Naxçıvanda “Multikulturalizm və dini məsələlər” mövzusunda konfrans
04.12.2014 [10:17]
Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da azsaylı xalqların nümayəndələrinin mədəni irsinin qorunmasına və dini azadlığına çox hörmətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamının əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə, daha dolğun tənzimlənməsidir.
AzərTAc xəbər verir ki, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin salonunda “Multikulturalizm və dini məsələlər” mövzusunda keçirilən konfransda bu barədə ətraflı danışılıb.
Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov bildirib ki, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkəmizin zəngin mədəni, mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çox konfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib.
Qeyd olunub ki, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini nəzərə alan dövlətimizin başçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb. 2010-cu ildən başlayaraq Bakıda keçirilən Beynəlxalq Humanitar forumlarda nüfuzlu xarici ölkə nümayəndələrinin səsləndirdikləri fikirlər bir daha belə deməyə əsas verir ki, Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir və gələcəkdə də yaşayacaqdır.
Naxçıvan şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İsmayıl Gülməmmədov “Multikulturalizm - Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir” mövzusunda çıxışında bildirib ki, multikulturalizm ölkəmizdə əsrlərdən bəri formalaşan dəyərlər toplusudur. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanı üçün xasdır. Ulu öndər Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü.
“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”, - deyən İsmayıl Gülməmmədov qeyd edib ki, dövlətimizin başçısı bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.
Naxçıvan şəhər 2 nömrəli uşaq musiqi məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Qədimova “Multikulturalizm siyasəti beynəlxalq təcrübədə” mövzusunda çıxış edərək deyib ki, multikulturalizm mədəni plüralizmi qəbul edən və onun inkişafına şərait yaradan bir siyasətdir. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etmək sahələrində bərabər hüquqlara malikdir.
Qeyd olunub ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.
Konfransda mövzu ətrafında geniş diskussiyalar aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12

