Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
12.06.2026 [16:41]
Dünya Bankı Körfəz regionundakı müharibənin qlobal iqtisadiyyata təsirlərini nəzərə alaraq, 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu 2,5 faizə endirib.
AZƏRTAC “Zeit” nəşrinə istinadla xəbər verir ki, qurumun yeni hesabatında proqnozun reallaşacağı təqdirdə qlobal iqtisadiyyatın COVID-19 pandemiyasının başlanğıcından bəri ən zəif artım tempi nümayiş etdirəcəyi qeyd olunub.
Məlumata əsasən, yüksək inflyasiya, enerji qiymətlərinin artması və İran münaqişəsi səbəbindən Hörmüz boğazında gəmiçiliyin və xammal ticarətinin demək olar ki, dayanması iqtisadi perspektivləri pisləşdirib. Qurum xəbərdarlıq edir ki, təchizat zəncirində problemlər davam edərsə, vəziyyət daha da ağırlaşa bilər. Bu halda 2026-cı ildə qlobal iqtisadi artım 1,3 faizə qədər aşağı düşə, inflyasiya isə 4,4 faizə yüksələ bilər.
Hesabatda vurğulanıb ki, böhranın təsirlərini ən çox yoxsul və həssas ölkələr hiss edir. Bu ilin sonunadək inkişaf etməkdə olan ölkələrin dörddəbiri 2019-cu illə müqayisədə daha aşağı gəlir səviyyəsində olacaq.
Bununla əlaqədar Dünya Bankı inkişaf etməkdə olan ölkələrin hökumətlərinə dəstək məqsədilə 50-60 milyard ABŞ dolları həcmində maliyyə yardımı ayıracağını açıqlayıb. Vəsaitin bir hissəsinin digər layihələrdən yönləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) da oxşar qiymətləndirmə açıqlayıb, Beynəlxalq Valyuta Fondu (BVF) isə apreldə qlobal artım gözləntilərini aşağı salıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

