Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / London metrosunun işçiləri tətilə başlayıblar

London metrosunun işçiləri tətilə başlayıblar

02.06.2026 [20:52]

Böyük Britaniyanın paytaxtı Londonda metro sürücülərinin tətili başlayıb. Bu, cari həftə ərzində keçirilməsi planlaşdırılan iki tətil aksiyasından birincisidir. Növbəti tətilin iyunun 4-də baş tutacağı gözlənilir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tətil aksiyası Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil olunub. Həmkarlar ittifaqı daha intensiv dördgünlük iş qrafikinin tətbiqinə etiraz edir.

Tətil səbəbindən Londonun ən işlək metro xətlərinin bəzilərində qatarların hərəkəti tam dayandırılıb.

Məlumata görə, “Transport for London” ilə Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı arasında aparılan danışıqlar tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmayıb.

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31