Ukrayna böhranı: inkişaf ssenariləri
17.12.2014 [10:15]
Kiyevin Qərb ilə Rusiya arasında ciddi bir geosiyasi problemə çevrildiyi sirr deyil. Bu məsələ o qədər geniş təsir imkanına malikdir ki, son zamanlar, demək olar ki, bütün böyük beynəlxalq tədbirlərdə müzakirə olunur. Tərəflər bir-birlərini ittiham etməkdən çəkinmirlər. Bununla yanaşı, Minskdə əldə edilən razılaşmanın bir sıra müddəaları vardır. Ancaq, təəssüf ki, onlara da əməl olunmur. İndi ekspertlər Ukrayna böhranının müxtəlif inkişaf ssenarilərindən bəhs edir, mümkün variantları təhlil edirlər. Lakin qəti mövqe hələlik müşahidə edilmir. Problem geosiyasi aspektdə qeyri-müəyyənliyini saxlayır.
Sanksiyalar: çıxış yolu deyil
Ukrayna böhranının həlli imkanlarının tükənmədiyini düşünənlər vardır. Konkret bir yol göstərilməsə də, proseslərin mümkün inkişaf ssenariləri ilə bağlı proqnozlar verilir. Əvvəlcədən vurğulamaq lazımdır ki, istənilən halda dəqiq fikir söyləmək çox çətindir. Çünki vəziyyətin özü qeyri-müəyyəndir. Həm daxili, həm də xarici amillər vəziyyəti xeyli dərəcədə mürəkkəbləşdirib. Ortada Minsk razılaşmaları deyilən bir sənəd var. Lakin onun yerinə yetirildiyi barədə qəti fikir bildirmək imkansızdır.
Rusiya və Qərb öz mövqelərini qorumaqdadır. Ekspertlər Moskvanın prinsipial bəndlərdə güzəştə gedəcəyinə inanmırlar. Karnegi Mərkəzinin ekspertləri bu kontekstdə belə proqnoz verirlər: “Sanksiyalar rusiyalılarda belə təəssürat yaradacaq ki, onların ölkəsi ABŞ-ın daimi təzyiqi altındadır. Bu, Rusiya vətənpərvərliyini və millətçiliyini stimullaşdırır, həmçinin, Amerikanın timsalında xarici düşmən obrazını yaradır. Yeni sanksiyalar yalnız bu təəssüratı gücləndirə və hakimiyyəti səfərbər edə bilər” (bax: Dmitriy Trenin. Ukrainskiy krizis i vozobnovlenie velikoderjavnoqo soperniçestva / Moskovskiy Üentr Karneqi, 15 oktyabr 2014).
Mütəxəssislərin bu qənaətə gəlmələri təsadüfi deyil. Prezident V.Putin son müsahibələrindən birində Donetsk və Luqanskın federallaşması məsələsini ayrıca vurğulayıb. O, bir sıra siyasətçinin Ukraynanın federallaşması imkanlarını görməməsini anlamadığını ifadə edib (bax: İntervğö Vladimira Putin nemeükomu telekanalu ARD / “Rossiyskaə qazeta”, 17 noyabr 2014).
Burada bir məqamı mütləq nəzərə almaq lazım gəlir. Biz Kremlin Krım məsələsində çox qətiyyətli mövqe tutmasını nəzərdə tuturuq. Moskva açıq bildirir ki, Ukrayna böhranının həllində Krıma münasibət əsas yer tutur. Bu, heç bir şərtlə dəyişdirilə bilməz. Hazırda iki yanaşma var.
Birinci yanaşmada Rusiya Krım amilini Qərb və Ukrayna ilə danışıqlar prosesinin xaricinə çıxarır, yəni onu müzakirə belə etmir. İkinci yanaşmada isə Moskva Donbasda getdiyi müəyyən güzəştlərin əvəzində Krımı özündə saxlayır, bunun ən azı bir neçə ilə qüvvədə qalmasını təmin edir (bax: məs., Aleksandr Quhin, Serqey Markedonov. Rossiə i Ukraina: koridor vozmojnostey / RSDM, 21 noyabr 2014).
Bunlardan hansının qəbul edilməsindən asılı olaraq Ukraynanın gələcəyi haqqında fərqli ssenarilər proqnozlaşdırılır. Lakin problemin mürəkkəbliyi bununla bitmir. Əsas amil yaxın perspektiv üçün ABŞ-Rusiya münasibətlərinin məzmunu ilə əlaqəlidir. Ekspertlər bu məsələdə də yekdil fikirdə deyillər. Onlar B.Obamanın prezidentliyi başa çatdıqdan sonra Vaşinqtonun Rusiya siyasətinin daha sərt xarakter ala biləcəyini təxmin edirlər. Bu da sanksiyaların güclənməsi, Rusiyanın iqtisadi cəhətdən daha ağır vəziyyətə düşməsi deməkdir. Belə olan halda ölkə daxilində narazılıq dalğası güclənə bilər və Yaxın Şərqdəki vəziyyətə bənzər durum yaranar. Bu, təbii ki, ilk növbədə sadə rusiyalıların həyatına mənfi təsir göstərər. Digər tərəfdən, Moskvanın Avrasiya İqtisadi İttifaqı yaratmaq üçün imkanları da xeyli azalar (bax: Dmitriy Trenin. Ukrainskiy krizis i vozobnovlenie velikoderjavnoqo soperniçestva / Moskovskiy Üentr Karneqi, 15 oktyabr 2014).
Həmin prosesin bütün postsovet məkanını əhatə edəcəyi bildirilir. O cümlədən, Moldova, Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, hətta Ermənistan və Mərkəzi Asiya dövlətləri özlərinə yeni tərəfdaş axtarmaq fikrinə düşə bilər (bax: əvvəlki mənbəyə).
Üç ssenari: xilas yolu tapılmır
Bütün bunlar Ukrayna böhranının həlli ssenarilərinə daxil olan məqamlardır. Ekspertlər onları üç qrupa ayırırlar. Birincisi desentralizasiya-kompromis ssenarisi adlandırılır. Burada Ukraynanın Donbas və ona yaxın ərazilərində özünüidarəetmənin gücləndirilməsi əsas məqsəd sayılır. Krım isə birmənalı Rusiyaya aid edilir. Moskva ümid edir ki, Minsk sazişi həmin planın baş tutması üçün əsas ola bilər.
Ekspertlər bu kontekstdə Vaşinqtonun belə Kiyevə təzyiq etdiyini yazırlar. Xüsusilə ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ukrayna paytaxtına son səfərində dövlət başçısı P.Poroşenkonu Minskdə əldə edilən razılaşmalara əməl etməyə çağırdığını vurğulayırlar (bax: məs., Kiev vozvrahaöt v Minsk / “Gkspert Online”, 21 noyabr 2014). Ukrayna prezidenti C.Baydenlə görüşdən sonra Minsk sazişində nəzərdə tutulan “üçtərəfli təmas qrupu” ideyasını tam dəstəklədiklərini bəyan edib. Bir qədər əvvəl isə rəsmi Kiyev Donbasdakı separatçılarla bir masa arxasında oturmayacağını bildirmişdi.
Bununla kompromis ssenarisi üçün Rusiyanın əlinə imkan düşdüyü bildirilir. Burada Ukrayna parlamentində prezidentin tərəfdarlarının mütləq üstünlüyə nail ola bilməməsi də arqument kimi gətirilir. Bu məqam rəsmi Kiyevdə fikir ayrılığını gücləndirə bilər. Həmin səbəbdən P.Poroşenko güzəştə getməyə məcburdur.
Məsələnin digər tərəfi Moskvanın əvvəlki kimi ukraynalıları milliyyətçilikdə, banderçilikdə ittiham edə bilməməsidir. Çünki parlamentə fərqli siyasi mövqeləri olan qruplar düşə bildi. Bu amil də kompromis ssenarisinin xeyrinə olan hal kimi qiymətləndirilir. Eyni zamanda, hadisələrin başqa ssenarilər üzrə inkişaf edə bilməsi də istisna edilmir (bax: Aleksandr Quhin, Serqey Markedonov. Rossiə i Ukraina: koridor vozmojnostey / RSDM, 21 noyabr 2014).
İkinci ssenari konfrontasiyaya aparan güc tətbiqidir. Bu, Ukraynanın şərqində faktiki olaraq Rusiya-NATO müharibəsinin başlaması deməkdir. Bu isə bütün tərəflərə böyük ziyan vurar. Rusiyanın sosial-iqtisadi vəziyyəti daha da pisləşər. Qərb isə hərbi əməliyyatlara iri həcmdə vəsait xərcləməli olmaqla yanaşı, Rusiya kimi döyüşkən bir ölkə ilə üz-üzə qalmış olar, həmçinin, Avropanın və postsovet ölkələrinin təhlükəsizliyi məsələsi də həssaslaşar.
Ekspertlər Rusiyanın özü üçün də təhlükəli variantların meydana gələ bilməsini vurğulayırlar. Məsələn, Ukraynanın şərqində rəqib hərbi üstünlük əldə edərsə, Moskvadan müttəfiqləri üz döndərə bilərlər. Bunun əksi baş verərsə, onda Kreml hərbi cəhətdən udar, ancaq siyasi və geosiyasi baxımdan məğlub olar. Çünki bununla Rusiya ukraynalıları faktiki olaraq özünə əbədi düşmən etmiş olur. Eyni zamanda, uzun illər Rusiya ilə bir yerdə olan xalqlar özləri üçün nəticə çıxararlar. Qərb bütövlükdə Moskva ilə münasibətlərini çox kəskinləşdirər. Son olaraq, Çin bütün bunlardan faydalanaraq Rusiyanı təsir altında saxlayan geosiyasi liderlik modelini reallaşdırar.
Nəhayət, üçüncü ssenari “dərin dondurulma” və ya “status-kvo” adlanır. Bu, Ukraynanın cənub-şərqində, Rusiya-Ukrayna münasibətlərində və Rusiya-Qərb əlaqələrində münaqişəli məqamların dondurulmasını nəzərdə tutur. Həmin ssenari daha çox ehtimal olunur. Ancaq burada mövcud problem həll olunmur, sadəcə, müvəqqəti olaraq gələcəyə atılır. Bir tərəfdən, Moskva yaranmış vəziyyətdən istifadə edərək Donetsk, Luqansk və onlara yaxın ərazilərdə yaşayan əhaliyə təsir imkanlarını genişləndirməyə cəhd edə bilər. Digər tərəfdən isə, Ukrayna Qərblə əməkdaşlığı gücləndirməklə öz iqtisadi və hərbi qüdrətini artırar. Şübhə yoxdur ki, bu bağlılıqda assosiativ üzvlük faktorundan da geniş istifadə olunar.
Hadisələrin belə bir ssenari üzrə inkişafı müəyyən sualları meydana çıxarır. Məsələ bütövlükdə həll edilmir, tərəflər daha da güclənməyə can atır, münaqişə zonasında nüfuzlarını artırmağa cəhd edirlər. Proseslərin nə ilə nəticələnəcəyini söyləmək çətindir.
Əgər yuxarıda təsvir edilən ssenarilərə vahid bir mövqedən yanaşsaq, sözün həqiqi mənasında, Ukrayna böhranının dünya üçün ciddi problemə çevrildiyini qəbul etməliyik. Hazırda bu kontekstdə ümidverici bir çıxış yolu göstərilmir. Görünür, əsas məqam Rusiya-Qərb münasibətlərinin geosiyasi və strateji aspektlərinə bağlıdır. Burada isə hələlik qeyri-müəyyənlik və risklər üstünlük təşkil edir. O başqa məsələdir ki, Ukrayna böhranı burada əsas amillərdən biri kimi çıxış edir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

