İtaliyada 10 minə yaxın məhbus azadlığa buraxıla bilər
16.07.2025 [23:31]
İtaliyanın Ədliyyə Nazirliyi həbsxanalarda həddən artıq sıxlığı azaltmaq üçün 10 minə qədər insanı və ya ölkənin məhbus kontingentinin təxminən 15 faizini azadlığa buraxa biləcəyini açıqlayıb.
AZƏRTAC nazirliyin çərşənbə axşamı yaydığı məlumata istinadla xəbər verir ki, təxminən 10 105 məhbus ev dustaqlığı və ya şərti cəza kimi azadlıqdan məhrumetmə cəzasına alternativ olan uyğun qətimkan tədbirlərinə məruz qalacaq.
Bu qərar məhkəmə hökmü qəti olan və apellyasiya şikayəti verilə bilməyən, cəzasının bitməsinə iki ildən az vaxt qalmış və son 12 ayda ciddi intizam pozuntusu törətməyən şəxslərə şamil ediləcək.
Nazirlik əlavə edib ki, terrorizm, mütəşəkkil cinayətkarlıq, zorlama, miqrant alveri və adam oğurluğu kimi ağır cinayətlərə görə cəza çəkən şəxslər həbsdə saxlanılacaq.
“World Prison Brief” təşkilatının məlumat bazasına görə, İtaliya Avropada həbsxanaların həddən artıq doluluq nisbəti üzrə ən pis ölkələrdən biridir. Burada cəzaçəkmə müəssisələrinin doluluq nisbəti təxminən 122 faiz təşkil edir. Belə ki, 100 faizdən yuxarı olan hər hansı bir rəqəm həbsxanaların öz imkanlarından artıq dolu olduğunu göstərir. Məlumat bazasına görə, Avropada yalnız Kipr və Fransa daha yüksək göstəricilərə malikdir.
İtaliyada intihar hallarının artması və kondisioneri olmayan təcridxanalarda yay temperaturunun yüksək olması ilə bağlı şikayətlərdən sonra məhbusların acınacaqlı durumu diqqət çəkib.
Bununla belə, məhbusların vaxtından əvvəl azad edilməsi siyasi baxımdan həssas bir addımdır və Ədliyyə Nazirliyi bunun bir gecədə baş verməyəcəyini açıqlayıb.
Bəyanatda deyilir ki, ayrı-ayrı işlər üzrə qərarların qəbuluna kömək etmək üçün həbsxanalar və şərti azadlığa buraxan hakimlərlə işləmək üçün işçi qrupu yaradılıb. Qrup həftəlik toplanacaq və sentyabr ayına qədər gördüyü işlər barədə hesabat verəcək.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

