Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edilib
29.06.2026 [12:38]
Bu gün 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və hərbi qulluqçular iştirak ediblər.
Əvvəlcə hərbi hissənin şəxsi heyəti sıra meydanında düzülüb. Hərbi hissənin qərargah rəisi şəxsi heyətin tədbirə hazırlığı və düzülüşü barədə komandirə məruzə edib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra hərbi hissənin komandiri çıxış edərək Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik məktubunu şəxsi heyətə çatdırıb. Həmçinin Raket və Artilleriya Qoşunlarının komandanı general-mayor Ağamir Sultanovun bayram münasibətilə təbrikini iştirakçıların diqqətinə çatdırıb.
Rəsmi hissədə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin və peşəkarlığının ildən-ilə daha da möhkəmlənməsindən bəhs edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq xalqımızın qürur mənbəyinə çevrilib. Rayon rəhbəri vurğulayıb ki, hazırda Azərbaycan Ordusu regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır və dövlətimizin müdafiə qüdrətinin daha da artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən Füzuli hərbi prokuroru Elçin Hacıyev, Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov Azərbaycan Ordusunun qüdrətindən, dövlət tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən danışaraq şəxsi heyəti bayram münasibətilə təbrik ediblər.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hərbi hissənin rəhbərliyi tərəfindən müxtəlif təltiflər, hədiyyələr və növbəti hərbi rütbələr təqdim olunub.
Həmçinin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup hərbi qulluqçu Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə və hədiyyələrlə təltif edilib.
Tədbirdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup hərbi qulluqçu Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədrinin Fəxri Fərmanı və hədiyyələrilə təltif edilib.
Sonda hərbi hissənin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə təntənəli keçid edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34

