Fransa Avropa ölkələrini Livanda təhlükəsizliyi və sabitliyi dəstəkləməyə çağırıb
04.06.2026 [21:43]
Fransa Avropa ölkələrini Livanda təhlükəsizlik və sabitliyin qorunmasına daha fəal töhfə verməyə çağırıb. Bu çağırış BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatının cari ilin sonunda başa çatmasından sonra bölgədə təhlükəsizlik boşluğunun yaranacağı ilə bağlı narahatlıqlar fonunda səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Fransanın Baş naziri Sebastian Lekornu Milli Assambleyada çıxışı zamanı ölkəsinin Livanın cənubunda sabitliyin qorunmasına və mümkün təhlükəsizlik boşluğunun qarşısının alınmasına yönəlmiş yeni təşəbbüs üzərində işlədiyini bildirib.
Onun sözlərinə görə, Fransa alternativ hərbi imkanları və yeni mandat mexanizmini nəzərdə tutan konsepsiya irəli sürür. Bu çərçivədə bölgədə təhlükəsizliyin təmin edilməsinə yardım göstərəcək (tərəflər arasında) “ayırıcı” kontingentin yaradılması təklif olunur.
Sebastian Lekornu qeyd edib ki, Fransa tərəfinin təklifinə əsasən, şəxsi heyətinin sayı 2 min nəfərdən 5 min 500 nəfərədək olacaq kontingentin formalaşdırılması nəzərdə tutulur. Layihənin Avropa tərəfdaşları ilə koordinasiya şəraitində həyata keçirilməsi planlaşdırılır. O, Avropa ölkələrini Livanda təhlükəsizliyin qorunması istiqamətində daha böyük məsuliyyət götürməyə və bu səylərdə birbaşa iştirak etməyə çağırıb.
Fransanın Baş naziri, həmçinin yaxın həftələrdə Livana göstərilən humanitar yardımın həcminin iki və ya üç dəfə artırılacağını vəd edib.
Sebastian Lekornu çıxışında İsraili müharibəni dayandırmağa və “qanunsuz işğala son qoymağa” çağırıb.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

