Qərbin ikili standartlar siyasəti Avropada separatizmin güclənməsinə səbəb olub
03.10.2017 [09:58]
Separatizm faktı ilə qarşı-qarşıya qalan Avropa siyasi dairələri anlamalıdırlar ki, dünyada bölücülük meyillərinə qarşı vahid münasibət formalaşdırılmalı, bu məsələ ilə bağlı ikili standartlara və selektiv yanaşmaya yol verilməməlidir
Müasir dövrdə həm dünya miqyasında, həm də beynəlxalq münasibətlər sistemində mövcud olan dağıdıcı faktorlardan biri separatizmdir. Separatizm formasından və səviyyəsindən asılı olmayaraq, milli, regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan destruktiv amildir. Tarixin müxtəlif dönəmlərində baş qaldırmış separatist meyillər bəzən kiçikmiqyaslı - məhəlli müharibələrə, bəzənsə millətlərarası qarşıdurmalara səbəb olmuşdur. XXI əsrdə separatist meyillərə əsaslanan aktların ciddi qarşıdurma və qeyri-sabitliyə səbəb olması amilini nəzərə alsaq, qeyd edə bilərik ki, bölücülük dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təhdid olmaqla yanaşı, millətlərarası ziddiyyət və qarşıdurmaların da mənbəyini təşkil edir.
Avropa “bumeranq effekti” ilə qarşı-qarşıya...
Əlbəttə, separatizmin dünya miqyasında güclənməsinin qarşısını almaq üçün ciddi müqavimət mexanizminin formalaşdırılması lazımdır. Lakin təəssüflər olsun ki, bir sıra siyasi dairələrin separatizm məsələsinə ikili standartlar və selektiv münasibət əsasında yanaşması bölücülük meyillərinin güclənməsini şərtləndirir. Hətta məhz elə ikili standartlar əsasında yanaşan mərkəzlərin özləri də müəyyən müddət sonra “bumeranq effekti” ilə qarşılaşır və həmin mərkəzlər separatizm təhdidi ilə üzləşirlər. Bu kontekstdə Avropa nümunəsini xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Əminliklə söyləmək olar ki, Avropada separatizmin güclənməsi Qərbin uzun illərdir davam edən ikili standartlar siyasətinin nəticəsidir. Qərbin dünyanın müxtəlif ölkələrində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etinasızlıq göstərilməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz mənfi nəticələrini verir. Başqa sözlə, İspaniyanın Kataloniya bölgəsində uzun illər davam edən separatçı hərəkatın ölkənin ərazi bütövlüyünü sual altında qoyması məhz ikili standartlar siyasətinin Qərbin özünə qarşı çevrilməsinin açıq təzahürüdür.
Yeri gəlmişkən, Avropa Parlamentinin hazırkı sədri Antonio Tayani Kataloniyada müstəqilliklə bağlı referendumu qanunsuz adlandırsa da, yaranmış böhranın Kataloniyanın separatçı hakimiyyəti və İspaniyanın mərkəzi hakimiyyəti arasında həll edilməli olduğunu deyir. Avropa Parlamentinin sədr müavini, Avstriya “Yaşıllar” Partiyasının sədri Ulrike Lunaçek isə Kataloniyanın müstəqillik təşəbbüslərinə dəstək ifadə edən bəyanatla çıxış edir. Belə görünür ki, qurum daxilində bu məsələ ilə bağlı ciddi qeyri-müəyyənlik mövcuddur. Ən əsası, Qərbin bəzi dairələri Kataloniyada baş verənlərdən nəticə çıxarmır, separatizmin Avropada daha geniş vüsət almasında və Avropa İttifaqında dezinteqrasiya meyillərinin güclənməsində, qurumun dağılmasında maraqlıdır.
“Qoca qitə”ni ciddi separatizm dalğası gözləyir
Avropanın siyasi dairələrinin laqeyd münasibəti nəticəsində yaranan qeyri-müəyyən şərait onu göstərir ki, “qoca qitə”ni qarşıdakı dövrdə ciddi separatizm dalğası gözləyir. Şotlandiyanın Böyük Britaniyadan ayrılması, Belçikanın linqvistik prinsiplə Valloniya və Flarandiyaya bölünməsi ekspertlər tərəfindən güclü ehtimal kimi irəli sürülür. İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meyilləri kifayət qədər yüksəkdir. Hətta Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominat etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində də separatizm meyilləri müşahidə olunur. Bununla yanaşı, ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında, eləcə də tarixən konfederasiyaya daxil olmuş cənub ştatlarında separatizmin qarşısını indiki şəraitdə yalnız güclü ordu və xüsusi xidmətə malik federal hakimiyyət ala bilir.
Qərbin aparıcı ölkələri qondarma “DQR” də daxil olmaqla separatçı rejimləri dəstəkləməyi dayandırmalıdır
Bütün bunlar onu göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalı, bu məsələ ilə bağlı ikili standartlara və selektiv yanaşmaya yol verilməməlidir. Dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür əlaqələri, onların dəstəklənməsini dayandırmalıdır. Bu kontekstdə Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “DQR”in də faktiki destabillik mənbəyi olduğu birmənalı şəkildə nəzərə alınmalıdır. Qərb siyasi dairələri anlamalıdır ki, işğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasının bariz təcəssümü və təzahürüdür. Bu gün separatizm faktı ilə qarşı-qarşıya qalan Avropa siyasi dairələri anlamalıdırlar ki, dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

