Şanlı dövlətçilik tarixində dönüş nöqtəsi
10.06.2026 [18:30]
Müdrik Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyətə malik olan 15 İyun - Milli Qurtuluş Günü dövlətimizin müstəqilliyinin qorunub saxlanılması, siyasi sabitliyin bərqərar olunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından çox mühüm, taleyüklü bir tarixdir. 15 İyun - Milli Qurtuluş Günü təkcə bir siyasi hadisənin ildönümü deyil, həm də müdrik xalqımızın dövlətçilik iradəsinin, milli həmrəyliyinin və gələcəyə inamının təcəssümüdür.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, sonrakı illərdə ölkədə mürəkkəb ictimai-siyasi proseslər baş vermiş, idarəetmədə ciddi problemlər yaranmışdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, iqtisadi çətinliklər, daxili siyasi qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə ölkəni dərin böhran vəziyyətinə sürükləmişdi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi getdikcə daha da real xarakter alırdı.
Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Böyük Xilaskar, Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin taleyində yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gündən etibarən Azərbaycanda dövlət quruculuğu prosesinə sanki, yeni bir nəfəs verildi, siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı və ölkənin gələcək inkişaf strategiyasının əsası qoyuldu.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası kimi qiymətləndirilir. Çünki həmin dövrdə ölkədə mövcud olan xaos və anarxiya aradan qaldırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorundu, ölkə beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmağa başladı.
Sonrakı illərdə həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycanın iqtisadi və siyasi inkişafını təmin etdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin enerji strategiyasının əsasını təşkil etdi və Azərbaycanı beynəlxalq iqtisadi əməkdaşlığın mühüm iştirakçısına çevirdi. Xarici investisiyaların cəlb olunması, bazar iqtisadiyyatına keçid, demokratik institutların formalaşdırılması və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlər ölkənin inkişafında mühüm rol oynadı.
Milli Qurtuluş ideyaları bu gün də müstəqil, suveren Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarından biri olaraq qalır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf edir, beynəlxalq nüfuzunu gündən-günə daha da artırır. Bu gün müstəqil, suveren Azərbaycanın iqtisadi gücünün möhkəmlənməsi, sosial rifahın yüksəlməsi, regionda, beynəlxalq aləmdə mühüm siyasi və iqtisadi mərkəzə çevrilməsi məhz vaxtilə müəyyən edilmiş düzgün inkişaf strategiyasının nəticəsidir.
Xüsusilə də 2020-ci ildə əldə olunan tarixi Zəfər və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin gücünü, xalq-hakimiyyət birliyini və milli həmrəyliyi bütün dünyaya nümayiş etdirdi. Bu uğurların təməlində isə əlbəttə ki, müstəqil dövlətçiliyin qorunması, sabitliyin təmin olunması və uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsi dayanır.
15 İyun - Milli Qurtuluş Günü hər bir Azərbaycan vətəndaşı üçün böyük mənəvi və siyasi əhəmiyyət daşıyır. Bu gün bizə bir daha xatırladır ki, dövlət müstəqilliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi və vətənə sədaqət hər bir vətəndaşın müqəddəs borcudur. Azərbaycanın keçdiyi yüksək inkişaf yolu göstərir ki, xalqın iradəsinə söykənən güclü dövlət modeli ölkənin tərəqqisinin və gələcək uğurlarının əsas təminatıdır.
15 İyun - Milli Qurtuluş Günü şanlı dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunub və gələcək nəsillər üçün bir vətənpərvərlik nümunəsidir.
Nicat Göşşüyev
YAP Qazax rayon təşkilatının gənc partiya fəalı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57

