İran XİN ABŞ ilə danışıqlar aparıldığını iddia edir
12.01.2026 [20:10]
İran Xarici İşlər Nazirliyinin sözçüsü yanvarın 12-də, bazar ertəsi bildirib ki, diplomatik münasibətlərin olmamasına baxmayaraq, Tehran ilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi arasında təmas kanalı açıqdır.
AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, nazirliyin sözçüsü İsmayıl Bəqayi dövlət televiziyası tərəfindən yayımlanan şərhində bildirib: “Xarici işlər nazirimiz (Abbas Araqçi) ilə ABŞ Prezidentinin xüsusi elçisi (Stiv Uitkoff) arasında təmas kanalı açıqdır”. O, ABŞ-ın İranda diplomatik iştirakı olmasa da, onun maraqlarının İsveçrə səfirliyi tərəfindən təmsil olunduğunu qeyd edərək vurğulayıb ki, lazım olduqda, informasiya mübadiləsi aparılır.
İranın xarici işlər naziri isə iki həftə davam edən qarışıqlıqdan sonra təhlükəsizlik qüvvələrinin ölkəni tam nəzarətdə saxladığını bildirib, habelə İsrail və ABŞ-ı yüzlərlə insanın ölümünə səbəb olan ümumxalq etirazlarını qızışdırmaqda ittiham edib.
Bununla belə, İranın 31 əyalətindəki 186 şəhərdə nümayişləri izləyən insan haqlarının müdafiəsi fəallarının son məlumatına görə, iğtişaşlar zamanı 540-dan çox sakin həlak olub, 10 mindən artıq insan həbs olunub.
ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, Vaşinqton İranda ölümcül repressiyalar barədə xəbərlərə cavab olaraq potensial variantları nəzərdən keçirir. Lakin o əlavə edib ki, Tehran rəhbərliyi danışıqlar aparmaq üçün Vaşinqtonla əlaqə saxlayıb. “Biz buna çox ciddi yanaşırıq. Hərbçilər vəziyyəti izləyir və biz bəzi çox güclü variantları nəzərdən keçiririk”.
Donald Tramp Floridadakı evindən Vaşinqtona qayıdarkən “Air orce One”da jurnalistlərə bildirib. “Biz qərar verəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

