Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-də silahlı insident baş verib, yaralananlar var

ABŞ-də silahlı insident baş verib, yaralananlar var

23.01.2025 [12:57]

ABŞ-nin Texas ştatının San-Antonio şəhərində mənzildə barikada quran şəxs polislərə atəş açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.

"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə polisə istinadən "CBS News" telekanalı məlumat yayıb.

"San-Antonioda çağırışa gedən dörd polis əməkdaşı barikada quran şəxs tərəfindən odlu silahdan açılan atəşlə yaralanıb", - məlumatda qeyd olunub. 

İntihar cəhdi barədə məlumat polisə daxil olduqdan sonra hüquq-mühafizə orqanları hadisə yerinə yollanıblar. Bu zaman mənzildə atışma baş verib. Məlumata görə, yaralanan polislər xəstəxanaya yerləşdirilib və onların həyatı üçün təhlükə yoxdur.

Son məlumatda bildirilir ki, şübhəli şəxs hələ də mənzildə barrikada qurub.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30