Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çində ürək xəstəliklərinin müalicəsi üçün yeni üsul hazırlanıb

Çində ürək xəstəliklərinin müalicəsi üçün yeni üsul hazırlanıb

18.03.2026 [19:25]

Çinli alimlər ürək xəstəliklərinin müalicəsi üçün maqnit mayelərinə əsaslanan yeni texnologiya hazırlayıblar.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, yeni üsul ürəyin sol qulaqcıq çıxıntısında yaranan trombların qarşısını almağa yönəlib. Bu problem xüsusilə qulaqcıq fibrilyasiyası olan xəstələrdə insult riskini artırır. Məlumata görə, alimlər maqnit hissəciklərindən ibarət xüsusi maye hazırlayıblar. Bu maye bədənə daxil olduqdan sonra dar və mürəkkəb sahələrə asanlıqla yayılır və boşluqları doldurur. Eyni zamanda, xarici maqnit sahəsi vasitəsilə idarə oluna bilir.

Qeyd olunur ki, yeni texnologiya əvvəlki üsullardan fərqli olaraq daha təhlükəsizdir və əlavə əməliyyatlara ehtiyacı azalda bilər. Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Paylaş:
Baxılıb: 270 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30