Prezident Administrasiyasında AMİP sədri ilə görüş keçirilib
20.05.2026 [18:43]
Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə mayın 20-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul edilib.
Partiyanın mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər, eləcə də bu uğurların səbəbkarı olan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində davamlı şəkildə həyata keçirilən yeni siyasi konfiqurasiya haqqında fikir mübadiləsi aparılıb. A.Əlizadə bu görüşlərin partiyanın fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Görüşdə o, AMİP-in Milli Məclisdəki fəaliyyəti və beynəlxalq tədbirlərdə uğurlu iştirakından söhbət açıb, 28 aprel-2 may tarixlərində Xorvatiyada keçirilmiş Beynəlxalq Demokrat İttifaqının forumunda AMİP-in nümayəndə heyətinin iştirakından bəhs edib. Müxtəlif beynəlxalq təşkilatların, xüsusən Avropa Parlamentinin davamlı şəkildə Azərbaycana qarşı qərəzli mövqeyinə toxunan A.Əlizadə bu ilin 30 aprel tarixində qəbul edilən qətnaməni beynəlxalq hüquqa, Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribat adlandırıb.
Görüşdə 44 günlük Vətən müharibəsi Zəfərindən və separatist silahlı qüvvələrə qarşı həyata keçirilən antiterror əməliyyatından sonra öz ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycanın beynəlxalq aləmdə qalib dövlətə və regional layihələrdə əsas söz sahibinə çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də hazırda ölkəmizdə yüksək səviyyədə təşkil edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında dünyanın 182 ölkəsinin təmsil olunmasını Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun əyani göstəricisi olduğu qeyd edilib.
A.Əlizadə görüşdə Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq və şəhərsalma işlərindən, 5 il ərzində bu ərazilərdə 85 mindən çox vətəndaşımızın yaşaması, təhsil alması və işləməsi üçün şəraitin yaradılmasından və bütün bunların böyük zəhmət, iradə və iqtisadi güc hesabına başa gəlməsindən söz açıldığını deyib və AMİP-in də dövlətin apardığı milli-siyasi birlik və həmrəylik siyasətini dəstəklədiyini, Azərbaycanın güclənməsini istəməyənlərə qarşı barışmaz mövqeyinə daim sadiq qalacağını ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

