Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafada 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib

Ağstafada 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib

18.06.2026 [23:09]

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Aşağı Kəsəmən kənd”, “Zəlimxan kənd”, “Xətai kənd”, “Qıraq Kəsəmən kənd” və “Poylu kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. Bu tarix milli ordumuzun formalaşması və inkişafı yolunda atılmış mühüm addımları əks etdirir. Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayır.

Daha sonra çıxış edən natiqlər – “Aşağı Kəsəmən kənd” Ərazi Partiya Təşkilatının sədri Vüqar Qasımov, “Zəlimxan kənd” Ərazi Partiya Təşkilatının sədri Şirin Həsənov, Aşağı Kəsəmən kənd tam orta ümumtəhsil məktəbin müəllimləri Qəfilə Əsgərova, Təranə Abdullayeva və “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyev bildiriblər ki, Azərbaycan Ordusu müasir dövrün çağırışlarına uyğun inkişaf edərək regionun güclü hərbi qüvvələrindən birinə çevrilmişdir. Silahlı Qüvvələr Günü ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi və hərbi quruculuq sahəsində əldə olunan nailiyyətlərin xatırlandığı gündür. 26 İyun tarixi Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlıdır. Bu gün milli ordumuzun təşəkkülünü, inkişafını və dövlətimizin müdafiə sistemindəki mühüm yerini ifadə edir. Ordumuzun fəaliyyəti ölkənin təhlükəsizliyinin və sabitliyinin təmin olunmasına xidmət edir.

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30