Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan Prezidenti: Biz gələcək dünyanı böyük ölçüdə formalaşdıra bilərik

Qazaxıstan Prezidenti: Biz gələcək dünyanı böyük ölçüdə formalaşdıra bilərik

17.10.2024 [14:40]

Qazaxıstan beynəlxalq forumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında orta güclərin səsini müdafiə etməyə davam edəcək.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beyin Mərkəzləri Forumunun plenar iclasında çıxışı zamanı deyib.

Qazaxıstan Prezidenti qeyd edib: “Biz daha əhatəli və davamlı beynəlxalq sistem görmək istərdik. Kiçik və ya böyük olmasından asılı olmayaraq, dövlətlər daha yaxşı dünyanın qurulmasında öz rolunu oynaya bilməlidir”.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan bundan sonra da ardıcıl surətdə dünya səhnəsində fəal rol oynamağa hazırdır.

Qazaxıstan Prezidenti vurğulayıb: “Biz diplomatiya, iqtisadi əməkdaşlıq və çoxtərəfli idarəetmənin kəsişməsində yerləşirik. Həmkarlarımız və tərəfdaşlarımızla bölüşdüyümüz təsirimiz sayəsində gələcəyin dünyasını böyük ölçüdə formalaşdıra bilərik. Biz bu dəyişən beynəlxalq nizamda laqeyd müşahidəçi olmaq istəmirik, əksinə, daha tarazlaşdırılmış, ədalətli və dayanıqlı qlobal sistemin memarı olmağa çalışırıq”.

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30