Çinin inkişaf ssenariləri: hansı daha real görünür?
15.01.2015 [10:04]
Ekspertlər hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən olan Çinin 2050-ci ilə qədər mümkün inkişaf ssenariləri ilə bağlı proqnozlar verirlər. Qiymətləndirmələr müxtəlifdir. Ekoloji fəlakətdən tutmuş dünya liderliyi uğrunda mübarizəyə qədər fərqli ssenarilər nəzərdən keçirilir. Heç şübhəsiz, onlardan hansının həyata keçəcəyini zaman göstərəcək. Ancaq indiki real şəraitə əsaslanaraq müəyyən fikirlər söyləmək olar. Bəzi qeyri-müəyyənliklərin olması və yaxın perspektivdə onların öz təsirlərini saxlaya bilməsi üzündən bu aspektdə proqnozlar vermək elə də asan deyil.
Üç faktor: proqnozlar və qeyri-müəyyənliklər
Çin hazırda dünya siyasətinin ən aktual məsələlərindən biridir. Bu nəhəng ölkə Asiya qitəsində tarixən ciddi geosiyasi, mədəni, iqtisadi və hərbi rol oynayıb. İndi isə o, dünya liderliyinə iddialı qüvvə kimi qəbul edilir.
Əslində, Çinin yaxın perspektivdə nə kimi səviyyədə olacağı barədə qəti fikir söyləmək çətindir, çünki qlobal miqyasda vəziyyətin sürətlə dəyişməsi meydana qeyri-müəyyənliklər çıxarır, özü ilə müxtəlif risklər gətirir. Belə şəraitdə hansısa ölkənin 10 və ya 15 il bundan sonrakı taleyi ilə bağlı proqnoz vermək çətindir. Lakin bir sıra parametrlər üzrə hadisələrin mümkün inkişaf ssenarisi barədə danışmaq olar.
Ekspertlər Çinin 2050-ci ilə qədər üç mümkün inkişaf ssenarilərindən yazırlar (bax: Süenarii razvitiə Kitaə do 2050 q. / Vostoçnaə analitika 2013: Süenarii i trendı razvitiə Vostoka. M.: İV RAN, 2014. - s.11-16.). Onları aşağıdakı kimi sıralamaq olar: 1) Ekoloji fəlakət; 2) Əhalinin sürətlə qocalması və yapon variantı üzrə tənəzzül; 3) Dünya liderliyi uğrunda mübarizə.
Bunlar əsaslandırılmış ssenarilərdir. Çin hazırda havanı ən çox çirkləndirən ölkələr sırasındadır. Kənd təsərrüfatı və sənaye istehsalı sahələrində kifayət qədər problemlər vardır. Təsadüfi deyil ki, bu ölkə su və hava ekologiyasındakı tarazlığı güclü surətdə pozur. Bundan ümumi daxili məhsulun 1/3-i itirilir. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar çərçivəsində həmin məsələdə ən çox irad bildirilən dövlətlər Çin və ABŞ-dır. Lakin burada başqa incə məqam da vardır.
Məsələ burasındadır ki, Çində ekoloji problemlər sosial çətinliklərə gətirib çıxara bilər. Bunun əsas səbəbi ölkə ərazisində əhali sıxlığının yüksək olmasıdır. Demoqrafik amilin cəmiyyətə təsiri getdikcə daha da artır. Bütün dünyada müşahidə edilən bu amil Çində xüsusi aktuallıq kəsb edir. Çünki burada artıq iqtisadi inkişafla sosial məsələlərin təmini arasında ziddiyyətlər dərinləşir. Ölkənin daxili bazarında alıcılıq qabiliyyəti aşağı düşür. Çin əsasən ixraca üstünlük verir. İndi qlobal miqyasda böhran yaşandığından ixracat məsələsi də yeni şərtlərə uyğunlaşdırılmalıdır. Bu halda artıq qalan məhsullar daxili bazara yönəldilməlidir. Problem də ondan ibarətdir ki, çinlilərdə alıcılıq imkanı o dərəcədə deyil ki, təkliflə tələbat arasında uyğunluq yaransın. Bunu nəzərə alaraq bir sıra ekspertlər Çinin yaxın perspektivdə dünya liderliyinə yüksələ bilməyəcəyini deyirlər.
Hər bir halda ekoloji çətinliklərin sosial problemlərə aparıb çıxarması ssenarisini kənara atmaq olmaz. Maraqlıdır ki, ekspertlər bu variantın mümkünlük ehtimalının yüksək olmadığını, onun reallaşma ehtimalının 5-10% təşkil etdiyini qeyd edirlər (bax: əvvəlki mənbəyə). Səbəb nədən ibarətdir? Hesab edilir ki, meydana çıxan çətinliklərə baxmayaraq, Çin rəhbərliyi sosial-siyasi sabitliyi qoruya, daxili mühitdə harmoniya yarada biləcəkdir. Ekoloji vəziyyətin ağırlaşması bütövlükdə Çinin iqtisadi cəhətdən qüdrətlənməsi ilə əlaqədar olduğundan, şərqli psixologiyası dövlətə qarşı hər hansı kəskin davranışlara imkan verməyəcəkdir. Bunlar ekoloji fəlakət ssenarisinin daha çox nəzəri xarakter daşıdığını söyləməyə əsas verir.
İkinci ssenari əhalinin sürətlə qocalması ilə bağlıdır. Yaponiya belə bir fəlakəti yaşayıb. Onu deyək ki, Çində ailələrin 1 uşaq dünyaya gətirməsinə daha çox üstünlük verilir. Bu, müəyyən müddətdən sonra, doğrudan da, əhalinin qocalmasına səbəb ola bilər. Lakin artıq Pekin bir sıra regionlarda ikinci uşağın dünyaya gətirilməsinə icazə verib. Bundan əlavə, ölkə rəhbərliyi demoqrafik situasiyanı idarə də edə bilir. Zərurət yarandıqda gənc nəslin sayını artırmağa sürətlə nail ola bilərlər. Mütəxəssislər bu ssenarinin reallaşma imkanını 7-10% arası təxmin edirlər.
Dünya liderliyi: iddia və gerçəklik
Nəhayət, üçüncü ssenari Çinin dünya liderliyi uğrunda mübarizəsi ilə bağlıdır. Bu variantın həyata keçməsi ehtimalı yüksəkdir - 90%! (bax: əvvəlki mənbəyə). Bu, onunla izah edilir ki, hazırda Çin dünyanın ikinci iqtisadi gücüdür və onun inkişaf templəri digər ölkələri xeyli qabaqlayır. Bir sıra sahələr üzrə o, xeyli irəli çıxıb. Məsələn, polad istehsalında Pekin əsas rəqiblərini (ABŞ və Rusiya) geridə qoyur. İstehsalın digər sahələri üzrə də Çinin əldə etdiyi nailiyyətlər çox ümidvericidir.
Bunu yeni texnologiyaların tətbiqinə də aid etmək olar. Pekin həm özü bu sahədə işlər görür, həm də Qərbdən onları müxtəlif üsullarla əldə edir. Son zamanlar Avropa İttifaqı ölkələri bununla bağlı Çin rəhbərliyinə etirazlarını bildiriblər. Məsələn, Almaniyanın kansleri A.Merkel bu ölkəyə səfərlərində həmin məqamı mütləq rəsmi Pekinin diqqətinə çatdırır. Doğrudur, bununla Qərb elə bir nəticə əldə edə bilmir - çinlilər əməllərini davam etdirirlər. Ancaq aydın görünür ki, yeni texnologiyalar sahəsində Çin artıq dünyada ciddi qüvvəyə çevrilib.
Başqa bir məqam maliyyə ilə əlaqəlidir. Son illər Pekin bu istiqamətdə çox ciddi addımlar atıb. Ölkənin bir neçə şəhərində birjalar fəaliyyət göstərir. Onlar bir tərəfdən dolların qiymətini aşağı salmağa, digər tərəfdən də qızıl ehtiyatlarını artırmağa çalışırlar. Özü də söhbət hazır külçələrdən gedir. Çinin qızıl ehtiyatlarının artmasından artıq Vaşinqton da narahatdır.
Bunlarla yanaşı, Çin regional əməkdaşlıq çərçivəsində Qərbin nəzarətində olan maliyyə qurumlarına alternativ ola biləcək banklar yaradır. BRİKS-in ortaq bankının yaradılması barədə razılığın əldə olunması buna misaldır. Onun kapital ehtiyatının əsas hissəsini Çin kapitalı təşkil edir. Doğrudur, burada Rusiya, Braziliya, Hindistan və Çin arasında müəyyən fikir ayrılığı mövcuddur. Təşkilatın digər üzvləri Pekinin dominant rolunu qəbul etmək istəmirlər. Lakin reallıqla barışmaq lazım gəlir.
Bu kontekstdə Rusiya iqtisadiyyatında bu gün müşahidə edilən böhranlı vəziyyətdə Çin yardım əlini uzada biləcəyini deyir. Ancaq bunun üçün o, Moskvadan müəyyən maliyyə şərtlərini qəbul etməsini gözləyir. Çin banklarında rus rublundan istifadə artır. Bunun müqabilində Rusiya iqtisadiyyatının yuanın təsiri altına düşməsi təhlükəsi də istisna edilmir. Moskva həm ABŞ dollarından imtina etmək istəyir, həm də özünü Çin valyutasından qorumağa məcburdur. Bu səbəbdən hələlik BRİKS daxilində belə birmənalı valyuta siyasətinin olmadığını etiraf etmək lazım gəlir.
Çinin enerji sferasında da dünya liderliyinə can atdığını deməliyik. Burada Pekin kənardan daha çox enerji daşıyıcısı əldə etməyə üstünlük verir. Onun Mərkəzi Asiya ölkələri və Rusiya ilə iri sazişləri mövcuddur. Xüsusilə Moskva Pekinlə bu sahədə əməkdaşlıqda çox maraqlıdır. V.Putinin Çinə səfəri zamanı ümumi dəyəri 30 milyard ABŞ dolları təşkil edən sazişlər imzalanıb. Rusiya ümid edir ki, Pekin enerji sahəsindəki əməkdaşlıqda Qərbi əvəz edə biləcəkdir.
Mərkəzi Asiya ölkələrindən qaz boru xətləri indi Çinə qədər uzanır. Buraya İran da daxildir. Bu istiqamətdə Pekinin fəaliyyətini daha da gücləndirəcəyi gözlənilir.
Bu kimi proseslərin fonunda Çin özünü geosiyasi liderlik uğrunda mübarizə aparmayan ölkə kimi təqdim etməyə çalışır. O, əsas olaraq əməkdaşlıqdan, harmoniya və rifah şəraitində yaşamaqdan danışır. ABŞ-ın hərəkətləri isə göstərir ki, Vaşinqton bunlara şübhə ilə yanaşır. Təsadüfi deyil ki, məhz Amerika iki ölkənin strateji əməkdaşlığını nəzərdə tutan “G2” modelini təklif edib. Hələlik Pekin bununla bağlı qəti mövqeyini bildirməyib.
Bunlardan belə nəticə çıxır ki, artıq Amerika ilə Çin arasında dünya liderliyi uğrunda gedən mübarizə bir sıra hallarda kəskin xarakter alır. Burada kimin qalib gələcəyini demək çətindir. Bizcə, aydın olanı budur ki, Çin, həqiqətən də, yaxın perspektivdə liderlik məsələsinə çox böyük önəm verməyə çalışacaqdır.
Newtimes.az
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

