İspaniyada enerji böhranına görə AES-lərin fəaliyyəti dayandırılıb
29.04.2025 [08:31]
İspaniyada elektrik enerjisi verilişinin kəsilməsindən sonra hökumət böhran iclası çağırıb. Ölkə elektrik olmadığından iflic vəziyyətinə düşüb.
AZƏRTAC xəbər verir ki, kütləvi elektrik enerjisi kəsilməsi Pireney yarımadasını iflic vəziyyətinə salıb. İspaniya milli operatorunun məlumatına görə ölkədəki 25 180 meqavat istehlak birdən-birə iki dəfə azalaraq 12 245 meqavata düşüb. Dörd saat davam edən elektrik kəsilməsindən sonra İberiya yarımadasının şimal, cənub və qərbində bir sıra ərazilərdə enerjinin tədricən qismən bərpa olunduğu bildirilir.
Elektrik şəbəkəsi üzrə əməliyyat xidmətlərinin direktoru Eduardo Prieto mətbuat konfransında bildirib ki, ölkə üzrə elektrik enerjisinin tam bərpası "hər şey yaxşı olarsa, 6-10 saat arasında vaxt aparacaq". Qurum rəsmisi elektrik kəsilməsinin səbəbi ilə bağlı “spekulyativ fikirlər söyləməməyi” xahiş edib.
İspaniya hökuməti əvvəlcə İspaniya milli elektrik operatorunun (REE) mənzil-qərargahında iclas keçirib, sonra Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası çağırılıb.
İspaniyanın Nüvə Təhlükəsizliyi Şurasının məlumatına görə, atom elektrik stansiyalarında (Almarraz II, Asco I və II və Vandellos II) reaktorlar avtomatik olaraq dayandırılıb və dizel generatorları işə salınıb.
Elektrik kəsilməsinin səbəbi hələ də məlum deyil. Madrid, Barselona, Sevilya və Valensiya metropolitenləri də daxil olmaqla, bir çox şəhərdə ictimai nəqliyyat iflic olub. Svetoforların işinin pozulması xaosa səbəb olub. Hava limanlarında ləngimələr qeydə alınıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

