Qərbi Azərbaycanlılar qayıdır və Ermənistan qazanır – Paşinyan üçün zəruri qeydlər
18.06.2026 [19:22]
“Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək”.
Prezident İlham Əliyev bunu 2022-ci ilin 24 dekabrında, Qərbi Azərbaycan İcmasının inzibati binasında, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdi.

Qarşıya qoyulan ümummilli tapşırığa uyğun şəkildə işlər həyata keçirilir. Qərbi Azərbaycanla bağlı tarixi faktlar, zəruri həqiqətlər vaxtaşırı beynəlxalq səviyyədə, lazımi ünvanlara çatdırılır, sənədlər BMT-də yayılır, qurumun rəsmi səhifəsində dərc olunur. Düzdür, hələlik beynəlxalq səviyyədə bizim istədiyimiz reaksiyaları görə bilmirik. Amma Qarabağ işğalda olanda da vəziyyət ürəkaçan deyildi, Azərbaycan beynəlxalq səviyyədə təzyiqlərlə üz-üzə qalmışdı, amma yekunda torpaqlarını təkbaşına işğaldan azad etməyə nail oldu. Qərbi Azərbaycan məsələsində isə bizə tanklar, raketlər lazım olmayacaq, dövlət başçımızın dediyi kimi, tarixi torpaqlarımıza avtomobillərlə qayıdacağıq, ləyaqətli şəkildə! Onların öz evlərinə ləyaqətli dönüşünü güclü Azərbaycan dövləti həyata keçirəcək!

Düzdür, Ermənistanda vaxtaşırı bu mövzu ilə bağlı hay-küy qaldırılır, seçkilər öncəsi də Nikol Paşinyana ən çox 300 min azərbaycanlının qayıdışına vəd verdiyi barədə ittiham əsasında hücumlar edirdilər. Paşinyan da belə bir vəd vermədiyini sübut etməkdən ötrü Samvel Karapetyanı məhkəməyə verib. Öz işləridir, amma…Bir zamanlar Qarabağla bağlı da Ermənistanın indiki və keçmiş rəhbərliyinə ittihamlar var id. Gah 7 rayonun qaytarılacağı, gah bütövlükdə torpaqların azad olunacağı barədə vədlərin verilməsinə istinad edən rəqiblər bir-birinə hücum edirdilər. Sonda qalib Azərbaycan xalqı və dövləti oldu. Bu dəfə də eynisi olacaq, çünki Azərbaycan haqlı tərəfdir, həm ilahi ədalət tərəfimizdədir, həm də beynəlxalq hüquq.

Ona görə də nə Paşinyan 300 minlik qayıdış söhbətindən qeyzlənməsin, nə də hazırda Naxçıvanda keçirilən III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalına görə hay-küy salmasınlar. Konqres-festival çərçivəsində Qərbi Azərbaycanın tarixi, mədəni irsi, elmi tədqiqatlar, milli-mənəvi dəyərlərin qorunması və Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı müxtəlif mövzularda müzakirələrin aparılması nəzərdə tutulur. Tədbir ölkənin müxtəlif elm, təhsil və ictimai qurumlarını təmsil edən alimləri, tədqiqatçıları və ictimaiyyət nümayəndələrini bir araya gətirir. Rəsmi açıqlamada bildirilir ki, III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalının əsas məqsədi Qərbi Azərbaycanın tarixi irsinin araşdırılması, bu istiqamətdə elmi fəaliyyətin təşviqi və qayıdış ideyasının beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verməkdir. Yəni həyacanlanmağa ehtiyac yoxdur, ən optimal yol Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımaq, bununla bağlı öhdəliyə əməl etmək, Qərbi Azərbaycandakı mədəni irsimizin dağıdılmasına son qoymaq və bərpa prosesinə başlamaqdır!

Ermənistan mediası Qarabağda guya erməni mədəni irsinə qarşı nələrsə olması haqda saxta xəbərlər yayırlar. Dünən birini yaymışdılar. Guya Xocalının Daşbulaq kəndində hansısa abidə dağıdılıb. Xocalıdan olan deputat, bu rayonun icra başçısı işləmiş Elman Məmmədov faktlarla sübut etdi ki, bu kənddə ermənilərin iddia etdikləri abidə-filan heç vaxt olmayıb. Həyasızlığa baxın ki, soyqırım törətdikləri ərazidə hansısa “artsax qəhrəmanı”na qoyulmuş abidənin dağıdılmasını iddia edirlər. Əslində belə abidə olsaydı belə, onun dağıdılması zəruri idi, özü də Ermənistanın işğalçı hərbçilərinin o “abidə”nin qarşısında güllələnməsindən sonra! Amma Azərbaycan belə qəddarlıq nümayiş etdirmədi, hətta antiterror əməliyyatından sonra 15-20 min Ermənistan hərbçisinin silahları təhvil verərək, cəhənnəm olub getməsi üçün yol açdı. Amma Ermənistan tərəfdən yenə də cəfəng iddialar davam edir, o ünvandan ki, 700-dən artıq Azərbaycan kəndində qəbiristanlıqları yer üzündən siliblər! Qəbiristanlıqların məhvi Azərbaycan-türk-müsəlman izlərinin silinməsi cəhdidir. Bununla demək istəyirlər ki, burada bineyi-qədimdən haylar yaşayıb, Qərbi Azərbaycanlılar “gəlmə” olub. Amma nə qədər təhlükəli və axmaq iddia ilə məşğul olduqlarının fərqində deyillər. Qərbi Azərbaycanla bağlı Ordubadda keçirilən tədbirlərdən təzyiqi qalxan erməni revanşistləri – buraya elə hakimiyyətdəkilər də daxildir – qəbul etmək istəmirlər ki, Zəngilandan keçib, Mehri yolu ilə Ordubada daxil olacaq Zəngəzur qatarının təhlükəsizliyi, TRİPP marşrutunun əbədi var olmasının təminatı həm də Qərbi Azərbaycan(lılar)la bağlı zəruri addımların atılmasından keçir. Qərbi Azərbaycanlılar Azərbaycanın parçalanmış bölgələri arasında körpü rolunu oynamaqla yanaşı, sülhün təminatçısı da olacaqlar. Bu, Azərbaycan tərəfdən heç vaxt Ermənistana qarşı təhlükə yaradılmayacağı, əksinə, ölkədə yüz minlərlə azərbaycanlının yaşamasının əsas götürülməsi ilə Ermənistanın ən müxtəlif layihələrdən bəhrələnməsinə gətirib çıxaracaq. Məsələn, Gürcüstan nümunəsi. Gürcülər həm də yarım milyonadək azərbaycanlının Borçalı bölgəsində, digər ərazilərdə sakit, təhlükəsiz yaşamasının bəhrəsini görürlər. Ermənistan niyə bu imkandan istifadə etməsin, Nikol Paşinyan, xeyriniz harayadır, görmürsünüzmü? Avropadan, Amerikadan nicat umursunuz, sizin təhlükəsizliyinizin təminatı da, əlavə mənfəət əldə etmək imkanlarınız da buradadır, Türkiyə və Azərbaycanda! Odur ki, Qərbi Azərbaycanlıların qayıdışı sizin üçün tarixi şansdır, necə ki, sülh üçün tarixi şans yaranıb, etiraf edirsiniz, nəhayət, eləcə də yüz minlərlə Qərbi azərbaycanlı Ermənistan daxil, bölgənin rifahı üçün çox əhəmiyyətli rol oynaya bilər. Həm də onların HAQQIDIR!

Bilirik ki, Ermənistanda Azərbaycan mediasını diqqətlə izləyirlər. Necə ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin Naxçıvanda “Ermənistan rəhbərliyi soydaşlarımızın sülh və qarşılıqlı anlaşma şəraitində öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır”, sözlərindən erməni tərəfin hərarəti qalxıb, media bu sözləri manşetlərdən yayıb. Bununla da hay-küy qaldırmağa çalışırlar ki, guya bu sözlər sülh prosesinə xələl gətirir. Nə qədər absurd! Özü də Bakı Qərbi Azərbaycan məsələsini Qarabağ ermənilərinin qayıdışının qarşısını almaq üçün masaya qoymayıb, ermənilər yanlış yoldadırlar. Əvvəla, Qarabağdakı ermənilər vaxtilə köçürüldükləri torpaqlarımızdan ÖZLƏRİ köçüb gediblər! İkincisi, azərbaycanlılar ÖZ YURDLARINDAN zorla deportasiya olunublar, bir neçə dəfə! Burada bərabərlik işarəsi ola bilməz!
Prezident İlham Əliyev nə demişdi? Bir daha xatırladaq: “Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”; “Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük”; “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”; “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah!”
Və sonuncu cümlə “Qarabağ Azərbaycandır və Nida!”, tarixi bəyanatı qədər önəmlidir, qətiyyətlidir! Bütün bunlardan sonra Ermənistan hakimiyyətinin “nala-mıxa vurması” heç nəyi dəyişməyəcək! Söhbət Paşinyanın 300 min azərbaycanlının qayıdışı ilə bağlı vəd verib-verməməsindən getmir. Bu prosesdə diktə edən Azərbaycan və onun Lideridir!
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

