“Bitcoin” fondları 2022-ci ildən bəri ən pis aylıq göstərici nümayiş etdirir
29.06.2026 [23:49]
“Bitcoin” birja ticarət fondları 2022-ci ilin iyun ayından bəri ən pis aylıq göstərici nümayiş etdirməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, investorlar iyun ayı ərzində ABŞ-də ticarət edilən ümumilikdə 13 birja ticarət fondundan 4,1 milyard dollardan çox pul çıxarıblar. Bu da iki il əvvəl - 2024-cü ilin yanvar ayında həmin fondların ticarətə başlamalarından indiyədək ən yüksək xalis vəsait çıxışı deməkdir.
Ən böyük aktivlərin idarə edilməsi həcminə malik “BlackRock” fondu olan IBIT-dən ay ərzində 3 milyard dollar çıxarılıb. Bu, eyni zamanda, “Bitcoin”in 2022-ci ilin iyun ayından bəri ən pis aylıq göstərici göstərməsi deməkdir.
Dünyanın əsas kriptovalyutası bu ay 18 faizdən çox dəyər itirib və qiyməti 60 min 100 dollar civarındadır. Hazırkı qiymət ötən ilin oktyabr ayında qeydə alınan məksimum göstəricidən təxminən 50 faiz aşağıdır. 60 min dollar “Bitcoin” üçün psixoloji hədd hesab olunur.
Ekspertlərin fikrincə, bu proseslər ənənəvi investorların hələ də ehtiyatlı mövqe tutduğunu göstərir. Bu satış hərəkətliliyi amerikalı milyarder Maykl Seylorun “Strategy” şirkətinin 50 milyard dollarlıq “Bitcoin” portfelinin təxminən 2,5 milyard dollarını satması ilə başlayıb. Şirkətlərin qarşıdan gələn konvertasiya edilə bilən istiqraz ödəmə müddətlərini və dividend öhdəliklərini yerinə yetirmək üçün “Bitcoin” portfelinin bir hissəsini satmağa məcbur ola biləcəyi ilə bağlı narahatlığı artmaqdadır.
Xatırladaq ki, “Bitcoin”in qiyməti 2025-ci il ərzində 6 faizdən çox ucuzlaşıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21

