Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi açıqlanıb

Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi açıqlanıb

29.06.2026 [23:34]

Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 milyard manatı ötüb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir və bu çərçivədə əsas diqqət Ani Ödənişlər Sisteminin (AÖS) təkmilləşdirilməsinə yönəlib.

“Görülən işlər nəticəsində Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi artıq 1 milyard manatı keçib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən artıq artım deməkdir. Prioritet istiqamətlərdən biri də Ani Ödənişlər Sisteminin xarici ölkələrin analoji ödəniş sistemləri ilə inteqrasiyasının təmin edilməsidir”,- deyə o diqqəyə çatdırıb.

Mərkəzi Bankın ani ödənişlər sisteminin inkişafı çərçivəsində QR ödənişlərinin, xüsusilə AzQR həllərinin təşviqinə də xüsusi diqqət ayırdığını deyən departament direktoru bu istiqamətdə aktiv işlər aparıldığını sözlərinə əlavə edib: “AzQR ödənişləri gündəlik həyatımızda getdikcə daha geniş yayılır. Hazırda bu ödəniş üsulu böyük bir POS-terminal şəbəkəsində tətbiq olunur. Vətəndaşlar AzQR-ni dəstəkləyən bank və "FinTech" tətbiqləri vasitəsilə QR ödənişlərini rahat şəkildə həyata keçirə bilirlər. Bu ay üzrə AzQR əməliyyatlarının sayı 40 milyona çatıb. Bu göstərici AzQR ödənişlərinin yüksək inkişaf tempini nümayiş etdirir. İllik müqayisədə isə AzQR əməliyyatlarının sayında 30 dəfədən çox artım qeydə alınıb”.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30