Şuşa görüşü və strateji tərəfdaşlığın gələcəyi
21.07.2026 [15:34]
Azərbaycan Respublikasının xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli əlaqələrin inkişafı xüsusi mühüm yer tutur. Bu kontekstdə Slovakiya Respublikası ilə qurulan dialoq və çoxşaxəli əməkdaşlıq dinamik şəkildə yüksələn xətlə inkişaf edir. İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən görüşlər, verilən bəyanatlar iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu əyani şəkildə sübut etdi. Prezident İlham Əliyevin Şuşada mətbuat üçün verdiyi bəyanat ikitərəfli əlaqələrin mövcud vəziyyətinə və gələcək perspektivlərinə tam, hərtərəfli baxış təqdim edir. Slovakiya-Azərbaycan siyasi əlaqələri bu gün çox yüksək səviyyədədir və yüksək səviyyəli qarşılıqlı səfərlər bu intensivliyin ən aydın təzahürüdür. Liderlər arasında qurulmuş səmimi dialoq və siyasi iradə iki dövlətin bir-birinə olan qarşılıqlı etimadını möhkəmləndirir. Şuşada keçirilən görüş xüsusilə rəmzi və strateji əhəmiyyət daşıyır. Qarabağın tacı sayılan bu qədim şəhərdə belə mötəbər qonağın ağırlanması və rəsmi danışıqların aparılması Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq aləmdə, o cümlədən Avropa İttifaqına üzv dövlətlər tərəfindən tam qəbul olunduğunun göstəricisidir. Yüksək səviyyəli diplomatik təmaslar göstərir ki, hər iki tərəf yalnız ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarına hörmətlə yanaşır və konstruktiv mövqedən çıxış edir. İkitərəfli münasibətlərin ən mühüm və praktiki tərəflərindən biri Slovakiyanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasında və yeniden qurulmasında fəal iştirak etməsidir. Şuşa bəyanatında xüsusi vurğulandığı kimi, Slovakiya şirkətlərinin azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur və bərpa layihələrinə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin "Ağıllı kənd" konsepsiyası əsasında Slovakiyanın qabaqcıl texnologiyaları və təcrübəsi tətbiq edilməklə yenidən qurulması layihəsi müstəsna nümunədir. Bu fəaliyyət yalnız iqtisadi tərəfdaşlıq deyil, həm də Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə, sülh və quruculuq təşəbbüslərinə verdiyi real dostluq dəstəyinin göstəricisidir. Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında ikitərəfli münasibətlər yalnız siyasi və bərpa sahəsi ilə məhdudlaşmır; enerji, müdafiə sənayesi, ticarət, nəqliyyat-logistika və humanitar sahələrdə də böyük potensiala malikdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol çərçivəsində Slovakiya ilə enerji dialoqu xüsusi əhəmiyyət kəsb edir. Qaz təchizatının diversifikasiyası, bərpa olunan enerji sahəsində təcrübə mübadiləsi və qarşılıqlı sərmayə qoyuluşu imkanları iki ölkə iqtisadiyyatının bir-birini tamamlamasına şərait yaradır. Müdafiə sənayesi sahəsində qurulan əməkdaşlıq da ikitərəfli əlaqələrin strateji xarakterini daha da dərinləşdirir. Prezident İlham Əliyevin Şuşada bəyan etdiyi kimi, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla və böyük dinamika ilə davam edir. Qurulmuş möhkəm təməl, qarşılıqlı hörmət və konkret nəticələrə söykənən əməkdaşlıq modeli gələcək üçün böyük perspektivlər açır. Əminliklə demək olar ki, bu münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək, həm Azərbaycan, həm də Slovakiya xalqlarının rifahına, eləcə də regional sabitliyə və təhlükəsizliyə mühüm töhfələr verməkdə davam edəcəkdir.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19

