Türkiyə “Polad günbəz” sistemi yaradır
31.10.2024 [08:40]
“Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib
Beynəlxalq nizamın pozulduğu indiki dövrdə hər bir ölkə özünün milli təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrini gücləndirir. Son 20 ildə Türkiyə öz hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bu dövrdə Türkiyə öz müdafiə sənayesini çox sürətlə gücləndirib və ordusunu ən müasir hərbi texnika və atıcı silahlarla təmin edib. Son illər öz arsenalını tanınmaz dərəcədə dəyişən qardaş ölkənin ordusu dünyanın ən güclü ordularından biri kimi tanınır.
Prezident Ərdoğan: Biz PUA bazarında dünyanın ən böyük istehsalçısıyıq
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, hakimiyyət regionda sərhədlərin zorakı yolla yenidən müəyyənləşdirilməsi cəhdləri fonunda milli təhlükəsizliyi qorumaq üçün bütün mümkün addımları atır. O qeyd edib ki, yüz il əvvəl olduğu kimi, bu gün də Türkiyənin yerləşdiyi bölgədə qan və göz yaşı axıdılır. Bununla bağlı dövlət başçısı türk xalqının təhlükəsizliyini və mənafelərini qorumaq əzmini xüsusi vurğulayıb. Prezident birlik və bütövlüyün təmin edilməsinin vacibliyinə diqqət çəkərək, Atatürk və onun silahdaşlarının mirası olan Cümhuriyyətin etibarlı əllərdə olduğunu əminliklə bəyan edib.
Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada ilk milli çoxməqsədli “T625 GÖKBEY” helikopterinin jandarm qüvvələrinə təhvil verilməsi mərasimindəki çıxışında isə bildirib ki, dünyanın ən böyük pilotsuz uçuş aparatları (PUA) istehsalçısı olan Türkiyə əsas diqqətini pilotsuz və avtonom döyüş platformalarının işlənib hazırlanmasına yönəldəcək və ölkə üçün istənilən potensial təhdidin qarşısını almaq üçün çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi yaradacaq. “Biz PUA bazarında dünyanın ən böyük istehsalçısıyıq. 2018-ci ildən bu günə qədər dünya üzrə bütün PUA satışlarının 65 faizi Türkiyə şirkətlərinin payına düşür. PUA istehsalı ilə yanaşı, biz yaxın gələcəkdə əsas diqqəti döyüş platformalarının - pilotsuz və avtonom dəniz nəqliyyat vasitələrindən tutmuş, sualtı platformalara və təyyarədaşıyanlara qədər - işlənib hazırlanmasına yönəldəcəyik”, -deyə Ərdoğan vurğulayıb.
“Daha heç kimdən icazə almırıq”
O, Türkiyənin təhlükəsizliyi üçün hava hücumundan müdafiə sistemlərinin həyati əhəmiyyətini qeyd edib: “Terrorçuların ölkə ərazisinə soxulmasından tutmuş, düşmən elementlərin hücumlarına qədər bir çox asimmetrik təhdidləri aradan qaldırmaq üçün çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərini gücləndirməliyik”.
Türkiyə lideri bəyan edib ki, milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən daha heç kimdən icazə almırıq, kimin nə düşündüyünü soruşmuruq. Onun sözlərinə görə, əvvəllər bizə silah verənlər atdığımız güllələrin sayını tutur, bəzən də hesaba çəkirdilər: “Terrorla mübarizəmizdə daim maneələrlə qarşılaşardıq, artıq öz hazırladığımız silahlardan istifadə edərək bütün problemlərin öhdəsindən gəlirik. Təbii ki, bununla kifayətlənməyəcəyik. Qarşıdakı dövrdə heç bir sahəni diqqətdən kənarda qoymadan, dostlara etimad, düşmənlərə isə qorxu aşılayan çəkindirici gücə nail olana qədər çalışacağıq”.
“Siper Blok-1” “Polad günbəz” sisteminin yeni elementinə çevrilib
Qeyd edək ki, Türkiyədə yaradılacaq çoxsəviyyəli “Polad günbəz” hava hücumundan müdafiə sistemi ölkənin hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur. Artıq uzunmənzilli hava hücumundan müdafiə sistemi olan “Siper Blok-1” Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. “Siper Blok-1” ölkənin “Polad Günbəz” (“Çelik Kubbe”) sisteminin yeni elementinə çevrilib. Türkiyə mediası yazır ki, sözügedən sistem ABŞ istehsalı olan “Patriot” və Rusiya istehsalı olan “S-400”ə bənzərdir. “Siper”in batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.
İnsansız sualtı qayıqların hazırlanması hədəflər sırasındadır
Bundan başqa, Türkiyə sualtı qayıq layihəsini də uğurla reallaşdırır. Hələ 2015-ci ildə Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində yerlilik göstəricisi yüksək olan “Type-214TN (Reis)” sinfinə məxsus sualtı qayıqların istehsalına başlayan Türkiyə 2017-ci ilin iyun ayında MİLDEN (Milli Sualtı Qayıq) layihəsinə start verib və dizaynı tamamilə Türkiyədə həyata keçiriləcək çox yüksək yerli resurs payına malik sualtı qayıqların istehsalını təhlil edib. 2019-cu ilin aprel ayında Hərbi Dəniz Qüvvələri Komandanlığı tərkibində MİLDEN Dizayn Layihə Ofisi yaradılıb və MİLDEN Layihəsi rəsmi olaraq başlayıb. 2022-ci ilin əvvəlində MİLDEN-in konseptual dizaynları tamamlanıb və qabaqcıl dizayn mərhələsinə start verilib. İlk vaxtlarda - 2022-ci ilin avqust ayına olan məlumata görə, Layihə Ofisində 23-ü mühəndis, 5-i texniki layihəçi olmaqla 28 işçi çalışıb. Layihə irəlilədikcə personal sayı da artır.
2025-ci ilə qədər layihələndirmə işlərinin başa çatdırılması və Gölcük Gəmiqayırma Zavodunda ilk gəminin istehsalına başlanması planlaşdırılır. İlk gəminin 2031-ci ilə qədər tamamlanacağı gözlənilir. MİLDEN sualtı qayıqlarının Türkiyənin daxili imkanlarla inkişaf etdirdiyi və inkişaf etdirəcəyi bütün silahlara (“Akya”, “Atmaca”, “Gezgin”) və sistemlərə sahib olacağı məlumdur. Nə qədər sualtı qayığın istehsal olunacağı bəlli deyil. Elan edilmiş uzunluq və subasımı məlumatının gələcəkdə dəyişəcəyi ehtimal edilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında deyib ki, hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır.
“KAAN” - Türkiyənin növbəti uğuru
Türkiyə ən yeni nəsil texniki göstəricilərə malik qırıcılar, helikopterlər və avtomobillər də istehsal edir. Türkiyə milli döyüş təyyarəsi “KAAN”ı istehsal etməklə dünyada 5-ci nəsil qırıcı istehsal edən 5 ölkədən biri sayılır. “KAAN”ın texniki xüsusiyy?tlərinə gəldikdə isə, Türk Təyyarə Sənayesi Şirkətinin (TUSAŞ) yerli və milli imkanlarla inkişaf etdirdiyi milli döyüş təyyarəsi Pilotsuz Uçuş Aparatlarının hava xəbərdarlıqları, nəzarəti kimi funksiyalarını özündə cəmləşdirir. Yeni nəsil silahlarının vasitəsilə havadan havaya döyüş aparmaq qabiliyyətinə malik təyyarə daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq zərbələr endirmək iqtidarındadır. Onun döyüş gücü süni intellekt və neyron şəbəkə dəstəyi ilə artırılıb.
Xatırladaq ki, Türkiyənin “KAAN” milli hərbi təyyarəsi bu ilin fevralında ilk uçuşunu uğurla həyata keçirib. Türkiyənin Aerokosmik Sənayesi tərəfindən həyata keçirilən ən mühüm texnologiya layihələrindən biri olan “KAAN”ın uçuşu üçün bütün texniki və laboratoriya sınaqları tamamlanıb. Ötən il martın 17-də “KAAN” ilk dəfə uçuş-enmə zolağına çıxarılmışdı. Bunun ardından türk mühəndisləri tərəfindən son 9 ayda təyyarənin səmaya qaldırılması üçün hazırlıqlar aparılıb. “KAAN”ın qanadlarının uzunluğu 14, hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Təyyarənin kokpiti bir pilot üçün nəzərdə tutulub. Qoşa mühərriki, yüksək manevr qabiliyyəti, radardan yayınması, gəmidə silah daşıma və elektron döyüş qabiliyyətləri bu hərbi hava vasitəsinin ən diqqətçəkən xüsusiyyətləridir. Hər cür hava və yer hədəflərinə strateji hücum imkanı yaradacaq təyyarə yüksək döyüş məsafəsi və supersonik sürətlə dəqiq atəş xüsusiyyətləri ilə də fərqlənir.
Bütün bunlar Türkiyənin hərbi sənayesinin parlaq nailiyyətləridir. Bu faktor beynəlxalq miqyasda qardaş ölkənin önəmini daha da artırır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

