövlət başçısı qeyd etdi ki, dayanıqlı inkişaf yalnız bu günün deyil, gələcək nəsillərin rifahı üçün də mühüm əhəmiyyət daşıyır.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Bu tədbir ölkəmizin şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf sahəsində qazandığı uğurların dünya ictimaiyyətinə təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda forum müxtəlif ölkələr arasında təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq imkanlarının yaranması üçün mühüm platformadır.
Sonda prezident İlham Əliyev forumun dünya ölkələri arasında qarşılıqlı əməkdaşlığın genişlənməsinə, yeni inkişaf layihələrinin formalaşmasına və müasir şəhərsalma sahəsində ortaq həll yollarının tapılmasına mühüm imkan yaratdığını vurğuladı.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57

